19 Noyabr 2024 18:42
265
SİYASƏT
A- A+
ÜST-nin Avropa üzrə regional direktoruna COP29-da əldə olunan nailiyyətlər barədə məlumat verilib  

ÜST-nin Avropa üzrə regional direktoruna COP29-da əldə olunan nailiyyətlər barədə məlumat verilib  

Noyabrın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində ölkəmizdə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-ÜST əməkdaşlığı, habelə ölkəmizin COP29 sədrliyi müzakirə olunub.

Ölkəmizin ÜST ilə yaxından əməkdaşlıq etdiyi, xüsusilə COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin görülməsi istiqamətində aparılan birgə fəaliyyətin təqdirəlayiq olduğu diqqətə çatdırılıb.

Pandemiya dövründə ölkəmizin koronavirusla mübarizə sahəsində beynəlxalq səylərin gücləndirilməsi, inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi, xüsusilə vaksinlərə əlçatanlığın təmin olunması baxımından təşəbbüslərinin əhəmiyyəti qeyd olunub. Bu istiqamətdə, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul olunması xüsusilə vurğulanıb.

Tibb və sağlamlıq sahəsində beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdirilməsinin, xüsusilə tibb universitetləri arasında qarşılıqlı əlaqə və təcrübə mübadiləsinin vacibliyi qeyd olunub.

Azərbaycan və ÜST tərəfindən həyata keçirilən birgə layihələr, xüsusilə işğaldan azad olunmuş ərazilərdə postmünaqişə dövründə psixoloji sağlamlıq xidmətlərinin göstərilməsinə dəstək istiqamətli təşəbbüslərin əhəmiyyətindən bəhs olunub. Bununla yanaşı, postmünaqişə reabilitasiya dövründə mina təhdidi ilə mübarizə sahəsində səhiyyənin roluna və bu istiqamətdə əməkdaşlığın vacibliyinə vurğu edilib.

Nazir Ceyhun Bayramov, həmçinin ölkəmizin COP29 sədrliyi, aparılan danışıqlar və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. COP29-un ilk günündə sessiyanın gündəliyinin təsdiqi, Paris Sazişinin 6.4 və 6.8-ci maddələrinin razılaşdırılması, maliyyə institutları tərəfindən illik əsasda iqlim maliyyəsi öhdəliyinin 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılması, habelə İtki və Zərərə cavab verən Fondun fəaliyyət üçün tam hazır olması ilə bağlı qəbul olunan mühüm qərarlar xüsusilə vurğulanıb.

İqlim dəyişikliyi və sağlamlıq mövzuları arasında mövcud üzvi əlaqəni nəzərə alaraq, bu istiqamətdə sədrliyimiz çərçivəsində ÜST ilə əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP 29-da sessiya: Elmdən təcrübəyə: Aqroərzaq sistemlərində ədalətli keçidin inkişafı  

22:42
19 Noyabr

“COP-dan COP-a aqrar-qida irsləri: qlobal iqlim məqsədlərinə nail olmağın açarı” mövzusunda panel müzakirələr keçirilib 

22:40
19 Noyabr

Energetika naziri OPEC-in Baş katibi ilə görüşüb  

22:37
19 Noyabr

Azərbaycan Pakistanla investisiyalar və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edib  

22:32
19 Noyabr

Kaveh Zahidi: İqlim böhranı ərzaq təhlükəsizliyini və əhalinin ən həssas təbəqələrini təhdid edir  

22:30
19 Noyabr

BMT-nin rəsmisi: İqlim dəyişikliyi içməli və suvarma suyu qıtlığına gətirib çıxaracaq  

22:27
19 Noyabr

COP29-un beninli ekofəalı: Ölkəm iqlim dəyişmələrinə görə məsuliyyət daşımır  

22:24
19 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin layihəsinə baxılıb  

20:31
19 Noyabr

Almaniya beynəlxalq iqlim fonduna daha 60 milyon avro ayıracaq  

20:30
19 Noyabr

Azərbaycan və Oman qarşılıqlı strateji investisiya potensialını nəzərdən keçirib  

20:29
19 Noyabr

COP29 çərçivəsində Auditorlar Palatasında görüş keçirilib  

20:28
19 Noyabr

Parlament komitələrinin birgə iclasında 2025-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

20:13
19 Noyabr

COP29-un nepallı iştirakçısı: Karbon emissiyalarının azaldılması üçün addımlar atılmalıdır  

20:12
19 Noyabr

UNEC ilə QS Beynəlxalq Reytinq Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb  

20:11
19 Noyabr

“Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi: Təsərrüfatdaxili təcrübələr və konkret həllər” mövzusunda panel müzakirə keçirilib  

20:10
19 Noyabr

BMT Baş Assambleyası KTMT ilə əməkdaşlığa dair qətnamə qəbul edib  

18:48
19 Noyabr

Ötən ay avrozonada istehlak qiymətləri artıb  

18:48
19 Noyabr

İki mindən çox işçi ixtisar ediləcək  

18:46
19 Noyabr

COP29 çərçivəsində “SOCAR Green” və “PowerChina” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb  

18:45
19 Noyabr

Özbəkistan və Qırğızıstan nümayəndə heyətləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar  

18:43
19 Noyabr

ÜST-nin Avropa üzrə regional direktoruna COP29-da əldə olunan nailiyyətlər barədə məlumat verilib  

18:42
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!