15 Yanvar 2025 08:40
139
SİYASƏT
A- A+
Ermənistanın Minsk qrupu ilə bağlı mövqeyi səmimi deyil

Ermənistanın Minsk qrupu ilə bağlı mövqeyi səmimi deyil


"Ermənistan tərəfi Minsk qrupunun buraxılması ilə bağlı fəaliyyətə başlanılmasının nəzərdən keçirildiyini bildirib. Lakin Ermənistanın Azərbaycanla münasibətlərin normallaşdırılması prosesi ilə bağlı ziddiyyətli addımları, regionumuzda sülhə və təhlükəsizliyə təhdid yaradan əməlləri Minsk qrupu ilə bağlı sərgilədiyi mövqeyin səmimiliyinə inamı azaldır". 

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Zaur Şükürov deyib. Deputat bildirib ki, Azərbaycan davamlı sülhə nail olunması və etibarlı sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusiyasında yer almış ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılmasını tələb etməsinə baxmayaraq, Ermənistan rəhbərliyi hər vəchlə bu tələbin yerinə yetirilməsindən boyun qaçırır. Bildiyimiz kimi, bir neçə gün öncə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə keçirilmiş və "Yerkrapa" hərbi təşkilatının, Müdafiə Nazirliyinin təmsilçilərinin də iştirak etdiyi toplantı zamanı etdiyi çıxışı yayıldı. Levon Ter-Petrosyanın bu çıxışı Ermənistanın faşist, irqçi, işğalçı siyasətini bir daha təsdiq etdi. "İclasda Ter-Petrosyan Azərbaycana qarşı 6 əsrlik planları barədə danışaraq, hədəflərinə çatdıqlarını, azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, etnik təmizləməni qürurla, fəxarətlə ifadə edir. Həmin dövrdə müdafiə naziri olmuş Vazgen Sarkisyan iclasda iştirak edənlərə müraciət edərək bildirir ki, prezidentin çıxışı məxfiləşməlidir, bu çıxış sadəcə iclasda iştirak edən dostları üçündür. Belə ki, Levon Ter-Petrosyanın çıxışında digər məsələlərlə yanaşı, Ağdamın işğalı faktı qeyd edilib və bu faktlar ölkənin beynəlxalq imicinə ciddi zərər vura bilər. Bu çıxışlar artıq onu deməyə əsas verir ki, ermənilər öz cinayətkar əməllərini, terrorçu və irqçi siyasətini hər vəchlə gizlədir, özlərinin uydurduqları "yazıq və əzabkeş xalq" imicinin ifşa olunmasından çox ehtiyat edirdilər. Bu çıxış Ermənistanın bizə məlum olan  yalanlarını bir daha nümayiş etdirir", - deyə o əlavə edib. 

Z.Şükürov xatırladıb ki, Prezident İlham Əliyevin televiziya kanallarına  müsahibəsində bildirdiyi kimi, bizə qarşı 30 illik işğalçılıq siyasəti sadəcə olaraq Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur: "Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Əsrlər boyu belə bir ideologiya ilə bəslənmiş erməni cəmiyyəti, nəhayət, öz qonşuları ilə sülh şəraitində yaşamaqda maraqlıdırsa, bu faşist ideologiyasının kökünü kəsməlidir. Əks halda Azərbaycan dövləti bu ideologiyanı məhv edəcək".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Zəngəzur dəhlizi məsələsinə də toxunaraq bildirib ki,  Ermənistan qardaş Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməməlidir: "Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk və bu məsələnin danışıqlar yolu ilə həll olunmasını gözləyirik. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Ermənistan anlamalıdır ki, Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatı, hərbi gücü olan qüdrətli dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və Ermənistan bunu unutmamalıdır. Zəngəzur dəhlizi açılmalıdır və açılacaq".


Ə.QARDAŞXANOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

Ötən il Azərbaycanda neft hasilatının 58 faizi AÇG-nin payna düşüb

12:26
15 Yanvar

Türkiyə parlamenti Ankara, Bakı və Lefkoşa arasında dialoqu alqışlayır  

12:18
15 Yanvar

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək  

12:17
15 Yanvar

Ötən il DSMF-də 530 minədək vətəndaş müraciətinə baxılıb

12:17
15 Yanvar

Ötən il Bakı Limanının yükaşırma həcmi 3 faizdən çox artıb

11:58
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNƏCƏK

11:46
15 Yanvar

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib  

11:45
15 Yanvar

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

11:16
15 Yanvar

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir  

09:44
15 Yanvar

Cənubi Koreya Prezidenti həbs edilib YENİLƏNİB

09:42
15 Yanvar

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

09:32
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!