07 Noyabr 2024 14:27
91
CƏMİYYƏT
A- A+
İşğaldan azad edilmiş ərazilərdə yerquruluşu və torpaq kadastrı işləri davam etdirilir  

İşğaldan azad edilmiş ərazilərdə yerquruluşu və torpaq kadastrı işləri davam etdirilir  

Ağdərədə bugünədək 70 291 ha ərazidə çöl torpaq tədqiqatı, 37 304 ha ərazidə çöl geobotaniki və 27 109 ha ərazidə aqrokimyəvi tədqiqat işləri aparılıb.

Trend bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə torpaqların kəmiyyət və keyfiyyət göstəricilərini əks etdirən elektron kadastr uçotu, eləcə də torpaqların bonitirovkası, iqtisadi qiymətləndirilməsi və s. kimi torpaq kadastrı və yerquruluşu işləri davam etdirilir.

İşğaldan azad olunmuş Ağdərə rayonunda aparılan yerquruluşu və torpaq kadastrı işləri çərçivəsində 2024-cü ildə 166 091 ha ərazidə yerquruluşu işləri, 134 704 hektar çöl torpaq tədqiqatı və çöl geobotaniki tədqiqat işlərinin həyata keçirilməsi planlaşdırılır.

Bu işlərin həyata keçirilməsi bölgənin malik olduğu torpaq ehtiyatlarının həcminin, məqsədli təyinatına uyğun tərkibinin müəyyən edilməsinə imkan verəcəkdir.

2024-cü ilin avqust ayından indiyədək Ağdərə rayonu üzrə 153 516 ha ərazidə çöl-ölçmə işləri aparılıb, hazırda işlər davam etdirilir.

Qeyd edək ki, dağıdılmış yaşayış məntəqələrinin, kənd təsərrüfatı, meşə və digər təyinatlı torpaqların, o cümlədən onların hüdudları daxilində yerləşən bütün komponentlərin koordinatları Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən çöl-ölçmə işləri zamanı müasir cihazlarla təyin olunur. Ərazidə GPS vasitəsilə çöl-ölçmə işlərini aparmaq üçün fasiləsiz fəaliyyət göstərən AzPOS stansiyalarına istinad edilir.

Torpaq kadastrı işləri çərçivəsində torpaq və geobotaniki tədqiqatlar aparılaraq torpaqların bonitrovkası işləri həyata keçirilir. Bu il ərzində Ağdərə rayonu üzrə ümumilikdə, 134 704 ha ərazidə torpaq, geobotaniki və aqrokimyəvi tədqiqatların aparılması nəzərdə tutulub.

Cari ilin əvvəlindən başlayaraq bu günə kimi 70 291 ha ərazidə çöl torpaq tədqiqatı, 37 304 ha ərazidə çöl geobotaniki və 27 109 ha ərazidə aqrokimyəvi tədqiqat işləri aparılıb. Torpaq və bitki nümunələri götürülərək aqrokimyəvi analizlərin aparılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə verilib.

Torpaq və geobotaniki tədqiqatların nəticələri torpaqların vahid elektron kadastrı uçotu informasiya sisteminə daxil edilir.

İşğaldan azad olunmuş ərazilərdə torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri ilə bağlı aparılan elektron kadastr uçotu daşınmaz əmlakın vahid dövlət kadastrının formalaşdırılmasına, torpaqlardan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına, torpaq ehtiyatlarının səmərəli idarə edilməsinə imkan verəcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şarl Mişel: Avropa İttifaqı ABŞ-la münasibətləri dərinləşdirmək istəyir  

16:15
07 Noyabr

Aİ liderləri Gürcüstana təzyiq göstərirlər  

16:13
07 Noyabr

“WhatsApp”dan yeni funksiya

15:56
07 Noyabr

Sosial və korporativ idarəetmə üzrə konfrans keçirilib  

15:50
07 Noyabr

Uşaq Səfirlər Məclisi üzvləri "ASAN xidmət"də

15:46
07 Noyabr

Ciorcia Meloni ilə Donald Tramp arasında telefon danışığı olub

15:36
07 Noyabr

Paşinyan Budapeştdə jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib

15:35
07 Noyabr

Baş Prokurorluqda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

15:27
07 Noyabr

Xəbərdarlıq: Abşeron yarımadasının bəzi yerlərində leysan yağacaq  

15:22
07 Noyabr

Multikulturalizm Mərkəzində Zəfər Günü qeyd olunub  

15:16
07 Noyabr

COP29 çərçivəsində Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu keçiriləcək  

15:14
07 Noyabr

COP29 Könüllülük Proqramının hazırlıq mərhələsi başa çatıb

15:12
07 Noyabr

Azərbaycan COP29 konfransının ən yüksək səviyyədə təşkili üçün bütün imkanlarını səfərbər edib – BƏYANAT  

15:06
07 Noyabr

Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub

14:57
07 Noyabr

Azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar icarəyə veriləcək  

14:30
07 Noyabr

İşğaldan azad edilmiş ərazilərdə yerquruluşu və torpaq kadastrı işləri davam etdirilir  

14:27
07 Noyabr

Praqada Azərbaycan Evi açılıb

14:24
07 Noyabr

Dünya dini liderləri Ağdam Cümə məscidində camaat namazı qılıblar  

14:20
07 Noyabr

Milli Məclisdə AMB-nin pul siyasəti ilə bağlı təqdimat keçiriləcək

14:19
07 Noyabr

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrasına dair ilk iclas keçirilib  

14:18
07 Noyabr

Sabahdan Azərbaycanda altıgünlük bayram tətili başlayır

14:17
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!