04 Iyul 2024 22:33
95
İDMAN
A- A+

AMADA Türkiyə antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir

 

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbərliyi Türkiyədə işgüzar səfərdə olub. Qurumdan "Report"a verilən məlumata görə, AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Türkiyə Milli Olimpiya Komitəsinin İdarə Heyətinin üzvü Sezai Bağbaşı ilə görüşüb.
Görüşdə Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan və türkiyəli idmançı və idmançı köməkçi heyətlərinin antidopinq sahəsi üzrə hazırlıq səviyyəsi və olimpiadada idmançılardan gözlənilən nailiyyətlər müzakirə olunub.
Sonra Azərbaycan nümayəndə heyəti Hacettepe Universitetinin nəzdində fəaliyyət göstərən Dopinq Nəzarəti Mərkəzini ziyarət edib. Qonaqlar üçün laboratoriyanın fəaliyyətini əks etdirən geniş təqdimat nümayiş olunub. AMADA-nın icraçı direktoru ilə mərkəzin texniki menecer və koordinatoru Sinan Önol arasında görüş keçirilib, tərəfləri maraqlandıran mövzular barədə fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti Hacettepe Universitetinin İdman elmləri fakültəsinin Bədən tərbiyəsi və idman fiziologiyası bölməsinin Heyvanlar üzərində tədqiqatlar laboratoriyasında olub. Görüş zamanı heyvanlar üzərində aparılan tədqiqatlar, həmçinin istifadə olunan güc artıran maddələrin canlıların orqanizminə və davranışlarına təsiri barədə qonaqlara ətraflı məlumat verilib və gələcəkdə birgə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Laboratoriyanın rəhbəri, professor Haydar Demirel AMADA ilə birgə layihələrin təşkilində maraqlı olduqlarını və qarşılıqlı fəaliyyətin imkanlarını yüksək qiymətləndirib.
Türkiyə Dopinqlə Mübarizə Komissiyasında təşkil olunan görüşdə qlobal miqyasda antidopinq səyləri müzakirə olunub. Komissiyanın rəhbəri professor Rüştü Günerin iştirak etdiyi görüşdə elmi-tədqiqat və təhsil yönümlü layihələrin birgə təşkili, Paris-2024 Yay Olimpiya Oyunları öncəsi hər iki qurumun hazırlıq səviyyəsi, birgə maarifləndirici konfrans, vebinar, “workshop”ların keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması müzakirə mövzuları sırasında yer alıb.
AMADA-nın nümayəndə heyətinin tərkibində qurumun icraçı direktorunun müavini Rüfət Efendiyev və Təhsil proqramları üzrə menecer Qüdrət Səfərov da yer alıblar.

“Azərbaycan”


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video