04 Iyul 2024 22:31
98
İDMAN
A- A+

"CineMastercard" İspaniyada "CineEurope" sərgisində iştirak edib

 

“CineMastercard” İspaniyanın Barselona şəhərində ənənəvi olaraq keçirilən və dünyanın bir çox ölkəsinin iştirak etdiyi CineEurope beynəlxalq sərgisində Azərbaycanı təmsil edib.

“Report” xəbər verir ki, CineEurope-2024 tədbirində Hollivud və Avropa studiyalarının kino sənayəsində ən yaxşı studiya nümayişləri, son texnologiya və innovasiyaları təqdim olunub.

The Film Expo Group tərəfindən təşkil edilən CineEurope, 38 Avropa ölkəsindən film sərgi iştirakçıları və onların milli assosiasiyalarını təmin edən Beynəlxalq Kino İttifaqının (UNIC) rəsmi tədbiridir.

Sərgidə “CineMastercard” (CinemaPlus MMC) kinoteatrlar şəbəkəsinin direktoru Murat Camcı və Müşahidə Şurasının sədri Zaur Darabzadə iştirak ediblər. Onlar növbəti mövsümdə nümayiş olunacaq filmlər üçün dünyanın öndə gedən film studiyaları ilə strateji əməkdaşlıq müqavilələri imzalayıblar. Həmin şirkətlər arasında Universal Pictures, Sony Pictures, The Walt Disney Company, Paramount Pictures və Warner Bros. studiyaları da yer alır. Bundan başqa, nümayəndələr kinoteatrlar üçün nəzərdə tutulmuş ən son texnologiyalarla, yeniliklərlə, innovativ həllərlə tanış olub və onları təqdim edən şirkətlərin rəhbərləri ilə ikitərəfli görüşlər keçiriblər.

Sərgi zamanı Murat Camcı və Zaur Darabzadə kinonun inkişaf strategiyaları, yeni texnoloji tendensiyalar, innovativ həllər və nailiyyətləri müzakirə ediblər.

Onlar, həmçinin, VR (Virtual Reality) və AR (Augmented Reality) kimi qabaqcıl texnologiyalarla maraqlanırlar və bu texnologiyaları kinoteatrlarda tətbiq etməyi nəzərdə tuturlar. Bu yeniliklər kinosevərlərə daha immersiv və interaktiv təcrübələr təqdim edəcək.

“CineMastercard” öz tamaşaçılarına ən yüksək səviyyədə xidmət göstərmək üçün dünya miqyasında premyeraları gözlənilən filmləri eyni gündə Azərbaycanda olan kinosevərlərə təqdim edir. Bu addım, kinoteatrın beynəlxalq standartlara uyğun olaraq fəaliyyət göstərməsini təmin edir və tamaşaçılara unudulmaz kino təcrübəsi yaşadır.

Kinoteatr qlobal kino sənayesində lider mövqe tutmağa çalışaraq yenilikləri davam etdirməyi və tamaşaçılarına hər zaman ən yaxşısını təqdim etməyi planlaşdırır.

Daim yeni texnologiya və innovasiyalara olan yanaşması ilə “CineMastercard” Azərbaycan kino sənayesində bir lider kimi mövqeyini gücləndirməyi planlaşdırır.

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video