07 Noyabr 2024 15:06
114
COP29
A- A+
Azərbaycan COP29 konfransının ən yüksək səviyyədə təşkili üçün bütün imkanlarını səfərbər edib – BƏYANAT  

Azərbaycan COP29 konfransının ən yüksək səviyyədə təşkili üçün bütün imkanlarını səfərbər edib – BƏYANAT  

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının hər il bir ölkədə keçirilən sessiyaları dünyanın ən mötəbər tədbirlərindən biridir. Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının noyabrin 11-dən 22-dək Bakıda keçirilməsi barədə yekdil qərarın qəbul edilməsi dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən ölkəmizə göstərilən etimadın bariz nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə keçirdiyi “İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının mahiyyət və məqsədləri” mövzusunda dəyirmi masa iştirakçılarının bəyanatında yer alıb.

Bəyanatda deyilir: “Bu gün Azərbaycan COP29 konfransının ən yüksək səviyyədə təşkili və üzərinə düşən missiyanın layiqincə yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər edib. Əminik ki, COP29 yüksək səviyyədə, nümunəvi şəkildə təşkil olunacaq.

Lakin eyni zamanda bəyan edirik ki, Azərbaycan dövlətinin son illər əldə etdiyi uğurlar, beynəlxalq arenada nüfuzunun gündən-günə artması, qlobal təşəbbüslərin əsas iştirakçılarından birinə çevrilməsi bəzi xarici ölkələri və beynəlxalq təşkilatları, xüsusilə ermənipərəst qüvvələrin təsiri altında olan dairələri hədsiz qıcıqlandırır. Bizim əldə etdiyimiz uğurları, xüsusilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük Zəfəri, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunmasını həzm edə bilməyən bu dairələr mütəmadi olaraq ölkəmizə qarşı informasiya hücumları, diversiyalar aparır, dövriyyəyə dezinformasiyalar buraxırlar. Xüsusilə COP29 ərəfəsində aktivləşən müxtəlif siyasi dairələrdən edilən bu hücumlar, təhdidlər, çirkin kampaniyalar bizi qarşımızda duran hədəflərdən yayındırmaq, ölkəmizin artan nüfuzuna və BMT-nin mötəbər tədbirinə kölgə salmaq məqsədi daşıyır. Azərbaycanla bağlı qərəzli və həqiqətə uyğun olmayan məlumatların məqsədyönlü şəkildə yayılmasına çalışan bu qüvvələr ölkəmizə qarşı hibrid təhdidlərin təşkilini hədəf götürərək iqlim dəyişiklikləri, ətraf mühitin mühafizəsi və bir sıra ekoloji problemlərin müzakirəsini və müvafiq qərarların qəbul edilməsini nəzərdə tutan bu beynəlxalq tədbiri bütün vasitələrlə siyasiləşdirməyə çalışırlar. Prosesdə dünyanın bir sıra aparıcı media orqanlarının iştirakı isə dərin təəssüf hissi doğurur.

Biz, bütün bunları nəzərə alaraq, Azərbaycanın media vasitələrini COP29-la bağlı ölkəmizə qarşı aparılan informasiya diversiyalarına münasibətdə ayıq-sayıq davranmağa, belə xoşagəlməz təmayüllərin gerçək mahiyyəti barədə vətəndaşlarımızı və dünya ictimaiyyətini operativ məlumatlandırmağa çağırırıq.

Biz, eyni zamanda, dünyanın aparıcı media orqanlarını, ümumən söz və ifadə azadlığının təəssübünü çəkən media qurumlarını Azərbaycana qarşı informasiya diversiyalarına, məqsədli dezinformasiya tədbirlərinə obyektiv və adekvat qiymət verməyə, bu kimi halların aradan qaldırılması üçün həmrəyliyə çağırırıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib

17:11
07 Noyabr

Prezident İlham Əliyev yenidən Moldova Prezidenti seçilməsi münasibətilə Maya Sandunu təbrik edib  

17:11
07 Noyabr

Azərbaycanı Avropa çempionatında 22 şahmatçı təmsil edəcək

17:10
07 Noyabr

Moldova Respublikasının Prezidenti Zati-aliləri xanım Maya Sanduya  

17:06
07 Noyabr

Dünya azərbaycanlıları COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar bəyanat yayıblar 

16:35
07 Noyabr

AHİK Zəfər Günü münasibətilə bayram tədbiri təşkil edib  

16:34
07 Noyabr

Zelenski Trampla “əla telefon danışığının” olduğunu bildirib  

16:31
07 Noyabr

Şarl Mişel: Avropa İttifaqı ABŞ-la münasibətləri dərinləşdirmək istəyir  

16:15
07 Noyabr

Aİ liderləri Gürcüstana təzyiq göstərirlər  

16:13
07 Noyabr

“WhatsApp”dan yeni funksiya

15:56
07 Noyabr

Sosial və korporativ idarəetmə üzrə konfrans keçirilib  

15:50
07 Noyabr

Uşaq Səfirlər Məclisi üzvləri "ASAN xidmət"də

15:46
07 Noyabr

Ciorcia Meloni ilə Donald Tramp arasında telefon danışığı olub

15:36
07 Noyabr

Paşinyan Budapeştdə jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib

15:35
07 Noyabr

Baş Prokurorluqda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

15:27
07 Noyabr

Xəbərdarlıq: Abşeron yarımadasının bəzi yerlərində leysan yağacaq  

15:22
07 Noyabr

Multikulturalizm Mərkəzində Zəfər Günü qeyd olunub  

15:16
07 Noyabr

COP29 çərçivəsində Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu keçiriləcək  

15:14
07 Noyabr

COP29 Könüllülük Proqramının hazırlıq mərhələsi başa çatıb

15:12
07 Noyabr

Azərbaycan COP29 konfransının ən yüksək səviyyədə təşkili üçün bütün imkanlarını səfərbər edib – BƏYANAT  

15:06
07 Noyabr

Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub

14:57
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!