04 Iyul 2024 16:50
110
SİYASƏT
A- A+

Türkiyəli ekspert: Bakı ilə İrəvan arasında sülh Cənubi Qafqazın qlobal nüfuzunu artıracaq  

 

Azərbaycan və Ermənistan arasında sülh sazişi həm də Şərqlə Qərb arasında tranzit və logistika dəhlizi kimi Cənubi Qafqazın iqtisadi çəkisinin artmasına səbəb olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri İstanbul İbn Haldun Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Yaşar Sarı söyləyib.

Türkiyəli ekspertin sözlərinə görə, Aİ və Çin Orta Dəhliz çərçivəsində Cənubi Qafqazın potensialına maraq göstərir. Bundan başqa, “Şimal-Cənub” dəhlizi kontekstində regionun tranzit imkanları da Rusiyanı maraqlandırır.

Ekspert Ukraynada müharibənin başlamasından sonra Avropa İttifaqının siyasətində yaranan dəyişikliklərə diqqət çəkib.

İstanbul İbn Haldun Universitetinin professoru vurğulayıb: “Dünyada geosiyasi vəziyyətin dəyişməsi Aİ-ni bir sıra ölkələrə, o cümlədən Azərbaycan və Qazaxıstana qarşı qərəzli mövqedən uzaqlaşmağa, Avropa ölkələrinin öz maraqlarını nəzərə alaraq onlarla sıx dialoq qurmağa vadar edib. Bu gün biz görürük ki, Brüssel artıq Bakı ilə əlaqələrin geniş inkişafına çalışır və söhbət təkcə nəqliyyat və enerji komponentlərindən getmir. Bu, Qafqaz regionunun Qərb üçün artan əhəmiyyətinin göstəricisidir”.

Eyni zamanda, Yaşar Sarı Cənubi Qafqazla bağlı Avropa ölkələrinin mövqeyində birliyin olmamasına diqqət çəkib. O qeyd edib: “Məsələn, Fransa Ermənistana siyasi dəstək verir və İrəvanı silahla təmin etməyə hazırdır. Lakin belə görünür ki, Ermənistan hakimiyyəti Parisin imkanlarının məhdudluğunun fərqindədir. Üstəlik, Fransanın özündə gedən siyasi proseslər fonunda bu çərçivə daralır. Düşünürəm ki, İrəvanda insanlar bunu dərk edirlər. Ermənistanın inkişafının və bu ölkənin iqtisadiyyatına investisiyaların cəlb edilməsinin yeganə yolu dialoq, Azərbaycan və Türkiyə ilə münasibətlərin tezliklə normallaşmasıdır”.

Ekspert hesab edir ki, Ermənistanla qonşu dövlətlər arasında ziddiyyətlər erməni tərəfinin onlara qarşı ərazi iddialarından əl çəkməsindən sonra aradan qaldırıla bilər.

Professor vurğulayıb: “Heç kimə sirr deyil ki, bu gün İrəvanda Türkiyə və Azərbaycan torpaqlarına iddialar səsləndirilir və Ermənistan Konstitusiyasında da buna istinadlar var. Hesab edirəm ki, İrəvan Şərqi Anadoluya, eləcə də Azərbaycan ərazisinə iddia ideyasından birdəfəlik imtina etməlidir. Ermənistan hakimiyyəti üçün bu, asan addım deyil, çünki məsələn, Ağrı dağı ermənilərin “milli kodu”nun simvolu kimi qəbul edilir. Ona görə də ermənilərin özlərinin şüurunun dəyişdirilməsi vacibdir və bu proses başlayıb”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video