19 Noyabr 2024 08:05
217
SİYASƏT
A- A+
Ənənə davam edir

Ənənə davam edir


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva COP29-da da fəaldır


Bu günlər Azərbaycanda hər kəsin ürəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə döyünür. Dövlət başçısından tutmuş sıravi vətəndaşa kimi hamı qlobal tədbirin bir "qulpundan tutmağa" çalışır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq)  İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva isə bu tədbirə bir ayrı rəng qatır. Sessiyanın ilk günlərindən Bakı Olimpiya Stadionunda yerli və beynəlxalq tədbirlərin çoxunda iştirak edir, "yaşıl dünya"ya töhfə verəcək ideya və təkliflərini irəli sürür.  Bu mənada "işimizlə, ümidlə, inamla, nəzakətlə və sevgi ilə biz bütün problemləri həll edə və daha parlaq gələcək qura bilərik" sözləri Leyla Əliyevanın ictimai fəaliyyətində tam əks olunur. Bu həm də onun fəaliyyətinin məğzini, həyat kredosunu ifadə edir.

Leyla Əliyevanın COP29-da fəal iştirak etməsi təsadüfi deyil. Onun həyatının bir parçasını təşkil edən və çoxsahəli fəaliyyətinin əsas hissəsi olan IDEA İctimai Birliyinə ayrıca nəzər yetirsək, nə demək istədiyimiz aydın olacaq.  Hələ COP29-un ölkəmizdə keçiriləcəyini bilmədiyimiz zamanlarda bu gün qlobal sessiyanın məzmununu təşkil edən iqlim dəyişmələri ilə mübarizə,  ətraf mühitin qorunması kimi məsələləri özündə ehtiva edən IDEA İctimai Birliyi təsis edilib. 13 ildir təşkilat ətraf mühit problemlərinin düzgün həllini tapmaq yolunda fəaliyyət göstərir. IDEA bunun üçün ekoloji maariflənmə işini ailə, cəmiyyət və milli həyatın ən mühüm hissəsinə çevirmək üçün bütün fəaliyyətini gənclər üzərində qurub. 

Təşkilatın missiyası gənclərin regional və beynəlxalq səviyyədə real və virtual cəmiyyətin yaradılması, ətraf mühitin qorunması ilə bağlı məlumatlar verən və praktik çağırışlar edən açıq dialoqlar vasitəsilə həmin cəmiyyətin inkişaf etdirilməsi, yerlərdə ekoloji maarifləndirmə işlərini həyata keçirmək üçün bu cəmiyyətin hər bir üzvünün lider kimi yetişməsini təmin etməkdir. Qeyd edək ki, 2016-cı ildə Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA-nın "Heyvanlara Qayğı Mərkəzi"nin açılışı olub. Əsası 2014-cü ildə qoyulmuş mərkəz Bakı və ətraf ərazilərdə heyvanların müayinəsi və müalicəsi, eləcə də onların müvəqqəti saxlanması üçün nəzərdə tutulub. Bundan başqa, kompleksin ərazisində pişik və itlər üçün yemlərin istehsalı üzrə fabrik tikilib. IDEA ölkəmizin yaşıllaşdırılması üzrə də olduqca fəal təşəbbüslərlə çıxış edir. 

Bu gün qlobal məzmun daşıyan COP29-un fəaliyyəti ilə IDEA-nın məzmunu üst-üstə düşərək bir-birini tamamlayır. Ona görə də  Leyla xanımın COP29-la bağlı dediyi sözlər, səsləndirdiyi fikirlər, irəli sürdüyü təşəbbüslər cəmiyyətin sosial sifarişini özündə əks etdirir. Bu günlərdə hər kəs onun timsalında  ətraf mühitin qorunması və iqlim məsələləri ilə bağlı narahatlığını ifadə edən, daxili yanğı ilə, milli təəssübkeşliklə, tükənməz enerji və sevgi ilə bütün problemlərin həllinə can atan xeyirxah bir insan görür. Bu mənada Leyla Əliyevanın noyabrın 15-də "Ecumene" Qlobal Forumu tərəfindən COP29 çərçivəsində təşkil olunan plenar iclasdakı çıxışını qeyd edə bilərik. Azərbaycanın evsahibliyi etdiyi COP29-un qlobal ekoloji problemlərin həllində rolu barədə danışan Leyla Əliyeva qəbul ediləcək qərarların dayanıqlı gələcək naminə beynəlxalq həmrəyliyin möhkəmləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib. Xəzər dənizində su səviyyəsinin son illər ərzində endiyini qeyd edən IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Xəzərdə biomüxtəlifliyin qorunmasının əhəmiyyətini vurğulayıb. Eyni zamanda Xəzər suitilərinin populyasiyasının XX əsrin əvvəli ilə müqayisədə 6 dəfədən çox endiyi bildirilib. Leyla Əliyeva qeyd edib ki, "Blue Marine Foundation" təşkilatı ilə əməkdaşlıq çərçivəsində Qızılağac Milli Parkı Xəzər dənizində ilk dənizkənarı mühafizə olunan ərazi kimi seçilib. Bununla yanaşı, Leyla Əliyeva çıxışında IDEA İctimai Birliyi tərəfindən su resurslarının mühafizəsi istiqamətində görülən tədbirlərə toxunub. Bildirilib ki, "Zəngin hövzələr" layihəsi çərçivəsində milyonlarla müxtəlif növ balıq körpəsi ölkə ərazisində yerləşən bir sıra su hövzələrinə buraxılıb. "Bir damcı" layihəsinin nəticəsi olaraq ictimaiyyətə suyun səmərəli istifadəsinin əhəmiyyəti barədə geniş məlumat verilib. 

Həmin gün Leyla Əliyevanın  Çin dövlətinin pavilyonundakı Kəmər və Yol Təşəbbüsü Yaşıl İnkişaf Koalisiyası (KYTYİK), Çin Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Əməkdaşlıq Şurası və Çin Qitələrarası Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan "İqlim dəyişikliyi üzrə Cənub-Cənub əməkdaşlığı və yaşıl inkişaf: keyslər və təcrübələr" panel müzakirəsindəki iştirakı da  həm onun yorulmaz fəaliyyətindən  xəbər verir,  həm də bəhs etdiyimiz məzmunun aktuallığını önə çəkir. Tədbirin açılışında çıxış edən Leyla Əliyeva Qlobal Cənub bölgəsi ölkələri arasında dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi kimi sahələrdə əməkdaşlığın əhəmiyyətini və mövcud imkanları qeyd edib. Leyla Əliyeva tədbir iştirakçılarına IDEA İctimai Birliyi tərəfindən ətraf mühitin mühafizəsi, ekoloji balansın təmin olunması, eləcə də iqlim dəyişmələri ilə mübarizə sahəsində görülən işlər barədə də ətraflı məlumat verib. IDEA-nın təsisçisi və rəhbəri həyata keçirilən ağacəkmə və təmizlik aksiyaları, vəhşi təbiətin bərpası və mühafizəsi, eləcə də bir sıra digər layihə və tədbirlərin nəticələrinə toxunub. 

Leyla Əliyeva gənc yaşda olmasına baxmayaraq keçdiyi ömür yolunda bəlkə də onlarla, yüzlərlə insanın bir araya gələrək edə bilməyəcəyi işləri Azərbaycan üçün həyata keçirib. Bu, onun doğulduğu, böyüyüb-tərbiyə aldığı ailədən irəli gəlir. Ulu Öndər Heydər Əliyev özünün işıqlı əməlləri və Azərbaycan xalqına etdiyi xidmətləri ilə onun uşaqlığına  heyrətamiz bir şəkildə işıq tutub. Prezident İlham Əliyev atasının yolunu davam etdirərək tarixə qalib sərkərdə kimi möhürünü vurub. Birinci vitse-prezident Mehriban xanım Əliyeva isə təkcə ictmai xadim deyil, nəcib, zərif, xeyirxah, humanist qadın, mehriban ana kimi hər kəsin ruhuna yaxındır. Və bu üçlüyün fonunda gənc Leyla Əliyevanın ənənələri davam etdirməsi təbiidir.

Onun zərif qəlbi, şəfqətli duyğuları çox güclüdür. Humanizm ideyaları ilə yalnız öz yaşıdlarının yanında deyil, böyüklər arasında da xüsusi yer tutub. Doğulub böyüdüyü ölkənin uşaqlarını, ağsaqqallarını, gənclərini, hətta dördayaqlı heyvanlarını, faunasını belə unutmayıb. Onun ideya müəllifi olduğu layihələrin hər biri Azərbaycanın təbiətini, coğrafiyasını, ən əsası insanlarını qorumağa yönəlmiş proqramlardır. O, bu gün özünün geniş-miqyaslı fəaliyyəti ilə demək olar ki, ictimai-siyasi xadimə çevrilib. Təkcə bir faktı - vaxtilə "Xocalıya ədalət!" kampaniyasını beynəlxalq arenada tanıtmasını deməklə ictimaiyyətdə tutduğu yeri görmüş oluruq. Leyla xanımın humanitar sahədə, incəsənət sektorunda gördüyü saysız-hesabsız işləri,  uşaqlarla bağlı genişmiqyaslı layihələri ilə müasir və müstəqil Azərbaycanda xeyriyyəçilik ənənəsində  sosial-fəlsəfi yanaşmanın təməlini qoyduğunu  nəzərə alaraq, deyə bilərik ki, COP29 bu Azərbaycan xanımının bundan sonra həyata keçirə biləcəyi ideya və layihələrin tanıdılması üçün geniş bir arenadır.

COP29 çərçivəsində bu qəbildən Azərbaycan pavilyonunda "Təmiz havanın uşaq və yeni doğulan körpələrin sağlamlığı üçün əhəmiyyəti" mövzusunda  təşkil olunan  tədbirin  açılışında  çıxış edən IDEA rəhbəri aparılacaq müzakirələrin uşaqların rifahına  töhfə verəcəyini qeyd edib. Həmçinin Leyla xanım IDEA tərəfindən həyata keçirilən layihə və tədbirlər barədə danışaraq ötən 13 il ərzində təşkilatın təşəbbüsü ilə 5 milyondan çox ağacın əkildiyini qeyd edib. Bununla bərabər, "Məktəb bağları" layihəsi çərçivəsində Bakı şəhəri və bölgələrdə yerləşən 300 məktəbin həyətində 20 mindən çox ağacın əkildiyi panel müzakirələrin iştirakçılarının diqqətinə çatdırılıb.

Leyla xanımın ötən bir həftədə COP29-un "yaşıl" və "mavi" zonalarında bəzi işləri əlavə etməyini məqsədəuyğun hesab edirik. "Fighting for International Nautical Species" təşəbbüsünün pavilyonuna etdiyi ziyarəti qeyd edə bilərik.  Pavilyon dəniz canlılarının qorunması, eləcə də bu sahədə beynəlxalq səylərin artırılmasının əhəmiyyətinə həsr olunub. Çünki  iqlim dəyişmələrinin fəsadları məhz bu sahəyə daha çox təsir edib. Ona görə də bu gün qlobal tədbirin arenasından həyəcan siqnalı verməklə IDEA  həmin canlıların qorunması istiqamətində atılan addımları sürətləndirmiş olur. Pavilyonda nümayiş olunan "Seaspiracy" sənədli filmində də balıqçılıq sənayesinin ətraf mühitə, ekosistemlərə və dəniz heyvanlarına təsirinə dair məlumat verilir. 

Leyla Əliyeva təkcə  burada qeyd olunan tədbirlərin iştirakçısı olmayıb.  Bir həftə ərzində  onlarla pavilyonu ziyarət edib, xarici və yerli təmsilçilərlə söhbət edib, təklif  və təşəbbüslərlə çıxış edib. Yanaşdığı hər pavilyonda bu gənc xanım sevgi ilə qarşılanıb, təbəssümlə yola salınıb. COP29 platforması sanki Leyla Əliyevanı daha da yaxından tanımaq, onunla səmimi  söhbət etmək, mülahizə və düşüncələrini bölüşmək üçün istər  pavilyonlardakı təmsilçilər, istərsə də ziyarətə gələn qonaqların önündə bir "yaşıl işıq" oldu.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29-un beninli ekofəalı: Ölkəm iqlim dəyişmələrinə görə məsuliyyət daşımır  

22:24
19 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin layihəsinə baxılıb  

20:31
19 Noyabr

Almaniya beynəlxalq iqlim fonduna daha 60 milyon avro ayıracaq  

20:30
19 Noyabr

Azərbaycan və Oman qarşılıqlı strateji investisiya potensialını nəzərdən keçirib  

20:29
19 Noyabr

COP29 çərçivəsində Auditorlar Palatasında görüş keçirilib  

20:28
19 Noyabr

Parlament komitələrinin birgə iclasında 2025-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

20:13
19 Noyabr

COP29-un nepallı iştirakçısı: Karbon emissiyalarının azaldılması üçün addımlar atılmalıdır  

20:12
19 Noyabr

UNEC ilə QS Beynəlxalq Reytinq Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb  

20:11
19 Noyabr

“Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi: Təsərrüfatdaxili təcrübələr və konkret həllər” mövzusunda panel müzakirə keçirilib  

20:10
19 Noyabr

BMT Baş Assambleyası KTMT ilə əməkdaşlığa dair qətnamə qəbul edib  

18:48
19 Noyabr

Ötən ay avrozonada istehlak qiymətləri artıb  

18:48
19 Noyabr

İki mindən çox işçi ixtisar ediləcək  

18:46
19 Noyabr

COP29 çərçivəsində “SOCAR Green” və “PowerChina” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb  

18:45
19 Noyabr

Özbəkistan və Qırğızıstan nümayəndə heyətləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar  

18:43
19 Noyabr

ÜST-nin Avropa üzrə regional direktoruna COP29-da əldə olunan nailiyyətlər barədə məlumat verilib  

18:42
19 Noyabr

COP29-da meşə yanğını risklərinin azaldılması məsələləri müzakirə edilib  

18:41
19 Noyabr

MOK-da İslam Həmrəyliyi İdman Assosiasiyasının nümayəndə heyəti ilə görüş olub  

18:41
19 Noyabr

Belarusun “Respublika” qəzeti: Milli iqtisadiyyatların dəyişən iqlim şərtlərinə uyğunlaşdırılması olduqca zəruridir  

18:40
19 Noyabr

Baş nazir Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru ilə görüşüb  

18:38
19 Noyabr

Milli Məclisin sədri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri ilə görüşüb

18:37
19 Noyabr

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev UN-HABITAT-ın icraçı direktorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb  

18:35
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!