07 Iyun 2024 09:50
1048
Oxucu məktubları
A- A+

"Azəriqaz" qaz əvəzinə vəd verir

 

Kəndimiz Tovuzun səfalı guşələrindən birində yerləşir. Əhali əsasən heyvandarlıq və əkinçiliklə məşğul olur. Kənd sakinlərinin yaşayış tərzi yüksəldikcə köhnə evlər gözəl və yaraşıqlı evlərlə əvəz olunmuşdur.
Əvvəllər mövcud olan problemlər də indi tamamilə aradan qaldırılmışdır. Lakin kəndin mavi yanacaqla təminatı hələ də problem olaraq qalır. Bununla bağlı döymədiyimiz qapı qalmayıb. "Azəriqaz" hər dəfə bizə vəd verir. Lakin məsələ öz həllini tapmır. 
Kəndimiz rayonun dağlıq ərazisində yerləşdiyindən qış burada sərt keçir. İnsanlar soyuq aylarda evlərini isitmək üçün çətinliklərlə üzləşirlər. Nəticədə kəndi tərk etməli olurlar. Bu qış da belə oldu. Kənd sakinləri evlərini tərk etdilər. Hətta havalar isinsə də, onların çoxu kəndə geri qayıtmadı. Hazırda bu böyüklükdə kənddə cəmi 11 ailə qalıb. Kənd məktəbində 9 şagird təhsil alır. Belə getsə, kənd tamamilə boşalacaq.
Hörmətli redaksiya! Xahiş edirik kəndimizin mavi yanacaq probleminin həllində bizə köməklik göstərəsiniz.

Abbas ƏLƏSGƏROV,
Tovuz rayonunun Baqqallı kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video