04 Iyul 2024 16:11
125
DÜNYA
A- A+

İlk “ağıllı” avtomobil yolu layihəsinə start verilib

ABŞ-nin Miçiqan ştatında ölkənin ilk smart avtomobil yolu layihəsinin reallaşdırılmasına başlanılıb. Ştatın Ann-Arbor və Detroyt şəhərləri arasındakı 4.82 kilometrlik avtomobil yolu sahəsi xüsusi sensorlar və rabitə təchizatları ilə təmin olunur. Onlar yolda hərəkət edən avtomobilləri müşahidə edərək sürücülərə aktual məlumatları təqdim edəcəklər. Gələcəkdə bu layihənin 64.37 kilometrlik avtomobil yolu sahəsini əhatə edəcəyi gözlənilir.

Smart avtomobil yolu sürücülər ilə Miçiqan Nəqliyyat Departamentini avtomobil yolundakı mümkün problemlər barəsində məlumatlandırmaq üçün nəzərdə tutulub. Gözləntilərə əsasən, bu layihə avtomobil yollarındakı yüklənməni aşağı salacaq, ola biləcək avtomobil qəzalarının qarşısını alacaq və yolda yarana biləcək fövqəladə hallara reaksiyanın operativliyini yaxşılaşdıracaq.

Layihə çərçivəsində yol boyunca sensor və kameralara sahib sütunlar yerləşdirilib. Onlar avtomobil yolunun hər bir hissəsini monitorinq edirlər və yolda baş verə biləcək təhlükəli səyahət hallarının təyin edilməsi istiqamətində kameralardan əldə edilən görüntüləri süni zəka alqoritmi vasitəsilə analiz edirlər.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video