30 Aprel 2026 21:18
880
Səhiyyə
A- A+
Yetkinlik yaşı 32-ə qədər davam edirmiş

Yetkinlik yaşı 32-ə qədər davam edirmiş


Böyük Britaniyanın Kembric Universitetinin alimləri tərəfindən aparılan araşdırma insan beynindəki neyron əlaqələri araşdıraraq, beyin inkişafı və qocalmada dörd əsas mərhələni qeyd edir: 9, 32, 66 və 83 yaş. Tədqiqat insanın özünü neçə yaşında hiss etdiyinə deyil, beynin fiziki və neyron strukturunda baş verən dəyişikliklərə diqqət yetirir.

Tədqiqatçılar maqnit rezonans görüntüləmə (MRT) və xəritələşdirilmiş neyron əlaqələri istifadə edərək, yaşları 0-90 arasında olan 3800-dən çox insanın beynini təhlil ediblər. Tədqiqatın müəlliflərindən biri Aleksa Mausli qeyd edir ki, bu mərhələləri başa düşmək bizə müxtəlif yaşlarda beynin nəyə daha həssas olduğunu anlamağa kömək edəcək.

Tədqiqat neyron əlaqələrdə fərqli dəyişikliklərin olduğu dörd əsas mərhələni müəyyən edir. İlk mərhələ 9 yaşa qədər olan uşaqlıq mərhələsidir. Bu dövrdə neyron şəbəkəsinin konsolidasiyası baş verir. Ən aktiv sinapslar (neyronlar arasında əlaqə) sağ qalır və tərkibində neyronları olan boz maddənin və əlaqələri meydana gətirən ağ maddənin miqdarının artması müşahidə olunur. İlk mərhələ koqnitiv qabiliyyət və sosial-emosional/davranış inkişafında baş verir.

9 yaşdan 32 yaşa qədər olan yeniyetməlik mərhələsində neyronların təşkili nisbətən sabit qalır və əlaqələr daha səmərəli olur. Tədqiqatçılar qeyd edirlər ki, bu dövr beynin funksional olaraq yetkinləşdiyi və ya tənəzzülə başladığı zaman deyil, beyin naqillərinin modellərinin dəyişdiyi zamandır.

32 yaşdan 66 yaşa qədər olan dövr isə yetkinlik və qocalmanın erkən başlanğıcıdır. 32 yaş neyron şəbəkələrinin təşkilində "həyatın ən dərin dəyişikliyinin" baş verdiyi an hesab olunur. Bu yaşdan etibarən neyron şəbəkə arxitekturasında dəyişikliklər yavaşlamağa başlayır.

66 yaş, tez-tez vaxtından əvvəl qocalmanın başlanğıcı olaraq adlandırılan növbəti əhəmiyyətli dəyişikliyi qeyd edir. Bu mərhələdə demans və ya hipertoniya kimi hallar görünməyə başlaya bilər. 83 yaşdan sonrakı dövr isə beynin son yaşıdır. Bu mərhələ ilə bağlı məlumatlar məhdud olsa da, alimlər beynin bəzi nahiyələrinin bir-biri ilə ünsiyyət qurmaqda daha çox çətinlik çəkdiyini aşkar ediblər.


Ülkər XASPOLADOVA,

 “Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan startapları Silikon Vadisində beynəlxalq görüşlər keçirirlər

20:48
25 May

Azərbaycanda kredit portfeli 32,6 milyard manatı keçib

20:33
25 May

ADY Bakı–Tbilisi qatarı ilə bağlı sərnişinlərə sənəd tələblərini açıqlayıb

20:26
25 May

“WhatsApp”da yeni məxfilik funksiyası

20:16
25 May

“Volvo” yeni elektromobilini təqdim edib

20:07
25 May

“Google” ağıllı eynək bazarına yenidən qayıdır

19:59
25 May

Estoniya Respublikasının Prezidenti Alar Karisdən

19:55
25 May

Rusiya XİN əcnəbiləri Kiyevi tərk etməyə çağırıb

19:55
25 May

“Meta”nın növbəti hədəfləri açıqlanıb

19:53
25 May

Pakistanda mikroavtobusla avtobusun toqquşması nəticəsində 17 nəfər həlak olub

19:49
25 May

Xarici turistlər Azərbaycanda ödənişləri öz milli valyutalarında edə biləcəklər

19:46
25 May

“Airbnb” fəaliyyətini genişləndirir

19:39
25 May

Apple Music AI musiqilərinə qarşı mübarizəni gücləndirir

19:09
25 May

Məhəmməd Bağır Qalibaf yenidən İran parlamentinin Sədri seçilib

19:06
25 May

Moldova Respublikasının Prezidenti Maya Sandudan

18:51
25 May

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

18:48
25 May

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilidən

18:41
25 May

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

18:38
25 May

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Məhəmməd Şahbaz Şərifə

18:36
25 May

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

18:36
25 May

Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ

18:24
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!