18 Mart 2024 18:49
2925
Elm və texnika
A- A+
Rəsədxana: Günəş küləyinin sürətinin artacağı gözlənilir

Rəsədxana: Günəş küləyinin sürətinin artacağı gözlənilir

 

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, Günəş fəallığı orta səviyyədə olub, 10 santimetr dalğa uzunluğunda radioalışmalar baş verib. Bir neçə tac kütlə atılması (TKA) qeydə alınıb. Günəşin səthində 86 ləkə və böyük tac dəliyi müşahidə edilir. Günəş küləyinin maksimal sürəti saniyədə 658 kilometrədək artıb. Hazırda Günəş küləyinin sürəti normaldır (295 km/san). Radiasiya (proton) qasırğası baş verib, geomaqnit qasırğası baş verməyib. Hazırda kosmik hava sakitdir.

Günəş küləyinin sürətinin martın 20-də artacağı gözlənilir.

TKA-nın təsirilə martın 20-də G1 (zəif) geomaqnit qasırğasının baş verməsi ehtimalı var. Həmçinin tac dəliyindən çıxan yüksəksürətli zərrəciklər selinin martın 24-də Yerə təsiri gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!