11 Yanvar 2025 09:05
995
Mədəniyyət
A- A+
Əcəmi Naxçıvani - bütün zamanların sənətkarı

Əcəmi Naxçıvani - bütün zamanların sənətkarı


Dünyanın harasına, hansı ölkəsinə, bölgəsinə gediriksə, nədənsə ilk olaraq orada keçmişlərdən soraq verən tarixi abidələr, qədim qala və türbələr diqqətimizi çəkir. Ulu keçmişimizdən xəbər verən tarixi abidələrə, qalalara böyük maraqla, sonsuz sevgi ilə baxırıq. Sanki bu anlarda tarixin səsini də eşidirik. Çünki maraqla baxdığımız bu qalaların, abidələrin hər parçasında, hər daşında bir tarix yatır. Qalalar, abidələr onu yaradan xalqın mənəvi kimliyidir, mədəniyyətidir, ulu keçmişindən xəbər verən daş kitabələrdir. 

Bu qalaları yaradan insanlar illər, əsrlər sonra da elə zaman-zaman xatırlanır. Qalaların möhtəşəmliyinə baxdıqca, onu tikib araya, ərsəyə gətirən sənətkarların, memarların məharətinə, bacarığına heyran qalmaya bilmirsən. Deməli, insan zəkası, insan təfəkkürü çox şeyə qadirdir, daha doğrusu, hər şeyə qadirdir. Tarix göstərir ki, şəhərlərin salınmasında, qalaların, sarayların tikilməsində memarların çox böyük rolu və xidməti olub.

Azərbaycan bütün dövrlərdə, bütün zamanlarda gözəlliyi, tarixi abidələri ilə səyyahların diqqətini özünə çəkib. Ötən dövrlərin gözəlliyi, əsrarəngizliyi bu günə qədər mütəfəkkirlərin qeydlərində, kitablarında qalıb. Qüdrətli Atabəylər dövründə də sənətkarlıq, ticarət, elm, ədəbiyyat çox sürətlə inkişaf edib. Bu inkişaf və tərəqqi nəticəsində şəhərlərin görkəmi dəyişərək xeyli gözəlləşib. Gözəlləşdikcə də şanı-şöhrəti dünyanın hər tərəfinə yayılıb. Sənətkarların tikdikləri dövlət idarələrinin, bazarların, karvansaraların, hamamların, məscidlərin, məktəb və mədrəsələrin görkəminə xüsusi olaraq fikir verilib. Daha səliqəli, daha yaraşıqlı olmasına səy göstərilib.

Abidələr, kitabələr tarixin ən mötəbər qaynaqlarından biri hesab olunur. Çünki burada artıq tarixə qovuşmuş dövrlər haqqında kifayət qədər məlumat verilir. Qalalar, türbələr və başqa tarixi abidələr ötən əsrlərdə yaşamış neçə-neçə görkəmli şəxsiyyətlərin, sənətkarların, yazıçı və şairlərin, rəssamların adlarını indiyədək qoruyub saxlamışdır. Belə şəxsiyyətlərin arasında sənətkarlar, memarlar da az olmayıb. Bu memarların adları, həmçinin yaradıcılıqları haqqında qısa məlumatlar yaratdıqları irili-xırdalı abidələrdə öz əksini tapmışdır. Adı bir zamanlar böyük məharət və bacarıqla tikdiyi möhtəşəm tarixi abidələrdə qalmış memarlardan biri də Əcəmi Əbubəkr ibn Naxçıvanidir.

Əcəmi ibn Əbubəkr Naxçıvani Atabəylər dövlətinin baş memarı olub. O, şəhərlərin salınmasında, qala və türbələrin tikilməsində birbaşa iştirak edib. Əcəmi Naxçıvani ömrünü, ağlını, zəkasını xalqına, millətinə həsr etmiş görkəmli memardır. Onun tikdiyi qalalar sənətkardan bizlərə ən əziz bir yadigar kimi qalmışdır. Tarixin səhifələrində görkəmli memarın haqqında məlumatlar çox azdır. Əcəminin həyatı haqqında, onun ölməz əsərlərindən başqa demək olar ki, heç nə qalmayıb. Dünyanı dərindən dərk edən, istedadı və bacarığı ilə aləmə səs salan dahi memar sağlığında bütün bunları görür və duyurdu. Bilirdi ki, insan ömrü çox qısadır, sənət əsərləri isə əbədidir. Ona görə də tikdiyi qalalarda yazdığı sözlərlə, ştrixlərlə öz izini qoymağa çalışırdı. Bacarıqlı memarın şah əsəri olan Möminə Xatun türbəsinin divarlarına yazdığı bu sözlər onun necə də təfəkkürlü, zəkalı və uzaqgörən olduğunu bir daha təsdiq edir: "Biz gedəriyik. Dünya əbədi qalandır. Biz gedəcəyik, dünya qalacaq. Biz ölərik, bu bizdən xatirə qalar. İlahi, bəd nəzərdən uzaq elə". Gələcəyi güzgü kimi aydın görən Əcəmi tarixin reallığını olduğu kimi görür və qəbul edirdi. İstedadlı memarın uzaqgörənliyi nəticəsində onun ölməz sənət abidələri ilə yanaşı, bu dəyərli sözləri, fikirləri bu gün yaşayır, sabah da yaşayacaq. 

XII əsrdə Azərbaycanın qüdrətli Atabəylər dövlətinin dövrünə təsadüf edən Əcəminin yaradıcılığı əsasən Naxçıvanla bağlı olmuşdur. Araşdırma və təhlillər göstərir ki, onun yaratdığı abidələr, sənət əsərləri başqa memarların əl işlərinə oxşamır. Bu da onu göstərir ki, memar daim yeniliklər axtarışında olub. Həmişə çalışıb ki, gördüyü işlər tamam fərqli olsun, başqa ustaların tikdiklərinə bənzəməsin. Sanki bənzərsizlik onun həyat amalı və qayəsi idi. Yuxusuz gecələri, gərgin yaradıcılıq axtarışları, sonsuz işgüzarlığı yaxşı nəticələr verib. Çox düzgün deyiblər ki, tapan axtaranlardır. Görkəmli memar Əcəmi Naxçıvaninin də axtarışları uğurla başa çatıb. Böyük sənətkar görənləri, bilənləri heyran edən özünəməxsus yeni ülgülər, bənzərsiz naxış və cizgilər tapıbdı. Bütün bacarığını, istedadını sənətinə yönəldən, işindən zövq alan Əcəmi güllərin, çiçəklərin şəkillərini daşların üzərinə çox peşəkarcasına, ustalıqla köçürübdü. Onun gördüyü işlərə heyran qalmamaq mümkün deyil. Bacarıqlı memar barmaqları ilə möcüzə yaradıbdı. Sanki məharəti və bacarığı ilə memarlıq sənətinə meydan oxuyubdu. Onun daş üzərinə köçürdüyü gülə, çiçəyə baxanlar bir anlıq elə zənn ediblər ki, sanki güllü, çiçəkli bir çəmənlikdədirlər. Qabiliyyətinə, bacarığına heyran olan insanlar ona ürəkdən "əhsən" deyiblər. Təkcə ətrafında olanlar deyil, dünyaca məşhur olan Avropa səyyahları, alimləri, sənətkarları onun əl işlərinə olan heyranlıqlarını gizlədə bilməyiblər. Gördüyü işlərə, tikdiyi qalalara, tarixi abidələrə əsaslanıb demək olar ki, Əcəmi Naxçıvani öz dövrünün memarlıq məktəbini yaratmışdır.

Əcəmi Naxçıvaninin işıqlı zəkasından, dərin təxəyyül və təfəkküründən süzülüb gələn, əziyyətlərə qatlaşmış barmaqlarının qabarından yaranmış Yusif ibn Küseyir və Möminə Xatun türbələri onu təkcə dövrünün deyil, bütün zamanların bənzərsiz, əvəzolunmaz sənətkarlarından biri olduğunu əyani şəkildə dünyaya göstərmişdir. Bu sənət əsərləri yarandığı gündən zamanlara şahidlik edə-edə, bütün nəsilləri heyran qoya-qoya bu günümüzə qədər gəlib çatıb. Tarixə şahidlik edən bu qala və türbələr ulu keçmişlərdən bizlərə qalmış çox dəyərli, əvəzsiz bir yadigardır. 

Görkəmli memar Əcəmi Naxçıvaninin yaratdığı ilk məlum abidə Yusif ibn Küseyir türbəsidir. Naxçıvan şəhərinin mərkəzində yerləşən bu bənzərsiz türbəyə el arasında "Atababa günbəzi" də deyirlər. Hansı adla deyilməsindən asılı olmayaraq, abidə görənləri, baxanları heyran etməkdədir. Görkəmli memarın əlindən çıxan bütün abidələr xalqımızın nadir sənət inciləridir.

Təəssüflər olsun ki, bir-birindən gözəl, bənzərsiz memarlıq abidələri inşa edən Əcəmi Naxçıvaninin yaratdıqlarından dövrümüzə ancaq iki abidə - Yusif Kuseyir oğlu və Möminə Xatun türbələri gəlib çatıb. Amma o dövrün az-çox qorunub saxlanılan məlumatlarından aydın olur ki, XIX yüzilliyə qədər Naxçıvan şəhərində qalıqları qalan başqa abidələrlə yanaşı, Atabəylər memarlıq kompleksinə daxil olan şöhrəti dünyanın hər tərəfinə yayılmış qoşa minarəli baştağ və məscid də memar Əcəmi Naxçıvaninin əlindən çıxmışdır. XII əsrdə Naxçıvan şəhərində yaradılan Atabəylər memarlıq kompleksinə daxil olan Eldənizlər sarayı (Dar ül-Mülk), Xanəgah və s. kimi inzibati və mülki binaların da müəllifi sənətkarlığı haqqında xoş sözlər söylənən bu görkəmli memardır. Yaşadığı dövrdə Naxçıvanda inşa edilmiş bütün qalalarda, abidələrdə Əcəmi Naxçıvaninin əl izləri var. Tarixin səhifəsində qalmış bu izlər böyük sənətkarın necə də qüdrətli, bacarıqlı memar olduğunu bütün dünyaya göstərir.

Tarixdən məlumdur ki, Möminə Xatun türbəsi Atabəy Şəmsəddin Eldənizin həyat yoldaşı, Məhəmməd Cahan Pəhləvanın anası Möminə Xatunun şərəfinə tikilib. Türbə daha çox iri ölçüləri, monumental biçimləri, dinamik silueti ilə diqqəti cəlb edir, baxanları heyran qoyur. İllərdən, əsrlərdən bəridir dillərdən düşməyən rəvayətə görə, memardan bu abidəni nə vaxt tikib başa çatdıracağını soruşublar. Sənətkar "uzun müddət" sözünü dilə gətirsə də, bu müddətin on il olmasına qərar verilmişdir. Yəqin ki, elə buna görə də abidə "əsrin ondabiri" kimi də yaddaşlara həkk olunub. Təbiidir ki, türbənin hansı müddətə tikildiyi tarix üçün önəmli deyil. Önəmli olan onun memarlıq xüsusiyyətləri və gözəlliyidir. Bacarıqlı memar Əcəmi Naxçıvani bu işə xeyli vaxt sərf etsə də, özündən sonra bütün zamanların insanlarını heyran edən nadir bir sənət incisi qoyub getmişdir. 

Dövrünün tanınmış memarı olan Əcəmi Naxçıvaniyə aid edilən tikili və abidələrin sırasına Cümə məscidi də daxildir. Bu məscidin təsvirinə məşhur səyyahların qeydlərində də rast gəlmək mümkündür. XIX əsrin ortalarında səyyah V.Engelqart "Qafqaz" qəzetində məscid haqqında bunları yazırdı: "Bu - yonulmuş daşlardan tikilmiş və tağları olan nəhəng bir binadır. İçəridə hələ də gözəl relyefli oymaların izləri qalmaqdadır. Məscidin bir hissəsi artıq dağılıb, o biri hissəsi isə dağılmaq üzrədir. Məsciddən 50 sajen aralıda hündürlüyü 20 sajenə çatan qoşa minarəli darvaza yerləşir. Darvaza da həmin kompleksə daxildir. Əvvəllər məscidlə darvazanın arasındakı yerdə müxtəlif tikililər olub, ancaq indi bunlar yoxdur və adama elə gəlir ki, darvaza bir qədər yaxındakı tənha qalaya aiddir". 

Möhtəşəm sənət əsərlərinin müəllifi olan Əcəmi Naxçıvaninin yaradıcılığına təkcə ölkəmizdə deyil, dünyada da böyük maraq göstərilir, öyrənilir və xatirəsi hörmətlə yad edilir. UNESCO-nun baş konfransının 2023-cü il 7-22 noyabr tarixlərində keçirilən 42-ci sessiyasında görkəmli Azərbaycan memarının 900 illik yubileyi 2024-2025-ci illər ərzində bu beynəlxalq təşkilat çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilmişdir. Bütün bunlar Əcəmi Əbubəkr ibn Naxçıvaninin yaradıcılığının, irsinin öyrənilməsinə göstərilən marağın, sevginin bariz nümunəsidir.

Tikdiyi qalalardan, türbələrdən göründüyü kimi, dövrünün tanınmış kamil sənətkarı olmuş, memarlıq peşəsinin incəliklərinə dərindən yiyələnmiş, gənc yaşlarından sənətin zirvəsinə yüksəlmiş Əcəmi Naxçıvani həm də bir sıra elmi bilikləri, xüsusilə həndəsəni, riyaziyyatı, astronomiyanı və digər dünyəvi və dini elmləri bilirmiş. Çünki bu biliklərə yiyələnmədən belə möhtəşəm qalalar, türbələr tikmək mümkün deyildi. Bütün zamanlara şahidlik edən, dünyanı heyran qoyan belə tarixi abidələri tikib-yaratmaq üçün memar elmin müxtəlif sahələrinə mütləq yiyələnməli idi. Hərtərəfli biliklərə sahib olduğuna görə də Əcəmi Naxçıvani müasirləri tərəfindən "Şeyxül-Mühəndisin" ("Mühəndislərin başçısı", "Mühəndislərin şeyxi") adlandırılmışdır. Təbiidir ki, möhtəşəm qalalar tikilməzdən əvvəl onların kağız üzərində cizgiləri çəkilirdi. Bu cüzgiləri çəkmək üçün isə memar həndəsə, riyaziyyat və başqa elmlərdən xəbərdar olmalı idi. Məhz bütün bunlara vaqif olduğuna görə də müasirləri istedadını, bacarığını nəzərə alaraq Əcəmi Naxçıvanini "Mühəndislərin şeyxi" adlandırmışdı. 

Böyük sənətkar Əcəmi Naxçıvaninin ölümündən sonrakı dövrlərdə onun yaratdığı məktəbin təsiri ilə yenə də möhtəşəm memarlıq abidələri tikilmişdir. O da xüsusilə qeyd olunmalıdır ki, Naxçıvan memarlıq məktəbinin təsir coğrafiyası xeyli geniş olmuşdur. Azərbaycan hüdudlarını aşıb keçən bu coğrafiya Yaxın və Orta Şərq ölkələrinə qədər gedib çıxmışdır. Müxtəlif zamanlarda bu ölkələrdə tikilmiş abidələrdə Naxçıvan memarlıq məktəbinə xas olan xüsusiyyətlər öz əksini geniş şəkildə tapmışdır. Təbiidir ki, bütün bunlar olduqca qürurvericidir və tanınmış memar Əcəmi Naxçıvaninin böyük bir sənətkar olduğunu göstərən çox dəyərli və danılmaz faktlardır. 

 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında

01:13
12 Fevral

"Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

01:12
12 Fevral

"Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

01:11
12 Fevral

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı TƏDBİRLƏR PLANI

01:10
12 Fevral

"Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" informasiya sistemi haqqında ƏSASNAMƏ

01:09
12 Fevral

Böyük Britaniya və ABŞ beynəlxalq süni intellekt bəyannaməsini imzalamaqdan imtina edib

22:57
11 Fevral

Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib 

22:22
11 Fevral

Zelenski: Ukrayna Rusiyaya ərazi mübadiləsi təklif edə bilər

21:53
11 Fevral

Misli Premyer Liqası: "Qarabağ" "Səbail"i darmadağın edib  

21:52
11 Fevral

Ursula Fon der Lyayen süni intellektin inkişafı üçün 200 milyard avro ayrılacağını açıqlayıb

20:33
11 Fevral

Qeyri-hökumət təşkilatı Fransada korrupsiya ilə bağlı vəziyyətin son dərəcə pisləşdiyini açıqlayıb

20:11
11 Fevral

Türkiyə Suriya məhsullarının idxalına qoyulan qadağanı ləğv edib

20:07
11 Fevral

Ukraynanın Sumı vilayətinin Rusiya ilə sərhədə yaxın 90 yaşayış məntəqəsindən uşaqlar təxliyə edilib  

19:53
11 Fevral

Maka Boçorişvili: Gürcüstanın daxili siyasi həyatına müdaxilə tamamilə yolverilməzdir

19:42
11 Fevral

Sosial şəbəkələrdə onlayn qumar təşkil edən daha bir dəstə ifşa olunub 

19:27
11 Fevral

Fərid Qayıbov Naftalan, Xocalı və Goranboy sakinləri ilə görüşüb  

19:11
11 Fevral

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

18:41
11 Fevral

Somali Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

18:31
11 Fevral

Süni intellektlə yaradılmış videosu yayımlanan Fransa prezidenti sərt tənqidlərə tuş gəlib

18:12
11 Fevral

Ukraynada dinc əhali daha çox PUA-lar səbəbindən həlak olur

17:53
11 Fevral

Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi və bu sahədə potensialın artırılması mövzusunda təlimlərə başlanılır

17:44
11 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!