07 Noyabr 2024 14:07
96
SİYASƏT
A- A+
Vətən müharibəsi ilə bağlı hesabat hazırlanıb  

Vətən müharibəsi ilə bağlı hesabat hazırlanıb  

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) tərəfindən 44 günlük Vətən müharibəsi ilə bağlı ingilis dilində hesabat hazırlanıb.

AZƏRTAC xəbər verir ki, BMTM-in şöbə müdiri Vasif Hüseynov tərəfindən hazırlanan hesabatda İkinci Qarabağ müharibəsini şərtləndirən amillər, 44 gün ərzində baş verən əsas proseslərin xronikası, Azərbaycan üçün qələbə, Ermənistan üçün isə hərbi kapitulyasiya olan 10 noyabr üçtərəfli Bəyanatı və beynəlxalq ictimaiyyətdən gələn reaksiyalar ayrı bölmələr çərçivəsində sistematik qaydada araşdırılıb və təhlil edilib.

Hesabatın “Hərbi variantın qaçılmazlığı” bölməsində V.Hüseynov bildirib ki, Ermənistanda və beynəlxalq ictimaiyyətdə Azərbaycanın öz əzəli torpaqlarını hərbi yolla azad etməyəcəyi ilə bağlı yanlış qənaət formalaşmışdı. Lakin münaqişənin hərbi yolla həllini qaçılmaz edən konkret səbəblər var idi. Bu səbəblərdən birincisi, Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən artan irredentist, təcavüzkar ritorika və sərhəd təxribatları idi. Belə ki, hakimiyyətinin ilk dövrlərində Nikol Paşinyan münaqişənin həllində istəkli olması görüntüsünü formalaşdırsa da, ölkə daxilində mövqelərini gücləndirdikdən sonra sələflərindən daha radikal və ekstremist mövqe tutdu.

Müəllif hərbi variantı şərtləndirən digər amilin isə Ermənistanın təcavüzkar aktlarına beynəlxalq ictimaiyyətdən zəruri reaksiyanın gəlməməsi olduğunu bildirib. Belə ki, münaqişənin danışıqlar yolu ilə həllinə çalışdığını iddia edən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Ermənistanı təcavüzkar ritorika və aktlardan çəkindirmək üçün heç bir tədbir görmədi, işğalçı dövlətə sanksiyalar tətbiq edilməsi ilə bağlı Azərbaycanın çağırışlarına əhəmiyyət vermədi.

Hesabatın 44 günlük müharibə, üçtərəfli Bəyanat və beynəlxalq reaksiyalar bölmələrində dövrün hadisələri ayrılıqla təhlil edilib.

Nəticə bölməsində isə müəllif qeyd edib ki, hər iki ölkə üçün fərqli nəticələri olmasına baxmayaraq, İkinci Qarabağ müharibəsi münaqişəni həll edərək yeni regional vəziyyətdən yararlanmaq üçün imkanlar yaratdı. Belə ki, 44 günlük müharibədən sonra yalnız Ermənistan və Azərbaycan üçün deyil, həm də bütün region üçün yeni dövr başlandı.

Qeyd edək ki, Azərbaycan tarixinin şanlı səhifələrindən olan Vətən müharibəsi haqqında ingilis dilində dərc olunan hesabatda əsas məqsəd mövcud faktları təhrif edərək ölkəmizə qarşı təbliğat kampaniyası aparan dövlət və beynəlxalq təşkilatların Cənubi Qafqaz regionunda sülhə xidmət etməyən, təxribat xarakterli fəaliyyətlərinin önünə keçməkdir.

Linkə keçid edərək hesabatla daha ətraflı tanış olmaq mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski Trampla “əla telefon danışığının” olduğunu bildirib  

16:31
07 Noyabr

Şarl Mişel: Avropa İttifaqı ABŞ-la münasibətləri dərinləşdirmək istəyir  

16:15
07 Noyabr

Aİ liderləri Gürcüstana təzyiq göstərirlər  

16:13
07 Noyabr

“WhatsApp”dan yeni funksiya

15:56
07 Noyabr

Sosial və korporativ idarəetmə üzrə konfrans keçirilib  

15:50
07 Noyabr

Uşaq Səfirlər Məclisi üzvləri "ASAN xidmət"də

15:46
07 Noyabr

Ciorcia Meloni ilə Donald Tramp arasında telefon danışığı olub

15:36
07 Noyabr

Paşinyan Budapeştdə jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib

15:35
07 Noyabr

Baş Prokurorluqda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

15:27
07 Noyabr

Xəbərdarlıq: Abşeron yarımadasının bəzi yerlərində leysan yağacaq  

15:22
07 Noyabr

Multikulturalizm Mərkəzində Zəfər Günü qeyd olunub  

15:16
07 Noyabr

COP29 çərçivəsində Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu keçiriləcək  

15:14
07 Noyabr

COP29 Könüllülük Proqramının hazırlıq mərhələsi başa çatıb

15:12
07 Noyabr

Azərbaycan COP29 konfransının ən yüksək səviyyədə təşkili üçün bütün imkanlarını səfərbər edib – BƏYANAT  

15:06
07 Noyabr

Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub

14:57
07 Noyabr

Azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar icarəyə veriləcək  

14:30
07 Noyabr

İşğaldan azad edilmiş ərazilərdə yerquruluşu və torpaq kadastrı işləri davam etdirilir  

14:27
07 Noyabr

Praqada Azərbaycan Evi açılıb

14:24
07 Noyabr

Dünya dini liderləri Ağdam Cümə məscidində camaat namazı qılıblar  

14:20
07 Noyabr

Milli Məclisdə AMB-nin pul siyasəti ilə bağlı təqdimat keçiriləcək

14:19
07 Noyabr

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrasına dair ilk iclas keçirilib  

14:18
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!