11 Yanvar 2025 09:10
143
Mədəniyyət
A- A+
Gəncə Dövlət Kukla Teatrı yeni ili yeni tamaşa ilə qarşıladı

Gəncə Dövlət Kukla Teatrı yeni ili yeni tamaşa ilə qarşıladı


Gəncə Dövlət Kukla Teatrında şəhid övladları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il tamaşası nümayiş olunub.

Xüsusi proqram əsasında hazırlanmış tamaşada Qrinç adlı personajın Yeni il xəyallarından, onun Şaxta baba olmaq arzusundan bəhs edilib. Qrinç bu xəyalını reallaşdırmaq üçün müxtəlif yollara əl atır, hətta oğurluq etməkdən belə çəkinmir. Baş verən maraqlı hadisələrin yekununda Şaxta baba gələrək, oğurluğun yaxşı əməl olmadığını ona izah edir və beləcə, əksər uşaq tamaşalarında olduğu kimi, bu səhnə əsəri də xeyirin şər üzərində qələbəsi ilə yekunlaşır.

"Qrinçin yeni il xəyalları" adlı əyləncəli tamaşaya quruluş verən teatrın baş rejissoru Şamil Məmmədli bildirib ki, səhnə əsəri üçün süni intellektin köməyi ilə yeni musiqilər hazırlanıb. Bununla yanaşı, tamaşada müxtəlif işıq və audiovizual effektlərdən istifadə olunub.

Müəllifi Zülfiyyə Əliyeva olan tamaşada rolları Səməd Xanəhmədov, Elmar Vəliyev, Saleh Cümşüdlü, Mahirə Haqverdiyeva, Nərmin Şərifova, Zülfiyyə Əliyeva və Nahidə Namazova ifa ediblər.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu il Azərbaycanda iki yeni milli park yaradılacaq: ərazilər məlum olub

15:47
11 Yanvar

Türkiyə Prezidenti Azərbaycana səfir təyinatını təsdiqləyib

15:21
11 Yanvar

BOK bürünc medalları sahiblərinə təqdim edəcək

14:13
11 Yanvar

Seçkilərinin keçiriləcəyi tarix açıqlanıb

14:01
11 Yanvar

ABŞ yeni silahların yaradılmasına 1,2 trilyon dollardan çox sərmayə qoyub

13:49
11 Yanvar

Gəmilərdən gələn sualtı səs tənzimlənəcək

13:37
11 Yanvar

İnsan düşüncələrini “oxuyan” cihaz hazırlanıb

13:28
11 Yanvar

Yenilənmiş “Tesla Model Y” nümayiş etdirilib

13:20
11 Yanvar

Ankarada “Azərbaycan gecəsi” adlı tədbir keçirilib  

12:55
11 Yanvar

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:53
11 Yanvar

MSK sədri: Bələdiyyə seçkilərində seçicilər geniş seçim imkanına malik olacaqlar

12:41
11 Yanvar

Azərbaycan neftinin qiyməti 81 dolları ötüb

12:23
11 Yanvar

Məzahir Pənahov: Bələdiyyə seçkilərində 66 mindən çox yerli müşahidəçi akkreditasiyadan keçib

12:13
11 Yanvar

MSK sədri: Bələdiyyə seçkilərində 16 min 128 namizəd mübarizə aparır

11:57
11 Yanvar

Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb

11:39
11 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi səhhətində problemlər olan sürücülərə müraciət edib  

11:31
11 Yanvar

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik fəaliyyət planı imzalanıb  

11:30
11 Yanvar

Azərbaycan səfirliyi Peruda aztəminatlı ailələrin uşaqlarına bayram sevinci bəxş edib  

11:29
11 Yanvar

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb  

10:27
11 Yanvar

Aktaudakı Azərbaycan diasporundan nümunəvi addım 

10:00
11 Yanvar

Araşdırma: Səhər qəhvə istehlakı ölüm riskini azaldır

09:41
11 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!