05 May 2026 18:31
150
SİYASƏT
A- A+
 Cənubi Qafqazda sülh Azərbaycanın qətiyyəti ilə formalaşır  

 Cənubi Qafqazda sülh Azərbaycanın qətiyyəti ilə formalaşır  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində onlayn formatda çıxışı həm Cənubi Qafqaz regionu, həm də özlərini vasitəçi və arbitr kimi təqdim edən Avropa institutları üçün ən parlaq və məzmunlu siyasi mesajlardan birinə çevrildi.

Prezident İlham Əliyev növbəti dəfə parlaq natiqlik və polemik ustalıq nümunəsi göstərdi. Sammitdə fiziki olaraq iştirak etməməsinə baxmayaraq, o, bütövlükdə tədbirin gündəliyini tam şəkildə öz üzərinə götürdü. Onun çıxışı mahiyyət etibarilə Azərbaycanın əleyhdarlarını zərərsizləşdirdi. Onlar açıq şəkildə İrəvan platformasından istifadə edərək, ənənəvi anti-Azərbaycan narrativlərini irəli sürməyi planlaşdırırdılar. Lakin, bu cəhdlər səsləndirilməmişdən əvvəl sıfıra endirildi. Üstəlik, sonrakı reaksiyalar və “cavablar” da mənasını itirdi, çünki dövlət başçısının çıxışında artıq lazım olan hər şey – aydın, əsaslandırılmış və faktlara söykənən şəkildə ifadə olunmuşdu. Prezidentin çıxışında səslənən əsas tezis ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında sülh artıq əldə olunub. Bu fikir siyasi ritorika və ya diplomatik jest deyil. O, konkret addımlara əsaslanır. Dövlət başçısı qeyd etdi ki: “Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib”. Prezident İlham Əliyevin digər mühüm mesajı bağlantılarla və onun sülh prosesindəki rolu ilə bağlı oldu: “Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər” Və bütün bunlar, yeni reallığın təməlidir.

Məhz bu kontekstdə xarici oyunçulara ünvanlanan “Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik” mesajı xüsusi əhəmiyyət kəsb edir. Özlərini “sülhyaratma” missiyasına aid edən qüvvələrə açıq şəkildə bildirildi ki, onlar gecikiblər. Sülh prosesi artıq vasitəçilərə ehtiyac duymur. Çünki bu vasitəçilər çox vaxt sabitlikdən daha çox  geosiyasi və öz şəxsi maraqlarını rəhbər tuturlar. Beləliklə, Azərbaycan Prezidenti bir sıra xarici təşəbbüslərin legitimliyini faktiki olaraq sual altına aldı. Bu təşəbbüslər sülhyaratma adı altında bölgədə təsir rıçaqlarını qorumağa yönəlmişdir. Çıxışın strateji dərinliyi də məhz bundadır: o, təkcə əldə olunan nəticələri təsbit etmir, həm də münasibətlərin yeni arxitekturasını formalaşdırır – burada əsas rol münaqişə tərəflərinə məxsusdur, üçüncü tərəfə və xüsusi ilə yersiz müdaxiləyə ehtiyac yoxdur. Avropa institutlarına, Avropa Parlamenti və AŞPA-ya yönələn fikirlər də xüsusi diqqətə layiqdir. Dövlət başçısı burada təkcə siyasi sərtlik deyil, həm də prinsipiallıq nümayiş etdirdi. O, Azərbaycanın uzun illər ərzində Avropa Şurası strukturlarında iştirakını və konstruktiv rolunu xatırlatdı, həmçinin ölkənin ərazi bütövlüyünü bərpa etdikdən sonra Azərbaycan nümayəndə heyətinə qarşı məhdudiyyətlərin tətbiq olunduğunu vurğuladı.

Bu məqam prinsipial xarakter daşıyır. Əslində söhbət ikili standartların açıq şəkildə ifşa olunmasından gedir. Beynəlxalq hüquq onilliklər boyu görməzdən gəlinir, lakin onun bərpası birdən-birə sanksiyalara səbəb olur – bu, açıq siyasi qərəzdir. Prezident İlham Əliyev bu problemi  qeyd etməklə, yanaşı həm də onu sistemli xüsusiyyət kimi təqdim etdi. Və bu ikili standartlar fəaliyyət prinsipidir: “Təəssüflər olsun ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Ermənistan-Azərbaycan sülh prosesində konstruktiv mövqe sərgiləmir və ikili standartlar nümayiş etdirirlər”.

Avropa Parlamentinin fəaliyyətindən bəhs edərkən,  Prezidentin sözlərinə görə, bu qurum sülhə töhfə vermək əvəzinə, onu sarsıdır. Son beş ildə ölkəmizə qarşı qəbul edilmiş 14 qətnamə təsadüfi deyil, məqsədyönlü kampaniya təəssüratı yaradır. Ölkə başçımız haqlı olaraq bildirdi ki: “Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır”. Əlbəttə ki, səbəb aydındır. Onlar Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini  qəbul edə bilmirlər.  Separatçılığa son qoyulmuş və müharibə cinayətkarları məsuliyyətə cəlb edildilər.  Məhkəmə bütün hüquqi prosedurları nəzərə almaqla, ictimaiyyətə açıq şəkildə keçirildi.  

Rəsmi Bakının cavabı çox gecikmədi.  Azərbaycan Respublikası Milli Məclisi 2026-cı il mayın 1-də Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq, bir sıra platformalardan çıxmaq haqqında qərar qəbul etdi. Bu emosional reaksiya deyil, məntiqli addım  idi. Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkür edən cənab İlham Əliyev   növbəti dəfə  ədalətli yanaşmanı nümayiş etdi. Komissiya  sülh prosesini dəstəkləyir və praktik əməkdaşlığa üstünlük verir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı Avropaya çatdırılır, ixrac artır, yeni ölkələrə tədarük başlanır. Boru kəmərləri, müqavilələr, enerji təhlükəsizliyi bu real siyasətdir.

Vacib məqamlardan biri də cənab Prezidentin Ermənistanda sammitin keçirilməsinə  verdiyi dəstək, 2028-ci ildə sammitin Azərbaycanda təşkili ilə bağlı söylədiyi fikirlərdir. Bütün bunlar Bakının öz mövqeyinə inamını və beynəlxalq müzakirələrdən çəkinmədiyini göstərir. Əksinə, Azərbaycan bu müzakirələri özü formalaşdırır.

Beləliklə, Prezident İlham Əliyevin çıxışı tamhüquqlu strateji bəyanat kimi qiymətləndirilə bilər. Burada Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və nəticələri aydın şəkildə ifadə olunmuş, danışıqlar prosesinin mövcud vəziyyətinə qiymət verilmiş və regiondakı qüvvələr balansı müəyyən edilmişdir. Üstəlik, bu balansın artıq dəyişdiyi və real sülhün xeyrinə dəyişdiyi açıq şəkildə göstərilmişdir. Azərbaycanı sülhə mane olan tərəf kimi təqdim etmək cəhdləri faktlarla təkzib edildi. Xarici vasitəçiliyi zorla qəbul etdirmək cəhdləri mənasızlaşdırıldı. Beynəlxalq platformalardan təzyiq aləti kimi istifadə etmək təşəbbüsləri isə dəyərdən salındı. Cənubi Qafqazda yeni reallıq formalaşır. Bakı və İrəvan sülhə doğru irəliləyir — çətinliklərlə, amma real nəticələrlə. Bu sülh artıq kağız üzərində deyil, yollar, enerji, ticarət və siyasi iradə üzərində qurulur.

Hicran Hüseynova, 

Milli Məclisin komitə sədri, 

professor 




Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Ekspo Mərkəzində Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sərgiləri işə başladı

19:36
05 May

Orta dəhliz qlobal ticarətdə rəqabətli alternativə çevrilir

19:26
05 May

“Prime Leasing MMC” Landini Traktorlarını Azərbaycanda təqdim etdi

19:19
05 May

İnternetdə bir dövrün sonu: "Ask.com" tarixə qovuşdu  

19:13
05 May

Strateji vaqonların istehsalında günəş enerjisindən istifadə olunacaq

19:07
05 May

Metan qazı tullantılarının azaldılması enerji təhlükəsizliyi üçün vacibdir  

18:57
05 May

Azərbaycan və Özbəkistan üzümçülük sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

18:53
05 May

Bakıda keçiriləcək İİB Qrupunun 51-ci İllik Toplantılarının hazırlıq işləri nəzərdən keçirilib  

18:52
05 May

Gürcüstanın kənd təsərrüfatı naziri: Azərbaycanla bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraqlıyıq  

18:51
05 May

Premyer Liqa: “Neftçi” Yevlaxda 3 xal qazanıb

18:49
05 May

Dünya mətbuatı Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışını işıqlandırmaqda davam edir  

18:48
05 May

Azərbaycan və Ekvador arasında ilk siyasi məsləhətləşmələr aparılıb

18:47
05 May

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri nəzərdən keçirilib

18:46
05 May

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq  

18:45
05 May

Pentaqon: ABŞ İranın Hörmüz boğazını bağlamasına icazə verməyəcək

18:44
05 May

Dünya mediası Baş nazir Ciorcia Meloninin Prezident İlham Əliyevlə Bakıda apardığı danışıqları geniş işıqlandırıb 

18:43
05 May

Atlantik okeanında rekord həcmdə narkotik müsadirəsi

18:42
05 May

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində növbəti təlim toplanışı başa çatıb

18:34
05 May

Beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş baş tutub  

18:33
05 May

 Cənubi Qafqazda sülh Azərbaycanın qətiyyəti ilə formalaşır  

18:31
05 May

Tullantı zavodlarında robotlar işə başlayır

18:31
05 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!