04 Iyul 2024 16:10
125
DÜNYA
A- A+

Britaniyada seçkilər başlayıb

 

“Azərbaycan” qəzeti xəbər verir ki, bu barədə Britaniya KİV-ləri məlumat yayıb.

İctimai rəy sorğularına görə, hakim Mühafizəkarlar Partiyası onlara müxalifətdə olan Leyboristlər Partiyasından xeyli geridədir. “Tori”lərin məğlubiyyətə uğrayacağı proqnozlaşdırılır. Proqnozlara görə, onlar parlamentdə yalnız 61 yer qazana biləcəklər (təxminən 9,4%). Eyni zamanda, leyboristlərin 470 mandatla müasir parlament tarixində ən böyük qələbələrdən birini qazanacağı proqnozlaşdırılır.

Britaniya xalqı İcmalar Palatasına (parlamentin aşağı palatası) hər dairədən bir nəfər olmaqla 650 deputat seçəcək. Qələbəni parlamentdəki yerlərin əksəriyyətini əldə edən partiya qazanacaq. Onun lideri isə baş nazir olacaq və Britaniya hökumətinə rəhbərlik edəcək. İcmalar Palatasında çoxluğu təmin etmək üçün bir partiyaya 326 yer lazımdır.

Yerli vaxtla səhər saat 07:00-dan axşam saat 22:00-dək ölkə üzrə 40 minə yaxın seçki məntəqəsi fəaliyyət göstərəcək.

S.Bayramov, 
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video