19 Noyabr 2024 22:49
279
SİYASƏT
A- A+
YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb

YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına səfəri çərçivəsində Nantun şəhərində Çin Kommunist Partiyası (ÇKP) Sucian ərazi təşkilatı, Sucian kənd muzeyi, Pilotsuz Avtomobillərin Elmi-Texniki Mərkəzi ilə tanışlıqdan sonra Şanxay şəhərinə yola düşüb.

YAP-dan AZƏRTAC-a bildiriblər ki, ÇKP Şanxay şəhər komitəsində və Şanxay şəhər Partiya məktəbində keçirilmiş görüşlərdə dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı strateji tərəfdaşlıq müstəvisində inkişaf edərək keyfiyyətcə yeni mərhələyə yüksələn Azərbaycan-Çin münasibətlərinin aktual çağırışlara cavab verməklə müasir beynəlxalq münasibətlər sisteminin mühüm reallığı olduğu diqqətə çatdırılıb.

Hər iki ölkənin bir-birinin dövlətçilik mənafelərinə uyğun işbirliyinə yüksək dəyər verdiyi və müxtəlif sahələri əhatə edən əlaqələrin genişlənməsində maraqlı olduğu vurğulanıb. Bildirilib ki, qlobal siyasi proseslərə təsir etmək imkanına malik, dövlətlərarası münasibətlərin milli maraqlar və beynəlxalq hüquq normaları əsasında inkişafının tərəfdarı olan Azərbaycan ilə Çin Avrasiyada daimi sülh, dayanıqlı təhlükəsizlik və perspektivli əməkdaşlıq üçün məqsədyönlü siyasət həyata keçirir.

Diqqətə çatdırılıb ki, iki ölkənin beynəlxalq müstəvidə bir-birinin maraqlarını müdafiə etməsi, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS platforması çərçivəsində əməkdaşlığı diqqət mərkəzində saxlaması ciddi geosiyasi dəyişikliklərlə müşayiət olunan yeni reallıqlar fonunda olduqca mühüm əhəmiyyətə malikdir.

İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulunun müstəqil siyasət həyata keçirən iki dövlətin ortaq iradəsini ifadə etməklə gələcəyə yönəlik çox önəmli addım olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Bəyannamədə qeyd olunduğu kimi, tərəflər siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini irəlilətməyə dair razılıq əldə ediblər. Bu, Azərbaycan ilə Çinin bir-birini prioritet və etibarlı tərəfdaş hesab edərək strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirmək əzmini göstərir.

Qeyd olunub ki, Birgə Bəyannamədə əksini tapan mühüm məsələlərdən biri də YAP ilə ÇKP arasında əlaqələrin gücləndirilməsidir ki, bu da Azərbaycan-Çin münasibətlərinin inkişafına əhəmiyyətli töhfələr verəcəkdir.

Diqqətə çatdırılıb ki, əlaqələri yüksək səviyyədə saxlamaq, mütəmadi olaraq nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təşkil etmək, ümumi maraq doğuran məsələlər üzrə təmasları gücləndirmək qarşıda duran başlıca vəzifələrdəndir. Bildirilib ki, memorandumdan irəli gələrək humanitar mübadiləni zənginləşdirmək, təhsil sahəsində, media, regional hakimiyyət orqanları, ictimai təşkilatlar və s. arasında ikitərəfli əlaqələrin partiyalararası platformalarının yaradılması da xüsusi diqqət mərkəzində saxlanılacaqdır.

Hər iki ölkədə gənclərlə işin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu vurğulanaraq gənclərin ictimai-siyasi sahədə, o cümlədən dövlət idarəçiliyi və partiya həyatında fəal iştirakına xüsusi önəm verildiyi bildirilib. Gənclərlə siyasi-ideoloji işin əhəmiyyətindən bəhs edilərək bu istiqamətdə aidiyyəti təhsil müəssisələri arasında faydalı təcrübə mübadiləsinin aparılmasının mövcud reallıqlar və çağırışlar fonunda önəmi diqqətə çatdırılıb.

Azərbaycanın sosial-iqtisadi inkişaf modeli və Çin xüsusiyyətli sosializm haqqında da ətraflı məlumatın verildiyi görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Şanxay şəhərinə səfər çərçivəsində Çin Kommunist Partiyasının Birinci Qurultayı Muzeyi, Suhey xidmət mərkəzi, "Şərqin mirvarisi" teleqülləsi, Çjanbay mikrorayonu, Qlobal Ticarət Limanı və Suca çayı sahilindəki tarixi məhəllə də ziyarət edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:41
20 Noyabr

"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:40
20 Noyabr

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

02:39
20 Noyabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun tabeliyindəki idarələrə tələb olunan diktlərin satın alınması məqsədilə müsabiqə elan edir

02:38
20 Noyabr

Norveç şahzadəsinin oğlu həbs edilib

23:51
19 Noyabr

Masallıda yeni güləş zalının açılışı olub

23:49
19 Noyabr

Dünyada 160 milyon uşaq işləmək məcburiyyətindədir  

22:59
19 Noyabr

İspaniya hər il 300 min miqrantı leqallaşdırmaq niyyətindədir  

22:58
19 Noyabr

İran uranın zənginləşdirilməsini dayandırmağa hazır olduğunu bildirib  

22:56
19 Noyabr

Leyla Əliyeva Yaşıl Zonada balıq körpələrinin suya buraxılışında iştirak edib  

22:54
19 Noyabr

Danimarka Ukraynaya altı F-16 qırıcısı təhvil verib  

22:52
19 Noyabr

“TikTok” şirkətinin nümayəndələri Elm və Təhsil Nazirliyində olublar  

22:51
19 Noyabr

YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb

22:49
19 Noyabr

Elm və Təhsil Nazirliyi ilə Dünya Bankı arasında əməkdaşlıq məsələləri müzakirə edilib  

22:47
19 Noyabr

“Bayraktar TB3” dünya aviasiya tarixində ilkə imza atıb  

22:44
19 Noyabr

BMT-nin Baş katibi: Biz Bakıda uğur qazanmalıyıq  

22:43
19 Noyabr

COP 29-da sessiya: Elmdən təcrübəyə: Aqroərzaq sistemlərində ədalətli keçidin inkişafı  

22:42
19 Noyabr

“COP-dan COP-a aqrar-qida irsləri: qlobal iqlim məqsədlərinə nail olmağın açarı” mövzusunda panel müzakirələr keçirilib 

22:40
19 Noyabr

Energetika naziri OPEC-in Baş katibi ilə görüşüb  

22:37
19 Noyabr

Azərbaycan Pakistanla investisiyalar və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edib  

22:32
19 Noyabr

Kaveh Zahidi: İqlim böhranı ərzaq təhlükəsizliyini və əhalinin ən həssas təbəqələrini təhdid edir  

22:30
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!