15 Yanvar 2025 08:50
113
SİYASƏT
A- A+
Paşinyanla bağlı şok iddia: "İstefaya hazırlaşır"

Paşinyanla bağlı şok iddia: "İstefaya hazırlaşır"


Ermənistan növbədənkənar seçkilərə gedə bilər


Ümumiyyətlə, indiki mərhələdə Ermənistan iqtisadi, siyasi, geosiyasi və hərbi sferalarda çox çətin duruma düşüb. Hər sahədə yaranmış problemlərin altında əzilən  ölkənin baş naziri Nikol Paşinyan çıxış yolunu Qərbə sığınmaqda görür, onun verdiyi  vədlərə güvənir. Hər halda Paşinyan hakimiyyətinin nümayiş etdirdiyi xarici  siyasətlə konkret seçim etdiyi görünür, Rusiyanın xeyrinə olmayan bu istiqamətdə  israrlı davranmağa çalışır.  Elə bunun nəticəsidir ki, artıq Qərb Ermənistandan növbədənkənar parlament seçkilərini ən yaxın zamanda keçirməyi tələb edir.

Bu günlərdə Nikol Paşinyanın keçmiş silahdaşı, deputat Ovik Ağazaryan yaxın aylarda baş nazirin istefaya gedəcəyini və ölkədə növbədənkənar seçkilərin keçiriləcəyini bildirib. O, hazırkı xarici siyasi hadisələrin erkən seçkilərin hakimiyyətin maraqlarına uyğun şərait yaratdığını düşünür: "Nikol Paşinyanın indi yenidən etimad mandatı almaq və planlarını irəli sürmək şansı daha çoxdur. Növbədənkənar seçkilər keçirmək üçün başqa səbəblər də var".

Ağazaryan keçən ilin sonuna qədər baş nazir Nikol Paşinyanın komandasında yer alıb və hakimiyyət dairələrində baş verənlərdən xəbərdar olub. "Vətəndaş müqaviləsi" partiyasının ən yaşlı üzvlərindən biri oan Ağazaryan Paşinyanın mandatını təhvil vermək tələbini yerinə yetirməkdən imtina etdiyi üçün komandadan xaric edilib. Növbədənkənar seçkilərlə bağlı proqnozlar fonunda Ağazaryan öz partiyasını yaradır və hakimiyyəti öz əlinə almağa hazırlaşır.

Yerli medianın verdiyi xəbərlərə görə isə Nikol Paşinyan və "Vətəndaş müqaviləsi" partiyası növbədənkənar seçki məsələsini ən azından yaya qədər dayandırmağa qərar verib.  Belə ki, "4rd.am" nəşri yazıb ki, Paşinyan növbədənkənar seçkilərdə qələbəsini tam təmin edə biləcək xüsusi müvafiq ciddi strukturlara və məmurlara malik olmadığını anlamağa başlayıb. Qeyd olunub ki,  regional strukturlarda vəziyyət xüsusilə ağırdır, əksəriyyəti hələ tam formalaşmayıb, ona görə də ən azı mövcud hakimiyyət orqanları regional fəaliyyətləri gücləndirəcəklər. İstənilən halda hər bir nazirə hər hansı bir vilayətin "şefliyi" tapşırılır və ümumi koordinasiyanı müdafiə naziri Suren Papikyan həyata keçirəcək. 

Hazırda Paşinyan müxtəlif qərbyönümlü fiqurlarla qızğın danışıqlar aparır, baş nazirin birinci müavini postuna təyinatla bağlı müzakirələr gedir. 

Ümumiyyətlə, hazırkı şərtlərdə Paşinyanı seçki yolu ilə hakimiyyətdən uzaqlaşdırmaq mümkün deyil. Çünki hakim qüvvə çox tez bir zamanda seçkini saxtalaşdırmaq üçün bütün mexanizmləri mənimsəyib və təkmilləşdirib.  Növbədənkənar  seçki İrəvan Ağsaqqallar Şurasına seçkidə olduğu kimi, parlament müxalifətinin dəyişməsinə, anti-Rusiya qüvvələrinin təsirinin artmasına səbəb ola bilər. 

Ermənistanda Rusiyanın reytinqi Paşinyanın reytinqindən də sürətlə aşağı düşür. Bu, mübaliğə deyil, obyektiv reallıqdır. Xalqı isə siyasi proseslər deyil, məhz getdikcə daha da çökməkdə olan ölkənin sosial-iqtisadi vəziyyəti düşündürür. Dərin ruh düşkünlüyünə qərq olan əhali çıxış yolunu mühacirətdə görür. 

Əhalinin sayı yenə sürətlə azalmaqda davam edir, xaricə köçənlərin sayı günbəgün artır. Əhalinin təbii artım səviyyəsinin get-gedə aşağı düşməsi isə erməni sosioloqlarının hakimiyyətə ünvanlanmış xəbərdarlıqlarının çoxalmasına səbəb olur. Real vəziyyət Ermənistanın faktiki olaraq demoqrafik böhran yaşadığını, bu problemin həlli perspektivinin olmadığını göstərir. 

Beləliklə, gedən proseslər Ermənistanın sürətlə məhvinə doğru yaxınlaşdığını bir daha təsdiqləyir.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

Ötən il Azərbaycanda neft hasilatının 58 faizi AÇG-nin payna düşüb

12:26
15 Yanvar

Türkiyə parlamenti Ankara, Bakı və Lefkoşa arasında dialoqu alqışlayır  

12:18
15 Yanvar

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək  

12:17
15 Yanvar

Ötən il DSMF-də 530 minədək vətəndaş müraciətinə baxılıb

12:17
15 Yanvar

Ötən il Bakı Limanının yükaşırma həcmi 3 faizdən çox artıb

11:58
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNƏCƏK

11:46
15 Yanvar

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib  

11:45
15 Yanvar

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

11:16
15 Yanvar

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir  

09:44
15 Yanvar

Cənubi Koreya Prezidenti həbs edilib YENİLƏNİB

09:42
15 Yanvar

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

09:32
15 Yanvar

Smartfonların radiasiya təhlükəsindən necə qorunmaq olar

09:25
15 Yanvar

Alman partiyaları seçkilərə nə ilə gedir?

09:20
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!