30 Iyun 2024 16:12
102
SİYASƏT
A- A+

Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

 

Heydər Əliyev adına Hərbi İnstitutda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) və Gəncə İdeoloji Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Kitabın gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə təsiri” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə hərbi institutun rəhbər, zabit, müəllim, kursant heyəti, AMEA MEK-nın nümayəndələri, Zəngəzur Cəmiyyətlər Birliyinin sədri və başqa qonaqlar iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Respublikamızın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər gənclərin hərbi vətənpərvərlik tərbiyəsində, əsl vətəndaş kimi yetişməsində, o cümlədən onların maarifləndirilməsində kitabın böyük rola malik olmasından bəhs ediblər. Gənc nəsildə kitaba marağın artırılmasının vacibliyini vurğulayıblar.

Heydər Əliyev adına Hərbi İnstitutun rektoru vəzifəsini icra edən Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov tədbir iştirakçılarına minnətdarlığını ifadə edib. Belə tədbirlərin daimi olaraq keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Sonda AMEA MEK-nın nümayəndələri tərəfindən institutun kitabxanasına 30 ədəd kitab hədiyyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video