14 Mart 2025 09:45
889
Mədəniyyət
A- A+
Elimizə bahar gəlir...

Elimizə bahar gəlir...


Yurdumuza bahar gəlir... Gəlişi ilə təbiətə gözəllik, insanlara xoş əhvali- ruhiyyə, sevinc, sevgi, xoşbəxtlik gətirir... Bahar fəsillərin şahı, onun gəlişini müjdələyən Novruz bayramı isə tacıdır. İlıq nəfəsi ilə ana torpağı oyadan Novruzun gəlişi ilə eldə, obada toy-büsat qurulur. 

Novruz - yeni gün, yeni arzu, yeni istək deməkdir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan bu bayram insanlar arasında birliyin və mehribanlığın, barışın rəmzi kimi qəbul edilir. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.

Yurdumuzda hər il bu bayrama 40 gün qalmış hazırlıq işlərinə başlanır. Hər il xalqımız Novruzun Su, Od, Yel və Torpaq çərşənbələrini tonqal ətrafında bayram əhvali-ruhiyyəsi ilə qeyd edir. Bayram ərəfəsində Azərbaycanın hansı guşəsinə ayaq bassan, orada yüksək ovqatla qarşılanarsan. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Novruz  həm də bərabərlikdir. Yalnız insanların yox, həm də təbiətin bərabərliyi... Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt qış qurtarır, yaz başlayır. İnsanlar yazın gəlişini, baharın ilk gününü, təbiətin canlanmasını, torpağın oyanmasını bayram edirlər... Novruz bolluq, xeyirxahlıq, gözəllik bayramıdır. Bu bayramda Novruz  süfrəsi, Novruz xonçası qurulur. Bu süfrəni hazırlamağa İlaxır çərşənbədən başlanılır. Süfrəyə düzmək üçün müxtəlif şirniyyatlar bişirilir. Bunlara şəkərbura, paxlava, şəkərçörəyi və sair aiddir.  

Novruz gecəsi insanlar ürəklərində yeni arzu, yeni dilək tutarlar. Onu da qeyd edək ki, illərlə dilimizdə bir dua, ürəyimizdə bir istək var idi. Yurdumuz düşmən işğalından azad edilsin! Şuşada, Laçında, Qubadlıda, Zəngilanda, Xocalıda dağların başında bayram tonqalları alovlansın! Yurdundan məcburi didərgin düşmüş insanlarımız öz torpaqlarına qayıtsınlar... 

Şükürlər olsun ki, bu duamız da qəbul edildi. Tanrıya uzanan əllərimiz naümid yanımıza düşmədi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə torpaqlarımız işğaldan azad edildi. Qarabağımızın və Şərqi Zəngəzurun başı üzərindən qara buludlar çəkildi. Elə bu torpaqlarda ilk Novruz tonqallarını da Qarabağın xilaskarı, o torpaqlara yenidən həyat verən, cənnətə döndərən Prezident İlham Əliyev və xalqımızın sevimli qızı, kimsəsizin, maddi və mənəvi dəstəyə ehtiyacı olanların mənəvi anası Mehriban xanım Əliyeva alovlandırdılar.

İndi yurdumuzun hər yerində bayram tonqalları, sevgi, xoşbəxtlik, mərhəmət alovları işıq saçır. Ürəklərdən od götürən bu tonqallar yalnız insanların qəlbinə yox, illərdir sahibini gözləyən torpaqlara da nur səpir. Yurdumuzun hər yerində bayram əhvali-ruhiyyəsi yaşanır. 

Elimizdə bir adətdir, evlərdən başlayan səliqə-sahman işləri idarə və müəssisələrdə, əmək kollektivlərində davam etdirilir. Novruz  həm də gözəllik deməkdir. Elimizin hər yerində abadlıq, quruculuq, səliqə-sahman işləri aparılır. Hər şey təzələnir, fasadlar boyanır, həyət-bacada gül çiçəklər əkilir...

Bu bayram ərəfəsində insanların üzləri kimi, ürəkləri də gülür. Bu günlərdə insan hara baxırsa, gözü gözəllik görür. Gülən ürəkləri, sevinən gözləri görəndə adam gücü çatdıqca, səsi yetdikcə ucadan, lap ucadan "Nə gözəl yaraşır bizlərə bayram" demək istəyir.


Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!