07 Noyabr 2024 15:12
114
COP29
A- A+
COP29 Könüllülük Proqramının hazırlıq mərhələsi başa çatıb

COP29 Könüllülük Proqramının hazırlıq mərhələsi başa çatıb

Noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransına hazırlıq prosesi çərçivəsində COP29 könüllüləri üçün üç ay davam edən geniş təlim proqramının yekun mərhələsi başa çatıb.

COP29 Azərbaycan Əməliyyat Şirkətindən AZƏRTAC-a bildirilib ki, COP29 Könüllülük Proqramı çərçivəsində COP29-un Mavi Zonasında işə cəlb olunacaq könüllülər məkan təlimləri ilə sonuncu hazırlıq mərhələsinə yekun vurublar.

Məlumat sessiyası, məkan sessiyası və konfrans məkanında gəzinti olmaqla üç hissədən ibarət yekun mərhələyə 1200 COP29 könüllüsü qatılıb. Sonuncu təlim mərhələsinin məqsədi könüllüləri konfrans ərəfəsində tədbir məkanı ilə yaxından tanış etmək və konfrans müddətində onların icra edəcəkləri vəzifələr barədə ətraflı məlumat vermək olub.

COP29 Könüllülük Proqramı bu ilin may ayında elan edilib. Proqrama qoşulmaq üçün müraciət edən 16 min nəfərdən çox namizəd bir neçə mərhələdən ibarət olan seçim prosesindən keçib və nəticədə müraciət edənlərdən 3 min nəfəri COP29 könüllüsü olaraq seçilib. COP29-a hazırlıq mərhələsində COP29 Könüllülük Proqramının iştirakçılarının hərtərəfli məlumatlandırılması və səriştələrinin artırılması məqsədilə ötən aylar ərzində müxtəlif istiqamətlərdə bir sıra intensiv təlimlər keçirilib.

Tədbirin açılışında çıxış edən COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev COP29 konfransının həm yerli, həm də qlobal əhəmiyyətindən danışaraq, bu prosesdə gənclərin, COP29 könüllülərinin vacib rolunu vurğulayıb. O, könüllülərin üzərinə düşən vəzifələri uğurla icra edəcəklərinə əminliyini ifadə edib.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri, Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova çıxışında COP29 Könüllülük Proqramının konfransa hazırlıq prosesinin vacib istiqamətlərindən olduğunu qeyd edərək ötən aylar ərzində COP29 könülləri üçün təşkil olunan təlimlərdən danışıb. O vurğulayıb ki, COP29 tədbirinin uğurlu icrasında əhəmiyyətli pay öz fədakar əməyi, nümunəvi davranışları ilə seçilən dayanıqlılıq səfirləri kimi çıxış edəcək COP29 könüllülərinin üzərinə düşür.

Tədbirə onlayn bağlantı vasitəsilə qoşulan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil COP29 könüllülərini sözügedən qlobal əhəmiyyətli tədbirdə iştirak etmək şansını qazandıqları münasibətilə təbrik edib, bu məsuliyyətli prosesin bir hissəsi olduqlarına görə minnətdarlığını ifadə edib və onlara uğurlar arzulayıb.

Tədbirin davamında BMT-nin Baş katibi Antonio Quterreşin COP29 könüllülərinə videomüraciəti də təqdim olunub.

Tədbirin sonunda COP29 könüllülərinin qarşısında, həmçinin çıxış edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir Azərbaycanın bu konfransa ev sahibliyi etməsinə hazırlıqların və təşkilatçılığın yüksək səviyyədə icra edildiyinə xüsusilə diqqət çəkib və COP29 könüllülərinin konfransın səmərəli təşkilinə töhfələrini verəcəyinə inandığını diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib

17:11
07 Noyabr

Prezident İlham Əliyev yenidən Moldova Prezidenti seçilməsi münasibətilə Maya Sandunu təbrik edib  

17:11
07 Noyabr

Azərbaycanı Avropa çempionatında 22 şahmatçı təmsil edəcək

17:10
07 Noyabr

Moldova Respublikasının Prezidenti Zati-aliləri xanım Maya Sanduya  

17:06
07 Noyabr

Dünya azərbaycanlıları COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar bəyanat yayıblar 

16:35
07 Noyabr

AHİK Zəfər Günü münasibətilə bayram tədbiri təşkil edib  

16:34
07 Noyabr

Zelenski Trampla “əla telefon danışığının” olduğunu bildirib  

16:31
07 Noyabr

Şarl Mişel: Avropa İttifaqı ABŞ-la münasibətləri dərinləşdirmək istəyir  

16:15
07 Noyabr

Aİ liderləri Gürcüstana təzyiq göstərirlər  

16:13
07 Noyabr

“WhatsApp”dan yeni funksiya

15:56
07 Noyabr

Sosial və korporativ idarəetmə üzrə konfrans keçirilib  

15:50
07 Noyabr

Uşaq Səfirlər Məclisi üzvləri "ASAN xidmət"də

15:46
07 Noyabr

Ciorcia Meloni ilə Donald Tramp arasında telefon danışığı olub

15:36
07 Noyabr

Paşinyan Budapeştdə jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib

15:35
07 Noyabr

Baş Prokurorluqda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

15:27
07 Noyabr

Xəbərdarlıq: Abşeron yarımadasının bəzi yerlərində leysan yağacaq  

15:22
07 Noyabr

Multikulturalizm Mərkəzində Zəfər Günü qeyd olunub  

15:16
07 Noyabr

COP29 çərçivəsində Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu keçiriləcək  

15:14
07 Noyabr

COP29 Könüllülük Proqramının hazırlıq mərhələsi başa çatıb

15:12
07 Noyabr

Azərbaycan COP29 konfransının ən yüksək səviyyədə təşkili üçün bütün imkanlarını səfərbər edib – BƏYANAT  

15:06
07 Noyabr

Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub

14:57
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!