04 Iyul 2024 18:41
105
SİYASƏT
A- A+

Azərbaycanda keçirilən yaşıl iqtisadiyyatla bağlı konfrans İordaniya mətbuatının diqqət mərkəzində olub

 

İordaniyanın gündəlik əsasda çıxan və ən çox oxunan mətbu orqanlarından olan “Əd-Dustur” qəzetində, “Ammon News” portalında (ərəb dilində), həmçinin “Əl-Ənbat”, “Oroba News”, “Əl-Urdun”, “Johina News”, “NBNJO” və “Nayrouz” nəşrlərinin internet səhifələrində “Azərbaycan yaşıl iqtisadiyyata doğru” sərlövhəli məqalə dərc olunub.

Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın “yaşıl” transformasiyaya nail olmaq üçün müxtəlif təbii ehtiyatlarından istifadə edir. 2022-ci ildə neft və qaz hasilatı Azərbaycanın ÜDM-nin təxminən 47,8 faizini və ixrac gəlirlərinin 92,5 faizini təşkil edib. Azərbaycan Hökuməti ölkədə bərpaolunan enerji sənayesini gücləndirməyə və onun neftdən asılılığını azaltmağa çalışır. “Yaşıl enerji” layihəsinin 2030-cu ilə qədər 1500 meqavatlıq bərpaolunan enerjinin quraşdırılması məqsədinə nail olmaq, yaşıl enerjini təşviq etmək və elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payını 30 faiz artırmaq məqsədini daşıyır.

Yazıda, həmçinin vurğulanır ki, Azərbaycan Hökuməti neftdən asılılığını azaltmaq, şaxələndirilmiş və dayanıqlı iqtisadiyyata doğru irəliləmək üçün 2000-ci illərin ortalarında “təmiz enerji” strategiyasını həyata keçirməyə başlayıb. Bu dəyişiklik bir sıra mühüm təşəbbüslərlə dəstəklənib. Bunlardan biri 1999-cu ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yaradılması olub.

Diqqətə çatdırılıb ki, 2005-ci ildən etibarən Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafına üstünlük verməyə başlayıb, ölkə hökuməti alternativ enerji mənbələrinin, o cümlədən külək, Günəş və su elektrik enerjisini təşviq etmək üçün müxtəlif tədbirləri həyata keçirib. 2009-cu ildə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması və beynəlxalq təşkilatlarla tərəfdaşlıq əsasında bir sıra ekoloji cəhətdən “təmiz enerji” layihələrinin həyata keçirilməsinə başlanması bu dövrdə baş vermiş mühüm hadisələrdəndir. Bundan əlavə, 2010-cu ildən 2020-ci ilə qədər olan onillik Azərbaycanın davamlılığa keçidində mühüm dövr olub. Bu müddət ərzində Azərbaycan Hökuməti enerji səmərəliliyi və davamlılıq təcrübələrini təşviq etmək, dəstəkləmək üçün əhəmiyyətli səylər göstərib. Davamlı inkişafı dəstəkləməyə yönəlmiş qanunvericilik islahatları ilə yanaşı, “yaşıl texnologiyalara” sərmayələrin yatırılmasına diqqət yetirilib.

Ölkənin enerji strategiyasına gəlincə, qeyd edilib ki, Azərbaycan Hökuməti yaşıl enerji zonalarının yaradılmasını və yaşıl enerji sektoruna beynəlxalq investisiyaların cəlb olunması istiqamətində mühüm səylər göstərib. Buna nail olmaq üçün Səudiyyə Ərəbistanının “ACWA Power” və BƏƏ-nin “Masdar” enerji şirkətləri ilə külək və günəş elektrik stansiyalarının tikilməsi istiqamətində əməkdaşlığa başlayıb. Buna uyğun olaraq, təmiz ətraf mühitin və dayanıqlı inkişafın vacibliyini vurğulayan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə dair Sərəncam imzalanıb. Bu Sərəncamda əks olunan strategiya Azərbaycanın bərpaolunan enerji mənbələrinin genişləndirilməsinə sadiqliyini göstərir və qarşıya iddialı hədəflər qoyur.

Eyni zamanda, bildirilib ki, Azərbaycanın COP29 ev sahibliyi ölkənin davamlı inkişafa doğru irəliləyişində və gələcəyə baxışında mühüm addım olacaq. Bu tədbir dünya miqyasında iqlim dəyişikliyinin müzakirəsi üçün həyati əhəmiyyət daşıyır, həm də Azərbaycan üçün ətraf mühitin mühafizəsinə sadiqliyini nümayiş etdirmək və dayanıqlı iqtisadiyyata keçidi sürətləndirmək baxımından dəyərli fürsətdir.

Sonda qeyd olunur ki, Azərbaycan qlobal iqtisadi səyləri dəstəkləyir və regional iqtisadi inteqrasiya üçün yeni geniş imkanlar yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video