İlham Əliyevin “yaşıl gündəliy"i
Azərbaycan ənənəvi enerjidən əldə etdiyi gəlirləri bərpaolunan enerjiyə yönəldir
BMT Təhlükəsizlik Şurasına, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlara uğurlu sədrlik edən, Avropa Oyunlarının standartlarını müəyyənləşdirən, İslam Həmrəyliyi Oyunlarına, siyasi-iqtisadi beynəlxalq forumlara, konfranslara ən layiqli şəkildə evsahibliyi ilə nüfuzunu artıran Azərbaycan indi müstəqillik tarixinin ən böyük tədbirinə - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu qlobal konfransına (COP29) hazırlaşır. Əlbəttə ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin üzərinə böyük məsuliyyət qoyur. Ancaq bu sahədəki təcrübə yetərlidir ki, bu beynəlxalq konfransı da ən yüksək səviyyədə keçirə bilək.
"Yaşıl enerji"yə keçid prosesində öndə gedənlərdən olmaq öhdəlikdir
Ölkəmizin evsahibliyi edəcəyi bu beynəlxalq sammit öncəsi Bakıda və işğaldan azad edilən şəhərlərimizdə mühüm konfranslar, forumlar təşkil edilir. Bu toplantılar, görülən hazırlıq işləri onu deməyə əsas verir ki, noyabr ayında Azərbaycanın COP29-a evsahibliyi etməsi fonunda dünyanın təmiz enerjiyə transformasiya nəbzi ölkəmizdə döyünəcək.
Xüsusilə vurğulanmalıdır ki, ölkəmizdə bu istiqamətdə keçirilən bütün tədbirlərdə ilk növbədə Prezident İlham Əliyevin "yaşıl gündəliy"i təqdim edilir və müzakirələr əsasında toplantı iştirakçıları Azərbaycanın hansı imkanlara sahibliyi barədə geniş bilgi alırlar.
Bəs Azərbaycan Prezidentinin "yaşıl gündəliy"ində nələr var?!
Prezident İlham Əliyev iyunun 21-də "Euronews"da yayımlanan müsahibəsində Azərbaycanın "yaşıl dünya" naminə həyata keçirdiyi layihələrdən və ümumilikdə "yaşıl gündəlik"də olan məsələlərlə bağlı geniş məlumat verib.
Prezident "Bakı-Ekspo" Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və "Yaşıl Enerji" - "Caspian Power" sərgilərini, eləcə də bu istiqamətdə reallaşan digər mühüm konfransların hamısının Azərbaycanın "yaşıl gündəliyi"ni nümayiş etdirdiyini vurğulayıb. Bütün bunlar da onu göstərir ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir.
İlham Əliyevin Azərbaycanın "yaşıl gündəliy"ini ehtiva edən müsahibəsi bu istiqamətdə bütövlükdə regionun perspektiv enerji xəritəsini müəyyənləşdirmək üçün mühüm əhəmiyyətə malikdir.
Ümumiyyətlə, Azərbaycan "yaşıl enerji" iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Buna misal olaraq, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.
Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.
Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli qoyulub. Sənəddə qeyd olunmuş 5 Milli Prioritetdən biri "təmiz ətraf mühit" və "yaşıl artım"la bağlıdır. Bu isə "yaşıl iqtisadiyyat"a keçidlə bağlı qarşıya yeni hədəflər qoyur. Bununla yanaşı, İlham Əliyev Qarabağ və Şərqi Zəngəzuru "yaşıl enerji" zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.
Dövlət başçısı müsahibəsində həmçinin Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" şirkəti arasında imzalanan sazişi xatırladaraq qeyd edib ki, "Masdar" ölkəmizin bərpaolunan enerji sahəsində strateji tərəfdaşdır. Ötən ilin oktyabrında 230 meqavatlıq ilk günəş enerjisi stansiyasının açılışı olub. Bu il isə ümumi gücü 1 qiqavat olan üç günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimi reallaşıb.
Bunu yalnız başlanğıc adlandıran Prezident vurğulayıb ki, Azərbaycan orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırır.
Bu, Azərbaycanın hədəfidir və bunun üçün potensial da var. Yaxşı sərmayə mühiti də mövcuddur. Bu da həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a evsahibliyi edəcək ölkə kimi "yaşıl enerji"yə keçid prosesində öndə gedənlərdən olmaq Azərbaycanın üzərinə düşən öhdəlikdir.
Azərbaycan dünya ölkələri arasında körpülərin qurulmasına töhfə verəcək
Bütün bunlar sözü imzası qədər keçərli olan İlham Əliyevin söylədiyi həqiqətlərdir. Azərbaycan Prezidenti bununla bir daha ənənəvi enerji, yəni neft və qaz ixrac edən ölkələri tənqid edənlərə mesaj ünvanlayır ki, Cənubi Qafqazın lider ölkəsi artıq neft və qazdan əldə etdiyi gəlirləri bərpaolunan enerjiyə yönəldir və "yaşıl enerji"yə sərmayə yatıranlar arasında öndə gedən dövlətlər sırasındadır. Əlbəttə ki, Azərbaycanın ənənəvi enerjidən əldə etdiyi gəlirləri bərpaolunan enerjiyə yönəltməsi bu sahədə ölkəmizə olan inamı daha da möhkəmləndirir.
İyunun 27-də BMT Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersonu qəbul edən İlham Əliyev bir daha bəyan edib ki, Azərbaycan COP29-un sədri olaraq dünya ölkələri arasında körpülərin, etimadın və həmrəyliyin qurulmasına öz töhfəsini verəcək. Ölkəmiz Qlobal Cənubu təmsil edir. 2019-2023-cü illərdə Qoşulmama Hərəkatının sədri olan və Avropa İttifaqı ölkələri ilə də yaxşı əlaqələrə malik Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında da iqlim dəyişikliyi mövzusunda əməkdaşlığın gücləndirilməsinə müsbət impuls verəcək.
İnger Anderson isə Azərbaycanın noyabrda qlobal iqlim dəyişiklikləri məsələsinin müzakirəsi baxımından bütün dünyanın toplaşdığı bir mərkəzə çevriləcəyini deyib. Onun sözlərinə görə, COP29-da iqlim dəyişikliyi ilə əlaqədar istər maliyyə, istər şəffaflıq hesabatlarının təqdim olunması və digər parametrlər nöqteyi-nəzərindən çox ciddi və önəmli qərarların qəbul edilməsi gözlənilir.
İcraçı direktor birmənalı şəkildə vurğulayıb ki, Azərbaycan "yaşıl iqlim" və "yaşıl keçid" nöqteyi-nəzərindən qəti siyasi iradə nümayiş etdirir.
Göründüyü kimi, Azəbraycan bu beynəlxalq sammitə yüksək səviyyədə evsahibliyi etmək üçün bütün imkanlarını səfərbər edib. Buna beynəlxalq birlik də şahidlik edir və İlham Əliyevin bu istiqamətdə atdığı bütün addımlar təqdir olunur.
Bu sammit Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, "yaşıl iqtisadiyyat"ı nə dərəcədə prioritet sahə kimi gördüyünü dünyaya bir daha sübut edəcək.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var
30 Iyun
Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib
30 Iyun
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək
30 Iyun
Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub
30 Iyun
Azərbaycanın energetika naziri İtaliyaya səfər edib
30 Iyun
Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub
30 Iyun
Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib
30 Iyun
Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb
30 Iyun
DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb...
30 Iyun
Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq
30 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu q...27 Iyun 2024
Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi tə...26 Iyun 2024
Azərbaycan beynəlxalq əməkdaşlıq platformasına çevrilir25 Iyun 2024
İlham Əliyevin əməkdaşlıq modeli qlobal platformaya çevrilir21 Iyun 2024
Qurtuluş missiyası15 Iyun 2024
ÇOX OXUNANLAR
Prezident növbədənkənar parlament seçkilərini təyin etdi29 Iyun 2024
Sülh uğrunda müharibə26 Iyun 2024
Davamlı inkişaf, səmərəli islahat, real nəticə25 Iyun 2024
Böyük tarixdən başlanan Zəfər yolu23 Iyun 2024
“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb22 Iyun 2024
Adın nədir - Daşdəmir...21 Iyun 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!