19 Noyabr 2024 18:43
279
CƏMİYYƏT
A- A+
Özbəkistan və Qırğızıstan nümayəndə heyətləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar  

Özbəkistan və Qırğızıstan nümayəndə heyətləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar  

COP29 tədbirində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması nazirinin müavini Rəno Turdiboyeva və Qırğızıstanın əmək, sosial təminat və miqrasiya nazirinin birinci müavini Muxtarbek Baymurzayevin başçılıq etdiyi nümayəndə heyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar.

Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində ölkəmizdə aparılan işlər barədə qonaqlara məlumat verib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olduğu vurğulanıb.

Mərkəzin direktoru vəzifəsini icra edən Elnarə Ənsari əlilliyi olan şəxslər və digər həssas qrupların bacarıqlarının inkişafı və cəmiyyətə inteqrasiyası üçün aparılan işləri diqqətə çatdırıb. Nümayəndə heyətləri Mərkəzdə təlim prosesini izləyib, benefisiarların əl işlərinə baxıblar. Burada həyata keçirilən reabilitasiya xidmətləri və layihələr barədə onlara məlumat verilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mərkəz və “DOST Evi” filialında hazırlanan sənət nümunələri, benefisiarlar və təlimçilərin ifasında musiqi nömrələri qonaqlarda xoş təəssürat yaradıb.

R.Turdiboyeva və M.Baymurzayev inklüzivliyin tətbiqi və təşviqi üzrə Azərbaycan təcrübəsini yüksək qiymətləndirib, Mərkəzin xatirə kitabına ürək sözlərini yazıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Bayraktar TB3” dünya aviasiya tarixində ilkə imza atıb  

22:44
19 Noyabr

BMT-nin Baş katibi: Biz Bakıda uğur qazanmalıyıq  

22:43
19 Noyabr

COP 29-da sessiya: Elmdən təcrübəyə: Aqroərzaq sistemlərində ədalətli keçidin inkişafı  

22:42
19 Noyabr

“COP-dan COP-a aqrar-qida irsləri: qlobal iqlim məqsədlərinə nail olmağın açarı” mövzusunda panel müzakirələr keçirilib 

22:40
19 Noyabr

Energetika naziri OPEC-in Baş katibi ilə görüşüb  

22:37
19 Noyabr

Azərbaycan Pakistanla investisiyalar və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edib  

22:32
19 Noyabr

Kaveh Zahidi: İqlim böhranı ərzaq təhlükəsizliyini və əhalinin ən həssas təbəqələrini təhdid edir  

22:30
19 Noyabr

BMT-nin rəsmisi: İqlim dəyişikliyi içməli və suvarma suyu qıtlığına gətirib çıxaracaq  

22:27
19 Noyabr

COP29-un beninli ekofəalı: Ölkəm iqlim dəyişmələrinə görə məsuliyyət daşımır  

22:24
19 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin layihəsinə baxılıb  

20:31
19 Noyabr

Almaniya beynəlxalq iqlim fonduna daha 60 milyon avro ayıracaq  

20:30
19 Noyabr

Azərbaycan və Oman qarşılıqlı strateji investisiya potensialını nəzərdən keçirib  

20:29
19 Noyabr

COP29 çərçivəsində Auditorlar Palatasında görüş keçirilib  

20:28
19 Noyabr

Parlament komitələrinin birgə iclasında 2025-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

20:13
19 Noyabr

COP29-un nepallı iştirakçısı: Karbon emissiyalarının azaldılması üçün addımlar atılmalıdır  

20:12
19 Noyabr

UNEC ilə QS Beynəlxalq Reytinq Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb  

20:11
19 Noyabr

“Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi: Təsərrüfatdaxili təcrübələr və konkret həllər” mövzusunda panel müzakirə keçirilib  

20:10
19 Noyabr

BMT Baş Assambleyası KTMT ilə əməkdaşlığa dair qətnamə qəbul edib  

18:48
19 Noyabr

Ötən ay avrozonada istehlak qiymətləri artıb  

18:48
19 Noyabr

İki mindən çox işçi ixtisar ediləcək  

18:46
19 Noyabr

COP29 çərçivəsində “SOCAR Green” və “PowerChina” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb  

18:45
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!