30 Iyun 2024 08:50
160
İDMAN
A- A+

Mikautadze "Monako"ya transfer edilir

 

Gürcüstan millisinin və Fransanın "Mets" klubunun hücumçusu Jorj Mikautadze karyerasını "Monako"da davam etdirməyə yaxındır. 
Yerli medianın verdiyi xəbərə görə, Liqa 1 təmsilçisi artıq 23 yaşlı futbolçu ilə razılaşıb. "Monako" "Mets"ə  transfer qiyməti ilə bağlı təklif göndərib. Fransa klubunun məqsədi "Avro-2024"ün sonuna qədər gürcüstanlı futbolçunun keçidi üçün bütün detalları həll etməkdir. 
Qeyd edək ki, Jorj Mikautadze davam edən Avropa çempionatında qrup mərhələsinin bombardiri (3 qol) olub. Tarixində ilk dəfə Avropa çempionatında iştirak edən Gürcüstan millisi isə 1/8-ə vəsiqə qazanıb. Komanda bu gün İspaniya millisi ilə qarşılaşacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video