04 Iyul 2024 16:47
115
İQTİSADİYYAT
A- A+

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun Şuşada işgüzar görüşü keçirilib  

 

Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB), Azərbaycan Banklar Assosiasiyası (ABA) və “Visa Inc.” beynəlxalq ödəniş sisteminin birgə təşkilatçılığı ilə “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun üzvlərinin Şuşa şəhərində “Qarabağda rəqəmsal bank-maliyyə infrastrukturunun qurulması: innovativ ödəniş xidmətləri, müasir ödəniş həlləri” mövzusunda işgüzar görüşü keçirilib.

ABA-dan AZƏRTAC-a bildirilib ki, qurumun icraçı direktoru Yunus Abdulov Azərbaycan Banklar Assosiasiyası və onun üzv təşkilatları üçün növbəti strateji dövrdə ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsi, sektorda rəqəmsallaşmanın dərinləşməsi, vətəndaşlarımıza müasir və etibarlı bank-maliyyə xidmətlərinin təqdim edilməsi fonunda ölkəmizin bütün regionlarında rəqəmsal bank-maliyyə infrastrukturunun qurulması, eləcə də yeni bizneslərin maliyyələşməsinə dəstək göstərilməsinin prioritet hədəf olduğunu qeyd edib.

“Visa Inc.” beynəlxalq ödəniş sisteminin baş direktoru və Azərbaycan üzrə meneceri Nurlan Hacıyev “Visa” tərəfindən ödəniş xidməti təchizatçıları, o cümlədən banklarla əməkdaşlığa xüsusi önəm verildiyini, Azərbaycan Mərkəzi Bankı və ekosistem iştirakçıları ilə birgə əməkdaşlıq çərçivəsində rəqəmsal ödənişlərin inkişaf etdirilməsi və innovativ ödəniş həllərinin tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyətin uğurla davam etdirildiyini deyib.

ABA-nın “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri Tamerlan Rüstəmov ölkəmizin bütün regionları kimi Qarabağda, xüsusilə də Şuşa şəhərində rəqəmsal ödənişlərin qabaqcıl beynəlxalq trendlər nəzərə alınmaqla inkişaf etdirilməsinin və bu istiqamətdə vahid konsepsiyanın tətbiqinin zəruri olduğunu vurğulayıb.

Görüşün sonunda banklar “Visa Inc.” beynəlxalq ödəniş sistemi tərəfindən ölkəmizdə rəqəmsal ödənişlərin inkişafı, innovativ ödəniş həll və texnologiyalarının tətbiqi və digər nominasiyalar üzrə təltif edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video