09 Yanvar 2025 09:20
2891
Səhiyyə
A- A+
Sümük əriməsi sağlamlığa ciddi təhlükədir

Sümük əriməsi sağlamlığa ciddi təhlükədir

Skelet sistemini təşkil edən sümüklərin formalaşması körpəlik və uşaqlıq dövründə sürətli olsa da, yeniyetməlik dövrü başa çatdıqda sümüyün bərpa edilməsi onun rezorbsiyası ilə,  demək olar ki, eyni səviyyəyə çatır. Yaş artdıqca sümüklərin zəifləməsi normal haldır. Lakin bunu bilərək və ya bilməyərəkdən etdiyimiz səhvlər ilə daha da sürətləndirib, nəticədə osteoporoza yaxalanırıq. Məsaməli sümük mənasını verən osteoporoz sümüklərdə mineral sıxlığının azalması nəticəsində sümük kütləsinin və strukturunun dəyişməsi, keyfiyyətinin pisləşməsi nəticəsində incəlməsi, müqavimətinin zəifləyərək kövrəkləşməsi ilə nəticələnən sümük xəstəliyidir.

Xəstəlik erkən dövrlərdə böyük problemlər yaratmasa da, yaş irəlilədikcə ciddi sümük zədələnmələrinə səbəb olur. Osteoporoza kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Belə ki, 50 yaşdan yuxarı hər beş kişidən birində osteoporoz göründüyü halda, 50 yaşdan yuxarı hər iki qadından birində xəstəliyə rast gəlinir. 

Son illərin ən narahatedici proqnozu isə yaşlılıq xəstəliyi olan osteoporozun gənclər arasında da yayılmasıdır. Yemək vərdişlərindəki dəyişikliklər, fiziki fəaliyyətin, aktivliyin azalması və ümumi sağlamlıqla bağlı məqamlar gənclərdə osteoporozun artmasına səbəb olur.


Osteoporozun əlamətləri nələrdir?


Sağlam və gənc sümüklərdə güclü kollagen liflərinə bağlı minerallardan və kalsium duzlarından ibarət bir quruluş var. Bu quruluşun yaşla birlikdə gücünü itirməsi və zəifləməsi normaldır. Orqanizmdə sümük itkisi baş verdikcə sümüklərin içərisində boşluqlar əmələ gəlir, onların sıxlığı azalır, qırılmağa və çatlamağa daha meyilli olurlar. Osteoporoz səbəbi ilə qırıqların ən çox rast gəlindiyi sümüklər bilək, onurğa və omba sümükləridir. 

Osteoporoz erkən dövrdə heç bir əlamətə səbəb olmur. Sümük sıxlığının azalmasına baxmayaraq, sümükdə hər hansı bir qırılma, çatlama olmadığı və ya sümük sıxlığı testləri edilmədiyi təqdirdə xəstəliyin aşkarlanması çox çətindir. Xəstəlik irəlilədikcə insanlar bəzi simptomlarla qarşılaşırlar. Bunlara onurğada sınıq və ya çökmüş vertebranın səbəb olduğu bel ağrısı, zamanla sümüklərin əyriliyinə görə boy qısalması, əyri duruş, sadə hərəkətlərlə belə baş verə biləcək qırıqlar və çatları aid etmək olar. Bunlar osteoporoz yüksək səviyyələrə çatdıqda və sümük zədələnmələri baş verdikdə özünü göstərə bilən simptomlardır. Xəstəlik bu mərhələyə çatdıqdan sonra sümükləri əvvəlki vəziyyətinə qaytarmaq mümkün olmur.


Diaqnoz necə qoyulur?


Osteoblast adlanan hüceyrələr yeni sümük hüceyrələrinin istehsalına məsul olduğu halda, osteoklast hüceyrələr köhnə sümük hüceyrələrinin parçalanmasını təmin edir. Yaş artdıqca bu proses arasında tarazlıq pozulduğu üçün sümük əriməsi başlayır. Osteoporozun yaranmasına təsir edən bir sıra risk faktorları var. Kalsium, fosfor və D vitamininin qeyri-kafi qəbulu, yaşlılıq, genetik meyil, hormonların aşağı düşməsi, tiroid hormonları ilə əlaqəli pozğunluqlar, steroid tərkibli dərmanların istifadəsi, siqaret və spirtli içki istifadəsi, oturaq həyat tərzi bunlara daxildir.

Osteoporoz özü ilə bəzi fəsadlar gətirir. Bunlardan ən çox rast gəlinəni sümük qırıqlarıdır. Sümük qırıqlarının baş verməsi üçün ağır zərbə almaq və ya qəzaya düşmək lazım deyil. Ağır osteoporozlu xəstələrdə kiçik bir burxulma, hətta öskürək kimi ani hərəkətlər səbəbiylə sınıqlar meydana gələ bilər.

Sümük əriməsinin dəqiq diaqnozu üçün həkim nəzarəti ilə biokimyəvi və görüntüləmə testlərindən keçərək, sümük sıxlığının ölçülməsi aparılmalıdır.  Hazırda ən çox istifadə edilən və etibarlı üsul "DXA"dır. Osteoporozun çox rast gəlinən bir xəstəlik olduğunu nəzərə alaraq, mütəxəssislər yaşı 50-ni keçən insanların simptomların görünməsini gözləmədən həkimə müraciət edərək, müntəzəm olaraq "DXA" skanından keçmələri tövsiyə olunur. Bu cihaz xüsusilə onurğa və omba kimi bölgələrdə sümük sıxlığını qiymətləndirərək osteoporozun varlığını və şiddətini təyin edir.

Testlərdən alınan nəticələrin osteoporozun erkən diaqnostikasında önəmli payı var, çünki xəstəlik çox vaxt aşkar simptomlar olmadan irəlilədiyi üçün onun inkişafının qarşısını zamanında almaq olduqca vacibdir.


Sümük itkisinin qarşısı necə alınır?


Osteoporozun müalicəsi xəstəliyin səbəbindən, şiddətindən və gəncin ümumi sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir. Müalicənin əsas məqsədi sümük sıxlığını artırmaq, sümük qırıqlarının qarşısını almaq və ümumi sağlamlığı yaxşılaşdırmaqdır. Bunun üçün düzgün qidalanma, fiziki fəaliyyət, dərman müalicəsi, aktiv həyat tərzi önəmlidir.

Sümük sağlamlığını dəstəkləmək üçün kifayət qədər kalsium və D vitamini qəbulu çox vacibdir. Sümük əriməsi varsa, gündəlik qida rasionuna süd məhsulları, yaşıl yarpaqlı tərəvəzlər, fındıq, soya, əncir, portağal, göbələk, yulaf əzməsi, balıq və yumurta kimi kalsium və D vitamini ilə zəngin qidalar əlavə edilməlidir. Bundan əlavə, maqnezium, fosfor və zülal kimi digər qida maddələrinin çatışmazlığı da birbaşa sümük sağlamlığına təsir göstərir.

Daimi idman sümük sıxlığının artırılmasında və sümük sağlamlığının qorunmasında mühüm rol oynayır. Gəzmək, qaçmaq və ağırlıq qaldırmaq kimi müqavimət məşqləri sümükləri daha güclü və sağlam saxlamağa kömək edir. Siqaret çəkmək və həddindən artıq spirtli içkilərin qəbulu sümük sağlamlığına mənfi təsir göstərən amillərdəndir. Ona görə də müalicə planında bu cür vərdişlərdən uzaq durmaq və ya ondan imtina etmək tövsiyə olunur.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 415 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:34
25 İyun

“Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:33
25 İyun

“Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:32
25 İyun

“Qaz təchizatı sisteminə dair Qaydalar”ın təsdiq edilməsi və “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarının ləğv edilməsi barədə

02:31
25 İyun

“Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:29
25 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:25
25 İyun

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Londonda iqlim investisiyalarına həsr olunmuş dəyirmi masa təşkil edib  

22:17
24 İyun

“Qayıdış hüququ və öz müqəddəratını təyinetmə” konfransının iştirakçıları ABŞ Konqresinə müraciət ünvanlayıblar  

22:16
24 İyun

AŞPA Gürcüstanla bağlı qətnamə qəbul edib

22:03
24 İyun

İnsan hüquqları komitəsində kibertəhlükəsizlik və rəqəmsal qanunvericiliklə bağlı mühüm dəyişikliklər nəzərdən keçirilib VİDEO  

21:52
24 İyun

“Sikh Federation International”: Bu gün Hindistan öz sərhədləri daxilində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımır  

21:39
24 İyun

Azərbaycan Gürcüstanda keçirilən Dövlət Xidməti Forumunda təmsil olunub

21:26
24 İyun

Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi ilə bağlı texniki nasazlıq aradan qaldırılıb –RƏSMİ AÇIQLAMA  

21:20
24 İyun

Aruba Milli Köləlik İrsi Platformasının prezidenti: Köləlik bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir  

21:18
24 İyun

Azərbaycan və İran parlamentlərarası əməkdaşlığın genişləndirilməsində maraqlıdır  

21:07
24 İyun

Neftçalada DOST filialı fəaliyyətə başlayıb

21:02
24 İyun

Azərbaycanın kosmik gündəliyi BMT-nin diqqət mərkəzindədir

20:59
24 İyun

Pakistan MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

20:56
24 İyun

Zelenski: Ukrayna kəşfiyyatı Rusiyanın daxili sənədlərini əldə edib  

20:33
24 İyun

Abbas Abbasov: Qərbi azərbaycanlılarla bağlı mövzunun beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasına imkan verilmir  

20:26
24 İyun

Oman Hörmüz boğazında müvəqqəti dəniz dəhlizi yaradır

20:04
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!