04 Iyul 2024 19:46
126
CƏMİYYƏT
A- A+

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Moskvada uşaq evində olublar

 

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Moskvanın “Bizim Ev” ailə tərbiyəsinə dəstək mərkəzində olublar. Orada valideyn himayəsindən məhrum uşaqlar üçün rəsm müsabiqəsi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Moskvada yerləşən “Bizim ev” ailə tərbiyəsinə dəstək mərkəzi qapılarını valideyn himayəsindən məhrum olan sağlam uşaqlarla yanaşı, fiziki və zehni inkişafdan geri qalan körpələrin də üzünə açıb. Mərkəzin rəhbərliyi Heydər Əliyev Fondunun, Fondun vitse-prezidenti Leyla Əliyevanın daimi qayğısından, uşaq evinə olan diqqətindən danışıb. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti və Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva dəfələrlə burada uşaqlara baş çəkib, onlar üçün bayram tədbirləri təşkil edib.

“Bizim Ev” ailə tərbiyəsinə dəstək mərkəzinin direktoru Vadim Menşov dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirərək deyib: “Heydər Əliyev Fondunun nümayəndələrinin “Bizim Ev”ə hər gəlişi bayramdır. Biz Leyla xanım Əliyevanın sayəsində Heydər Əliyev Fondu ilə dostlaşmışıq. Leyla xanım hər zaman bizə dəstək olur. Onun böyük mənəvi dəstəyi bizim üçün çox dəyərlidir”.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin bölmə rəhbəri Tamilla Əhmədova Fondun uşaqlara daim xüsusi qayğı göstərdiyini vurğulayaraq qeyd edib: “Hamımız yaxşı bilirik ki, uşaqlar bizim gələcəyimizdir. Məhz uşaqlar dünyanın gələcəkdə necə olacağını, necə inkişaf edəcəyini müəyyənləşdirəcəklər. Ona görə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə Fondun Rusiya nümayəndəliyinin uşaqlara göstərdiyi diqqət və qayğı işimizin çox vacib tərkib hissəsidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video