04 Iyul 2024 19:47
121
CƏMİYYƏT
A- A+

Konstitusiya Məhkəməsində İraq Respublikasının Ali Məhkəmə Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

 

İyulun 4-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində ölkəmizdə rəsmi səfərdə olan İraq Respublikasının Ali Məhkəmə Şurasının sədri Faiq Zidanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Konstitusiya Məhkəməsindən məlumat verilib.

Görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edilib ki, bu səfər Azərbaycan üçün tarixi hadisələrin cərəyan etdiyi dövrə təsadüf edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş Azərbaycan torpaqlarında Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi bərpa edilib və bu il sentyabrın 1-də ilk dəfə həmin ərazilərdə Milli Məclisə seçkilər keçiriləcək.

İraq Respublikasının Ali Məhkəmə Şurasının sədri Faiq Zidan ətraflı məlumata və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, qeyd edib ki, rəsmi səfərin məqsədi məhkəmə sahəsində əlaqələrin qurulması və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsidir. Qonaq iki ölkə arasında məhkəmə-hüquq əməkdaşlığının vacibliyinə toxunaraq, İraq Respublikasında konstitusiya ədalət mühakiməsini həyata keçirən Federal Ali Məhkəməsinin, təmsil etdiyi ölkənin məhkəmə orqanlarının fəaliyyətinin istiqamətləri və praktiki işindən bəhs edib.

Tərəflər arasında geniş fikir mübadiləsi aparılıb, məhkəmə-hüquq əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.

Tədbirin sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video