04 Iyul 2024 22:32
92
İQTİSADİYYAT
A- A+

Pakistan Azərbaycana investisiya portfeli təqdim edəcək

 

Pakistan Azərbaycana təqdim etmək üçün 2-3 milyard ABŞ dolları dəyərində investisiya portfeli hazırlayıb.“Report” xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.

“Pakistan Azərbaycanla əlaqələrinə böyük əhəmiyyət verir. Turizm, nəqliyyat, enerji təhlükəsizliyi və müdafiə sahələri daxil olmaqla müxtəlif sektorlarda əməkdaşlığımızın inkişafını davam etdirməliyik. Doğrudur, bunun üçün əlavə səylərə ehtiyac var”, - Pakistanın ticarət naziri Cam Kamal Xan İslamabadda Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə deyib.

O, həmçinin Preferensial Ticarət Sazişi (PTA) və İkitərəfli Tranzit Ticarət Sazişinin (BTTA) tez bir zamanda imzalanmasının zəruriliyini vurğulayıb.

Pakistanlı nazir B2B formatında görüşlərin keçirilməsini təklif edib:“Bu görüşlər istər Pakistanda, istərsə də Azərbaycanda baş tuta bilər. Pakistanla Azərbaycan ikitərəfli ticarət və əməkdaşlığın monitorinqini təkmilləşdirmək üçün uzunmüddətli və praktiki mexanizmin yaradılmasının zəruriliyi barədə razılığa gəliblər”.

Ticarət naziri Azərbaycan şirkətlərini Pakistana sərmayə qoymağa dəvət edərək, ölkənin iqtisadi cəhətdən səmərəli əmək bazarını mühüm üstünlük kimi göstərib.

O qeyd edib ki, Səudiyyə Ərəbistanı və Çinin Pakistana investisiyaları azərbaycanlı investorları Pakistanda mövcud imkanlardan yararlanmağa sövq edir.

S.Şərifov öz növbəsində Azərbaycanın Pakistanla qarşılıqlı maraq doğuran bütün sahələrdə daha sıx əməkdaşlığa hazır olduğunu bildirib.

O, iki ölkə arasında gediş-gəliş prosedurlarının sadələşdirildiyini xatırladaraq, Azərbaycanın əlverişli viza siyasəti sayəsində ötən il 55 min pakistanlı turisti qəbul etdiyini diqqətə çatdırıb.

Nazir müavini Azərbaycandan Pakistana birbaşa aviareyslərin açılmasının nəqliyyat əlaqələrinin yaxşılaşmasına töhfə verdiyini vurğulayıb.

Qeyd edək ki, bu ay ölkələr arasında bir sıra sazişlərin imzalanması gözlənilir. Mənbələrin məlumatına görə, Pakistanın Baş naziri Şahbaz Şərif bütün prosessual rəsmiyyətlərin və həll edilməmiş məsələlərin ən qısa zamanda həll edilməsi barədə göstəriş verib.

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video