19 Noyabr 2024 20:10
190
İQTİSADİYYAT
A- A+
“Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi: Təsərrüfatdaxili təcrübələr və konkret həllər” mövzusunda panel müzakirə keçirilib  

“Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi: Təsərrüfatdaxili təcrübələr və konkret həllər” mövzusunda panel müzakirə keçirilib  

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin “Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə keçirdiyi sonuncu panel müzakirə “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi: Təsərrüfatdaxili təcrübələr və konkret həllər” mövzusuna həsr olunub.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov beynəlxalq iqlim konfransı çərçivəsində keçirilən panel müzakirələrin kənd təsərrüfatının gələcəyinə xidmət etdiyini, kollektiv fəaliyyətin qlobal qida sistemlərinin iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və davamlı inkişaf çağırışlarına cavab verməsi prosesinə töhfə verəcəyini qeyd edib.

Nazir kənd təsərrüfatının gələcəyinin innovasiya, texnologiya və inklüzivlikdən asılı olduğunu vurğulayıb. O bildirib ki, bu məqsədlə Azərbaycan hökuməti fermerlərə məhsuldarlığı optimallaşdıran, resurslara qənaət edən və iqlimə davamlılığı artıran süni intellekt və rəqəmsal alətlər də daxil olmaqla qabaqcıl texnologiyaların mənimsənilməsinə kömək edən təşəbbüslərə üstünlük verir. Bu yanaşma təkcə məhsuldarlığı artırmaq üçün deyil, həm də davamlı kənd təsərrüfatı təcrübələrinin təməlini yaratmaq üçün vacibdir.

Nazir tədbir iştirakçılarını fermerlərin, qadınların və gənclərin səlahiyyətlərini gücləndirməyə, həll yollarını paylaşmağa və qlobal ərzaq təhlükəsizliyinə töhfə verməyi hədəfləyən fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünü dəstəkləməyə çağırıb: “Biz inanırıq ki, bu təşəbbüs altında birləşməklə davamlılığı gücləndirən, hətta iqlim qeyri-müəyyənliyi qarşısında fermerlərə inkişaf etməyə imkan verən güclü şəbəkə yarada bilərik”.

Panel müzakirələrdə çıxış edən yerli və xarici mütəxəssislər qeyd ediblər ki, məhdud resurslardan səmərəli istifadə etmək üçün kənd təsərrüfatının hər bir sektorunda rəqəmsallaşma tələb olunur. Onların fikrincə, innovasiyaların inteqrasiya edilməsi, insan potensialının və inklüzivliyin inkişaf etdirilməsi gələcəkdə kənd təsərrüfatının uğurunu müəyyən edəcək. Çıxışçılar vurğulayıblar ki, müasir dövrdə qlobal iqlim dəyişikliyi fonunda kənd təsərrüfatının inklüziv və dayanıqlı inkişafının təmin olunması əsas hədəflərdən birinə çevrilib. Bildirilib ki, aqrar sahədə istehsalın artırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi qlobal səviyyədə mütəmadi əməkdaşlığı zəruri edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29-un beninli ekofəalı: Ölkəm iqlim dəyişmələrinə görə məsuliyyət daşımır  

22:24
19 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin layihəsinə baxılıb  

20:31
19 Noyabr

Almaniya beynəlxalq iqlim fonduna daha 60 milyon avro ayıracaq  

20:30
19 Noyabr

Azərbaycan və Oman qarşılıqlı strateji investisiya potensialını nəzərdən keçirib  

20:29
19 Noyabr

COP29 çərçivəsində Auditorlar Palatasında görüş keçirilib  

20:28
19 Noyabr

Parlament komitələrinin birgə iclasında 2025-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

20:13
19 Noyabr

COP29-un nepallı iştirakçısı: Karbon emissiyalarının azaldılması üçün addımlar atılmalıdır  

20:12
19 Noyabr

UNEC ilə QS Beynəlxalq Reytinq Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb  

20:11
19 Noyabr

“Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi: Təsərrüfatdaxili təcrübələr və konkret həllər” mövzusunda panel müzakirə keçirilib  

20:10
19 Noyabr

BMT Baş Assambleyası KTMT ilə əməkdaşlığa dair qətnamə qəbul edib  

18:48
19 Noyabr

Ötən ay avrozonada istehlak qiymətləri artıb  

18:48
19 Noyabr

İki mindən çox işçi ixtisar ediləcək  

18:46
19 Noyabr

COP29 çərçivəsində “SOCAR Green” və “PowerChina” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb  

18:45
19 Noyabr

Özbəkistan və Qırğızıstan nümayəndə heyətləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar  

18:43
19 Noyabr

ÜST-nin Avropa üzrə regional direktoruna COP29-da əldə olunan nailiyyətlər barədə məlumat verilib  

18:42
19 Noyabr

COP29-da meşə yanğını risklərinin azaldılması məsələləri müzakirə edilib  

18:41
19 Noyabr

MOK-da İslam Həmrəyliyi İdman Assosiasiyasının nümayəndə heyəti ilə görüş olub  

18:41
19 Noyabr

Belarusun “Respublika” qəzeti: Milli iqtisadiyyatların dəyişən iqlim şərtlərinə uyğunlaşdırılması olduqca zəruridir  

18:40
19 Noyabr

Baş nazir Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru ilə görüşüb  

18:38
19 Noyabr

Milli Məclisin sədri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri ilə görüşüb

18:37
19 Noyabr

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev UN-HABITAT-ın icraçı direktorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb  

18:35
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!