17 Fevral 2025 10:59
248
CƏMİYYƏT
A- A+
Sitrus bağlarını şaxtadan qorumaq üçün müasir texnologiyalar tətbiq olunur

Sitrus bağlarını şaxtadan qorumaq üçün müasir texnologiyalar tətbiq olunur


Son günlər ölkə ərazisində müşahidə olunan soyuq və şaxtalı hava şəraiti cənub bölgəsində sitrus ağaclarına mənfi təsir edib. Xüsusilə Lənkəran, Astara və Masallı rayonlarında fermerlər məhsuldarlığın azalmasının qarşısını almaq üçün müxtəlif qoruyucu tədbirlər görürlər. Fermerlərin sözlərinə görə, temperaturun kəskin enməsi sitrus ağaclarının donmasına səbəb ola bilər. Bunun qarşısını almaq məqsədilə bağlarda ağaclar xüsusi örtüklərlə qorunub, torpağın rütubəti artırılıb və süni isitmə tədbirləri görülüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qış aylarında təsərrüfat sahibləri sitrus ağaclarını şaxtadan qorumaq üçün müxtəlif üsullardan istifadə edirlər. Bu məqsədlə ağaclar politelin örtüklərlə bağlanır və digər qoruyucu vasitələr tətbiq olunur. Lakin güclü şaxtalar zamanı bu tədbirlər yetərli olmur və ağacların zərər görmə riski artır. Mütəxəssislər bildirirlər ki, sitrus bağlarını donvurmadan qorumaq üçün əlavə istilik mənbələrindən istifadə olunmalı və torpaq nəmliyi artırılmalıdır.

Fermer Ramiz Hüseynov deyir ki, 30 hektar sitrus bağı var və ağacları şaxtadan qorumaq üçün ənənəvi üsullardan istifadə edir. Onun sözlərinə görə, əsas qoruyucu tədbirlərdən biri ağacların politelin örtüklə bağlanmasıdır. Bundan əlavə, torpağın nəm saxlanılması və süni istilik mənbələrinin istifadəsi də şaxtanın təsirini azaltmağa kömək edir. Lakin güclü şaxtalar zamanı bu tədbirlər kifayət etmir və fermerlər əlavə həll yolları axtarmağa məcbur qalırlar.

Bəzi təsərrüfat sahibləri ənənəvi metodlara üstünlük versələr də, müasir texnologiyalar tətbiq olunan təsərrüfatlar da mövcuddur.

Lənkəranın Separadi kəndində 150 hektar sahədə salınan sitrus bağında iki ildən artıqdır ki, ağacları şaxtadan qorumaq üçün xüsusi avadanlıqlardan istifadə olunur. Belə ki, Lənkəranda ilk dəfə olaraq bu ərazidə “Donqovan pərvanələr” quraşdırılıb. Ağacları şaxtadan qoruyan bu “pərvanələr” qış aylarında istənilən havada temperaturu tənzimləyir və beləliklə, meyvələri və ağacları donvurmadan qoruyur. Yaxın illərdə isə bu müasir avadanlıqlardan digər ətraf ərazilərdə də quraşdırılması planlaşdırılır.

Mütəxəssislər bildirirlər ki, belə hava şəraitində sitrus bağlarının qorunması üçün vaxtında tədbirlər görülməzsə, məhsuldarlıqda ciddi azalmalar müşahidə oluna bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Yunanıstan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib  

23:49
13 Mart

Ceyhun Bayramov Çin nümayəndəsi ilə regional və beynəlxalq vəziyyəti müzakirə edib  

23:29
13 Mart

Ceyhun Bayramov BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi ilə görüşüb

23:19
13 Mart

Təqsirləndirilən şəxs: Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatı aparılmırdı  

22:47
13 Mart

Arkadi Qukasyandan qondarma rejimlə bağlı etiraf: Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi  

22:35
13 Mart

Madat Babayan: Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi

22:26
13 Mart

Bakı Forumunda panel müzakirəsi: “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” YENİLƏNİB  

21:32
13 Mart

Qlobal Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olunub

21:09
13 Mart

BTİ-nin Baş direktorunun müavini: Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri nümunə göstərir  

20:35
13 Mart

İƏT-in Baş katibi: Gələcək üçün BMT paktının icrasına yönəlmiş yeni üfüqlər yaradılmalıdır  

20:34
13 Mart

BMT Baş katibinin müavini: BMT-nin Gələcək üçün Paktı beynəlxalq səviyyədə əldə olunan vacib sənəddir  

20:33
13 Mart

Ksaba Korosi: Qlobal iqtisadi artımla bağlı böhranları həll etmək üçün əməkdaşlığa ehtiyacımız var  

20:31
13 Mart

Cəbrayılda əmək yarmarkası keçirilib

20:29
13 Mart

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ICESCO-da görüş keçirib

20:29
13 Mart

Bakıda “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib - YENİLƏNİB-2

20:07
13 Mart

Departament rəhbəri: Elmlə bağlı əməkdaşlıq sülh və iqtisadi artım imkanları yarada bilər  

20:01
13 Mart

XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair bəyanat yayıb

19:53
13 Mart

Rəvan Həsənov: Azərbaycan İslamofobiyaya qarşı qlobal mübarizəyə mühüm töhfələr verir  

19:47
13 Mart

Akif Çağatay Kılıc: BMT onlara müraciət edən bir çox ölkələrin problemlərini anlamır və yaxud həll etmək istəmir  

19:36
13 Mart

Kuala-Lumpur meri: COP29-da əldə etdiyimiz nəticələrin icrası üçün bacarıqlı liderlik sistemi lazımdır

19:15
13 Mart

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Yevlaxda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib  

19:03
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!