07 Noyabr 2024 15:27
113
CƏMİYYƏT
A- A+
Baş Prokurorluqda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Noyabrın 7-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq əməkdaşları Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün təmini uğurunda şəhid olmuş hərbçilərimizin dəfn olunduğu II Şəhidlər xiyabanını ziyarət edərək şəhadət zirvəsinə ucalmış şəhidlərimizin xatirələrini dərin ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar. Sonra Baş Prokurorluğun inzibati binasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Baş Prokurorluğun rəhbərliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin büstü üzərinə gül dəstələri qoyulub.

Tədbir zamanı şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Baş prokuror Kamran Əliyev çıxışında prokurorluq əməkdaşlarını və xalqımızı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. K.Əliyev tariximizin şanlı səhifəsi olan bu qələbəyə aparan yolun əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb, daim Vətəninə bağlı olan və onun gələcəyini düşünən dahi dövlət xadimi, dünya səviyyəli siyasətçi Ulu Öndər Heydər Əliyevin ölkəmizin bu günləri üçün gördüyü işlərdən danışıb.

Qeyd olunub ki, Ulu Öndərin layiqli davamçısı, onun prinsip və siyasi kurslarına sadiq qalan Prezident İlham Əliyev tərəfindən Azərbaycan daha da inkişaf etdirilib və nəticədə beynəlxalq aləmdə aparıcı mövqeyə sahib, iqtisadi və siyasi sferada sadiq və əqidəli tərəfdaş olmaqla yanaşı, eyni zamanda, qüdrətli orduya sahib olan dövlət kimi nüfuz qazanıb.

Vurğulanıb ki, 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri torpaqlarımızın işğaldan azad edilməsi üçün əməliyyatlara başlayıb və işğal altında olan torpaqlarımızın böyük hissəsi 44 günlük Vətən müharibəsi nəticəsində azad edilməklə yanaşı, Ermənistanı məğlub tərəf qismində üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qoyub.

Ermənistanın təsiri altında ölkəmizin ərazisində erməni separatçılarının qeyri-adekvat hərəkətlər etməsi isə 23 saatlıq bir müddətdə lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi ilə nəticələnib və bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tamamilə təmin olunub.

Baş prokuror artıq yeni reallığın mövcud olmasını vurğulayaraq torpaqlarımızın işğaldan azad edilməsi ilə Azərbaycanın yeni bir mərhələyə qədəm qoyduğunu bildirib. O, eyni zamanda, 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı prokurorluq əməkdaşlarının hərbi əməliyyatların aparıldığı ərazilərdə xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərini, bəzi prokurorluq əməkdaşlarının Birinci Qarabağ və 44 günlük Vətən müharibələri zamanı bilavasitə döyüşlərdə iştirakını, həmçinin şəhid əməkdaşların olduğunu, habelə 44 günlük Vətən müharibəsində iştirak etmiş və yüksək savad, bilikləri ilə seçilən gənclərin prokurorluq orqanlarında qulluğa keçirilən müsabiqədə uğur qazanaraq işə qəbul olunmasını və hazırda sıralarında xidmət etmələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə həmçinin prokurorluğun veteranı Böyükağa Panəliyev, Vətən müharibəsi iştirakçısı, Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru Coşqun Zamanlı da çıxış edərək Zəfər Günü tarixinin vətənpərvərlik ruhunu yaşatdığını və gələcək nəsillərə örnək olduğunu vurğulayıblar.

Sonda isə “Səbrin sonu” adlı sənədli film nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib

17:11
07 Noyabr

Prezident İlham Əliyev yenidən Moldova Prezidenti seçilməsi münasibətilə Maya Sandunu təbrik edib  

17:11
07 Noyabr

Azərbaycanı Avropa çempionatında 22 şahmatçı təmsil edəcək

17:10
07 Noyabr

Moldova Respublikasının Prezidenti Zati-aliləri xanım Maya Sanduya  

17:06
07 Noyabr

Dünya azərbaycanlıları COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar bəyanat yayıblar 

16:35
07 Noyabr

AHİK Zəfər Günü münasibətilə bayram tədbiri təşkil edib  

16:34
07 Noyabr

Zelenski Trampla “əla telefon danışığının” olduğunu bildirib  

16:31
07 Noyabr

Şarl Mişel: Avropa İttifaqı ABŞ-la münasibətləri dərinləşdirmək istəyir  

16:15
07 Noyabr

Aİ liderləri Gürcüstana təzyiq göstərirlər  

16:13
07 Noyabr

“WhatsApp”dan yeni funksiya

15:56
07 Noyabr

Sosial və korporativ idarəetmə üzrə konfrans keçirilib  

15:50
07 Noyabr

Uşaq Səfirlər Məclisi üzvləri "ASAN xidmət"də

15:46
07 Noyabr

Ciorcia Meloni ilə Donald Tramp arasında telefon danışığı olub

15:36
07 Noyabr

Paşinyan Budapeştdə jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib

15:35
07 Noyabr

Baş Prokurorluqda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

15:27
07 Noyabr

Xəbərdarlıq: Abşeron yarımadasının bəzi yerlərində leysan yağacaq  

15:22
07 Noyabr

Multikulturalizm Mərkəzində Zəfər Günü qeyd olunub  

15:16
07 Noyabr

COP29 çərçivəsində Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu keçiriləcək  

15:14
07 Noyabr

COP29 Könüllülük Proqramının hazırlıq mərhələsi başa çatıb

15:12
07 Noyabr

Azərbaycan COP29 konfransının ən yüksək səviyyədə təşkili üçün bütün imkanlarını səfərbər edib – BƏYANAT  

15:06
07 Noyabr

Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub

14:57
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!