15 Yanvar 2025 09:10
944
Mədəniyyət
A- A+
Xalq rəssamının yaradıcılıq sehri

Xalq rəssamının yaradıcılıq sehri


Ölkəmizin milli rəngkarlıq məktəbinin inkişafına layiqli töhfələr bəxş etmiş sənətkarlardan biri də Xalq rəssamı Qəyyur Yunusdur. O, çağdaş rəssamlıq sənətimizin ən layiqli nümayəndələrindəndir.

Qəyyur Habil oğlu Yunusov Bakının Əmircan kəndində anadan olub. Böyük fırça ustası Səttar Bəhlulzadə ilə yaxın qohumluq əlaqəsi var. 

O, peşəkar rəssamlıq təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra isə Tbilisi Rəssamlıq Akademiyasında alıb. Rəssamın bir sıra xarici ölkələrdə fərdi sərgiləri təşkil olunub. Q.Yunusun əsərləri respublikamızın və dünyanın nüfuzlu muzeylərində, şəxsi kolleksiyalarda saxlanılır. İstedadlı rəssam bir sıra mükafatlara və medallara layiq görülüb. 

Bir rəssamın yetişməsində, yetkinləşməsində və püxtələşməsində onun doğulduğu məkan, təhsil aldığı mühit əsas rol oynayır. Q.Yunus Avropayönümlü rəssamlıq təhsili alıb. Amma onun yaradıcılığının ana xətti və əsas qayəsi Şərq incəsənətindən, Azərbaycan incəsənətinin ayrılmaz qolu olan Qacar üslubundan qaynaqlanır və rəssamın yaratdığı bədii sənət nümunələri bunu hər vəchlə özündə ehtiva edir. Təbii ki, bu, rəssamın bədii dünyagörüşündən və ömrü boyu apardığı müşahidələr əsasında gəldiyi qənaətlərdən yaranıb. Rəssamın özü bu barədə deyir: "Mənim bu istiqamətdə işləməyim Tbilisidə təhsil aldığım illərdə orada Qacarlar üslubunda yaradılmış sənət əsərləri ilə tanışlığımdan başladı və bunun yaradıcılığıma  böyük təsiri oldu". Rəngkarlıq ustası  gördüklərini bədii təxəyyülündən keçirməklə və islam incəsənətinin əsas xüsusiyyətlərini araşdırmaqla öz yaradcılıq manerasını zənginləşdirib və sonda özünün yaradıcılıq dəst-xəttini, bədii üslubunu formalaşdırmağa başlayıb. 

Q.Yunusun əsərlərinə tamaşa edən zaman sanki ayrı bir aləmə düşürsən. Sənətkarın sirli tablolarında rəssamın bədii təxəyyülündən süzülüb gələn obrazlar, nəsnələr, əsərin ümumi ab-havası tamaşaçını öz dünyasına çəkib aparır. Onun tablolarında elə bil mistika var. Tamaşaçı sanki obrazların dolğun, mənalı və müəmmalı nəzərləri qarşısında qeyri-ixtiyari olaraq fikirlərə dalır, düşüncələrə qərq olur. Elə bil mənəvi cəhətdən saflaşır, durulur. Fikrimcə, bu rəssamın elə əsl istəyinin, yaradıcılıq qüdrətinin nəticəsidir. Q.Yunusun yaratmış olduğu obrazlarda, əsasən də qadın obrazlarının timsalında ümumiləşmiş Azəbaycan qadınının saf, ülvi simasını yaratmağı qarşısına məqsəd qoyub və öz istəyinə uğurla nail ola bilib. Rəssamın yaratdığı kompozisiyalarda məkan tutqun tonlardadır. Bu, istər açıq, istərsə də qapalı məkanda işlənilmiş tablolarda olsun, eyni ilə belədir. 

Rəssamla Əmircanda yerləşən yaradıcılıq emalatxanasında görüşümüzdə apardığımız söhbətlər adama ayrı bir estetik zövq bəxş edir. Qəyyur müəllimin minilliklərə söykənən islam incəsənəti, mənəvi dini dəyərlərimiz, ölkəmizin zəngin incəsənət tarixi, rəssamlığın hazırkı durumu, sənətkarın fərdi yaradıcılıq xüsusiyyətləri, onun missiyası və gələcək planları baradə söhbətlərini dinlədikcə doğrudan da nə qədər kamil və zəngin bədii təxəyyülə və dünyagörüşə malik müdrik bir insanla qarşı-qarşıya qaldığının şahidi olursan. 

Rəssamın yaradıcılıq nümunələri - təsvir edilən məkanlar və qəhrəmanlar  ilk baxışda sadə, cəlbedici, ovsunlayıcı, tamaşaçıda xoş hisslər, duyğular yaratmasına baxmayaraq, birdən adam özü də bilmədən bu məkanda və qəhrəmanların içində - süjetin alt qatlarında gizlənmiş, minilliklərdən süzülüb gələn, dərin məna-məzmun yükünə malik  hadisələrin axarına düşüb gedir, həmin aləmə qərq olur, tabloda kilidlənmiş ilahi gözəlliklə qovuşur.

Q.Yunus yaradıcılığı, bədii dünyagörüşü və sənət dünyası haqqında, onun düşündürən və bədii zövq aşılayan çoxsaylı tabloları haqqında bir sıra sənətşünaslar yüksək fikirlər söyləyib, məqalələr yazıblar. Bu yerdə sənətşünas Sara Nəzirovanın rəssamın yaradıcılığı haqqında yazmış olduğu: "Elə tablolar var ki, onlardan insanlığın bir anı, yaxud müəyyən bir zamanı baxır. Qəyyur Yunusun tablolarından isə xalqımızın ən azı min illik mədəniyyəti boylanır" - cümlələri yada düşür. 

Xalq rəssamı Qəyyur Yunusun yaratmış olduğu tablolarda xalqımızın keçmişindən  süzülüb gələn nur gələcək minilliklərə də işıq salacaq. İnanırıq ki, Qəyyur Yunus gələcəkdə də parlaq tablolar yaradacaqdır.


Əsəd QULİYEV,

sənətşünas, Azərbaycan Rəssamlar İttifaqının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan üzgüçüləri İslamiadada ikinci medalı qazanıblar

23:38
09 Noyabr

İslamiada: Azərbaycanın dörd boksçusu finala çıxıb, ikisi bürünc medal qazanıb  

23:37
09 Noyabr

Türkiyəli ekspert: Qarabağ Zəfəri Azərbaycanın regional və qlobal rolu üçün yeni imkanlar açıb ŞƏRH  

23:35
09 Noyabr

  Azərbaycanlı ağırlıqqaldıran İslamiadada üç medal qazanıb

23:34
09 Noyabr

Milli Olimpiya Komitəsinin rəsmiləri Ər-Riyadda Atletlər kəndində olublar

23:32
09 Noyabr

Qalib xalqın bayrağı

20:17
09 Noyabr

Nyu-Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb  

19:03
09 Noyabr

Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  

19:01
09 Noyabr

Azərbaycanın qadın cüdoçusu İslam Həmrəyliyi Oyunlarının qalibi olub

19:00
09 Noyabr

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

18:53
09 Noyabr

Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  

18:50
09 Noyabr

Aprel döyüşlərinin qəhrəmanı Böyük Çin səddində  

18:01
09 Noyabr

Türkiyə Prezidenti: Qarabağın azad edilməsi bütün Türk dünyasının zəfəridir  

17:42
09 Noyabr

“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib  

17:38
09 Noyabr

Milli kimliyin dirçəlişi və tarixi yaddaşın bərpası - ŞƏRH  

16:46
09 Noyabr

Mixail Qusmana Türkiyədə beynəlxalq media mükafatı təqdim edilib  

16:40
09 Noyabr

Zəfər, qardaşlıq və sülh paradı  

15:59
09 Noyabr

“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycan liderlərinin qardaş münasibətləri regionda fundamental dəyişikliklər yaradıb  

15:37
09 Noyabr

Silahlı Qüvvələrimizin döyüş imkanları 5 il əvvəllə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib  

14:31
09 Noyabr

 Güclü dövlətin güclü də ordusu olur  

14:29
09 Noyabr

Sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir

13:17
09 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!