07 Iyun 2024 09:40
1055
Oxucu məktubları
A- A+

Torpaq  sahələrimiz susuz qalıb

 

Son illər Şəmkirdə aqrar sahə sürətlə inkişaf edir. Dövlət dəstəyindən   bəhrələnən təsərrüfat sahibləri gecəni-gündüzə qataraq çalışırlar ki, bol məhsul istehsal etsinlər.
Uzun illərdir fermer təsərrüfatım var. Mənə məxsus torpaq sahələrində  mal-qara üçün hər il yonca əkib ehtiyacımı ödəyirdim. Bundan başqa, çoxlu tut ağaclarım da var idi. Barama saxlayanlar yazda gəlib ağacların  yarpaqlarını toplayır, ipək-qurdlarının yemlənməsini təmin edirdilər. İndi bütün bunlar demək olar ki, yoxdur. Susuzluqdan tut ağacları, otlaq sahəm tamamilə məhv olub. 40 hektara yaxın əkin sahəm pis günə qalıb. Əraziyə baxanda səhranı xatırladır. Etdiyimiz müraciətlər də cavabsız qalıb.
Hörmətli redaksiya! Xahiş edirəm bu işdə mənə və kənd sakinlərinə kömək göstərib, səsimizi yuxarılara çatdırasınız.

Malik MƏMMƏDOV,
Şəmkir rayonunun Könüllü kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video