19 Noyabr 2024 22:27
163
COP29
A- A+
BMT-nin rəsmisi: İqlim dəyişikliyi içməli və suvarma suyu qıtlığına gətirib çıxaracaq  

BMT-nin rəsmisi: İqlim dəyişikliyi içməli və suvarma suyu qıtlığına gətirib çıxaracaq  

Bakıda COP29 çərçivəsində “Su, enerji, ərzaq və ekosistemlər üzrə əməkdaşlıq vasitəsilə iqlim fəaliyyətlərinin sürətləndirilməsi” mövzusunda konfrans keçirilib.

AZƏRTAC-ın məlumatına görə, tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, iqlim dəyişmələri getdikcə su, ərzaq və ekosistemə daha çox təsir edir və iqlim dəyişmələri fonunda ən çox qarşılaşdığımız problemlərdən biri də su qıtlığıdır. O qeyd edib ki, dünya ölkələri ortaq su resurslarına malik olduğundan heç bir dövlət təklikdə bu problemin öhdəsindən gələ bilməz. “Ortaq su resursları birlikdə idarə olunmalıdır. Bu, təkcə ətraf mühiti deyil, insanların rifahını da yaxşılaşdıracaq. COP29 Sədrliyi iqlim fəaliyyətləri üçün su üzrə Bakı dialoquna start verib. Bu, bizim dayanaqlı gələcəyimiz üçün çox faydalı olacaq. Hər kəsi regional əməkdaşlığa, bilik və resursları paylaşmağa dəvət edirəm”, - deyə nazir müavini vurğulayıb.

“Regional əməkdaşlıq üzrə perspektivlər” mövzusunda panel müzakirələrdə çıxışı zamanı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Agentliyinin (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu dünyada 730 milyon insanın aclıqla üz-üzə qaldığını deyib. Onun sözlərinə görə, 2050-ci ilə kimi dünya əhalisinin 10 milyarda çatacağı proqnozlaşdırılır və buna görə də ərzaq istehsalı 2 dəfədən çox artırılmalıdır. FAO rəsmisinin sözlərinə görə, təbiətdən dayanıqlı istifadə edilməsə, böhranın qarşısını almaq mümkün olmayacaq.

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi Dmitri Mariyasin çıxışında deyib ki, dünyada artıq gözlənilməz iqlim böhranları baş verir, qlobal su dövriyyəsi pozulur. Onun sözlərinə görə, bu da təchizat zəncirinə, ekosistemə mənfi təsir edir. İcraçı katib bu problemlərin gələcəkdə daha da artacağını əlavə edərək, iqlim dəyişikliyinin içməli və kənd təsərrüfatı sahəsində su qıtlığına gətirib çıxaracağını vurğulayıb. Bu baxımdan o, milli səviyyədə su üzrə qanunların qəbulunun və bu beynəlxalq səviyyədə əməkdaşlığın vacibliyini qeyd edib.

BMT Ətraf Mühit Proqramının Ekosistem Bölməsinin direktor müavini Bruno Pozzi, Dünya Meteorologiya Təşkilatının hidrologiya, su və kriosofer üzrə direktoru Stefan Uhlenbruk regional əməkdaşlığın əhəmiyyəti, su hövzələrinin birgə idarəsi barədə danışıblar.

“Sektorlararası əməkdaşlıqdan çıxarılan nəticələr” mövzusunda davam edən panel müzakirəsində Almaniya, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Braziliyadan olan rəsmilər su, ərzaq problemlərinin həllində sektorlararası əməkdaşlığın vacibliyini qeyd edib, təcrübələrini bölüşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Norveç şahzadəsinin oğlu həbs edilib

23:51
19 Noyabr

Masallıda yeni güləş zalının açılışı olub

23:49
19 Noyabr

Dünyada 160 milyon uşaq işləmək məcburiyyətindədir  

22:59
19 Noyabr

İspaniya hər il 300 min miqrantı leqallaşdırmaq niyyətindədir  

22:58
19 Noyabr

İran uranın zənginləşdirilməsini dayandırmağa hazır olduğunu bildirib  

22:56
19 Noyabr

Leyla Əliyeva Yaşıl Zonada balıq körpələrinin suya buraxılışında iştirak edib  

22:54
19 Noyabr

Danimarka Ukraynaya altı F-16 qırıcısı təhvil verib  

22:52
19 Noyabr

“TikTok” şirkətinin nümayəndələri Elm və Təhsil Nazirliyində olublar  

22:51
19 Noyabr

YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb

22:49
19 Noyabr

Elm və Təhsil Nazirliyi ilə Dünya Bankı arasında əməkdaşlıq məsələləri müzakirə edilib  

22:47
19 Noyabr

“Bayraktar TB3” dünya aviasiya tarixində ilkə imza atıb  

22:44
19 Noyabr

BMT-nin Baş katibi: Biz Bakıda uğur qazanmalıyıq  

22:43
19 Noyabr

COP 29-da sessiya: Elmdən təcrübəyə: Aqroərzaq sistemlərində ədalətli keçidin inkişafı  

22:42
19 Noyabr

“COP-dan COP-a aqrar-qida irsləri: qlobal iqlim məqsədlərinə nail olmağın açarı” mövzusunda panel müzakirələr keçirilib 

22:40
19 Noyabr

Energetika naziri OPEC-in Baş katibi ilə görüşüb  

22:37
19 Noyabr

Azərbaycan Pakistanla investisiyalar və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edib  

22:32
19 Noyabr

Kaveh Zahidi: İqlim böhranı ərzaq təhlükəsizliyini və əhalinin ən həssas təbəqələrini təhdid edir  

22:30
19 Noyabr

BMT-nin rəsmisi: İqlim dəyişikliyi içməli və suvarma suyu qıtlığına gətirib çıxaracaq  

22:27
19 Noyabr

COP29-un beninli ekofəalı: Ölkəm iqlim dəyişmələrinə görə məsuliyyət daşımır  

22:24
19 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin layihəsinə baxılıb  

20:31
19 Noyabr

Almaniya beynəlxalq iqlim fonduna daha 60 milyon avro ayıracaq  

20:30
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!