19 Noyabr 2024 18:26
282
CƏMİYYƏT
A- A+
Bakıda “İqlim üçün mədəniyyət: Gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" adlı panel keçirilib  

Bakıda “İqlim üçün mədəniyyət: Gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" adlı panel keçirilib  

COP29 çərçivəsində Heydər Əliyev Fondu, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, ICESCO (İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı) və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə noyabrın 19-da Bakıda COP29 çərçivəsində “İqlim üçün mədəniyyət: Gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" adlı panel sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə “Newman Partnership" təşkilatının təsisçisi Martin Nyuman panelin mövzusu haqqında məlumat verib. Sonra “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsünün videotəqdimatı nümayiş olunub.

Paneldə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki, Mədəni Mülkiyyətlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) Baş direktoru Aruna Francesca Maria Gujral, İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti, xanım Dana Firas və Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov çıxış ediblər.

Çıxışçılar mədəniyyət layihələri, vasitələri və işçilərinin ruhlandırıcı rolundan danışıblar. Müzakirə zamanı Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu (GFCBCA) və Azərbaycanın yeni "İqlim üçün mədəniyyət" (C4C) təşəbbüsü kimi beynəlxalq platformaların bu cəhdlərin nümayiş etdirilməsindəki, mədəniyyətin bütün dünyada davranış dəyişikliyinin katalizatoru kimi gücün artırılmasındakı rolu diqqət mərkəzində olub.

Vurğulanıb ki, araşdırmalar istixana effekti yaradan qazların təqribən 72 faizinin fərdi davranış və qərarların nəticələrinə aid olduğunu göstərir. Diqqətə çatdırılıb ki, nəticələrin yüngülləşdirilməsi, adaptasiya üçün maliyyə mexanizmləri, emissiyaların azaldılması istiqamətində ambisiyalı hədəflər və öhdəliklərlə yanaşı, insan davranışında qətiyyətli dəyişiklik də iqlim böhranı ilə mübarizədə vacib vasitələrdən biri kimi nəzərdən keçirilməlidir.

Çıxışçıların fikrincə, mədəniyyət hazırda fundamental davranış dəyişikliklərinin formalaşdırılmasında və modelləşdirilməsində yerli, mili, regional və qlobal səviyyələrdə mərkəzi rol oynayır. Mədəniyyətin vasitəçiliyi olmadan iqlim böhranı ilə mübarizə səylərimiz ciddi əngəllə qarşılaşacaq. İndiyədək iqlim dostu və iqlimə münasibətdə dayanıqlı davranışlar istiqamətində təcili köklü dəyişikliklərin zərurətinin nəzərdən keçirilməsi üçün qismən məhdud səylər göstərilib. Lakin hazırda bu dəyişiklik üçün əlverişli fürsət yaranıb.

Diqqətə çatdırılıb ki, son zamanlar mədəniyyət nazirlikləri, hökumətlərarası orqanların institusional nümayəndələri və QHT-lər də daxil olmaqla, yeni üzvlərinin sayındakı artımla güclənən Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu (GFCBCA) COP29 zamanı onun əhəmiyyətini daha da artırıb.

“Bakıda mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü zamanı Qrupun işi üçün texniki tapşırığın uğurla qəbul edilməsi vacib nəticələrdən biridir. COP sədrliyi dövründə Azərbaycan hökuməti "İqlim üçün mədəniyyət" (C4C) təşəbbüsünü elan etməklə iqlim debatında mədəniyyətin səsinin yüksəldilməsi səylərinə dəstək göstərib”, - deyə bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Norveç şahzadəsinin oğlu həbs edilib

23:51
19 Noyabr

Masallıda yeni güləş zalının açılışı olub

23:49
19 Noyabr

Dünyada 160 milyon uşaq işləmək məcburiyyətindədir  

22:59
19 Noyabr

İspaniya hər il 300 min miqrantı leqallaşdırmaq niyyətindədir  

22:58
19 Noyabr

İran uranın zənginləşdirilməsini dayandırmağa hazır olduğunu bildirib  

22:56
19 Noyabr

Leyla Əliyeva Yaşıl Zonada balıq körpələrinin suya buraxılışında iştirak edib  

22:54
19 Noyabr

Danimarka Ukraynaya altı F-16 qırıcısı təhvil verib  

22:52
19 Noyabr

“TikTok” şirkətinin nümayəndələri Elm və Təhsil Nazirliyində olublar  

22:51
19 Noyabr

YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb

22:49
19 Noyabr

Elm və Təhsil Nazirliyi ilə Dünya Bankı arasında əməkdaşlıq məsələləri müzakirə edilib  

22:47
19 Noyabr

“Bayraktar TB3” dünya aviasiya tarixində ilkə imza atıb  

22:44
19 Noyabr

BMT-nin Baş katibi: Biz Bakıda uğur qazanmalıyıq  

22:43
19 Noyabr

COP 29-da sessiya: Elmdən təcrübəyə: Aqroərzaq sistemlərində ədalətli keçidin inkişafı  

22:42
19 Noyabr

“COP-dan COP-a aqrar-qida irsləri: qlobal iqlim məqsədlərinə nail olmağın açarı” mövzusunda panel müzakirələr keçirilib 

22:40
19 Noyabr

Energetika naziri OPEC-in Baş katibi ilə görüşüb  

22:37
19 Noyabr

Azərbaycan Pakistanla investisiyalar və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edib  

22:32
19 Noyabr

Kaveh Zahidi: İqlim böhranı ərzaq təhlükəsizliyini və əhalinin ən həssas təbəqələrini təhdid edir  

22:30
19 Noyabr

BMT-nin rəsmisi: İqlim dəyişikliyi içməli və suvarma suyu qıtlığına gətirib çıxaracaq  

22:27
19 Noyabr

COP29-un beninli ekofəalı: Ölkəm iqlim dəyişmələrinə görə məsuliyyət daşımır  

22:24
19 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin layihəsinə baxılıb  

20:31
19 Noyabr

Almaniya beynəlxalq iqlim fonduna daha 60 milyon avro ayıracaq  

20:30
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!