12 Mart 2025 22:02
534
CƏMİYYƏT
A- A+
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsində ictimai dinləmə keçirilib

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsində ictimai dinləmə keçirilib


Martın 12-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda ictimai dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Hicran Hüseynova tədbiri açaraq bu il dövlətimiz və xalqımız üçün xüsusi əhəmiyyətə malik tarixi hadisələrin növbəti ildönümünün qeyd ediləcəyini bildirib. O vurğulayıb ki, 30 il əvvəl, 1995-ci il noyabrın 12-də ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan Konstitusiya hazırlanaraq referendum yolu ilə qəbul edilib. Beş il əvvəl isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq ərazi bütövlüyümüzü və suveren hüquqlarımızı bərpa edib.

Komitə sədri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini bildirib. O, bununla əlaqədar olaraq keçiriləcək tədbirlər çərçivəsində rəhbərlik etdiyi komitə tərəfindən bugünkü ictimai dinləmənin təşkil edildiyini söyləyib.

Hicran Hüseynova Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən birinin də Azərbaycan Konstitusiyasının hazırlanması olduğunu vurğulayıb. Komitə sədri dövlətimizin Əsas sənədində nikah və ailənin dövlətin himayəsində olduğunu, ana, ata, uşaq hüquqlarının qanunla mühafizə edildiyini deyib. Diqqətə çatdırılıb ki, Konstitusiyanın müddəaları əsas tutulmaqla 2000-ci ildə Ailə Məcəlləsi qəbul olunub və ailə üzvlərinin hüquq və vəzifələri müəyyən edilib.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsbit edilir.

Hicran Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmiz hərtərəfli və sürətli inkişaf edir.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib. O, müasir Konstitusiyada qadın hüquqlarının əsas prioritetlərdən biri olduğunu söyləyib. Komitə sədri, eyni zamanda, 1978-ci ilin Konstitusiyasının qəbulunda Ulu Öndər Heydər Əliyevin müstəsna rolunu vurğulayaraq, bir sıra yeniliklərin olduğunu və ilk dəfə qadın hüquqlarının, ailə məsələlərinin öz əksini tapdığını qeyd edib. Ailənin dövlət tərəfindən müdafiə olunduğu, nikahda qadın və kişi bərabərliyi, uşaq hüquqlarının müdafiəsi ilə bağlı müddəaların təsbit edildiyini söyləyib.

Əli Hüseynli 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızın həm Konstitusiya qanunları, həm də referendum yolu ilə daha da inkişaf etdiyini və 2016-cı ildə keçirilmiş referendum nəticəsində Azərbaycanda Prezident idarəetmə üsulunun möhkəmləndirildiyini, vitse-prezident institutunun yaradıldığını diqqətə çatdırıb.

Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətimizin hüquqi dayaqlarının möhkəmləndirilməsi, qanunun aliliyinin və Konstitusiya dəyərlərinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. O, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasının müddəalarının üçdəbir hissəsinin məhz insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə həsr olunduğunu deyib. Bildirib ki, Konstitusiya Məhkəməsi öz qərarları ilə ailə dəyərlərinin qorunmasına, qadın və uşaqların hüquqlarının müdafiəsinə mühüm töhfələr verir.

Ədliyyə nazirinin müavini Abiddin Hüseynov çıxışında mövzunun vacibliyini qeyd edərək, ailədə təlim və tərbiyə prosesinin əhəmiyyətindən söhbət açıb. O, Konstitusiyada ailənin cəmiyyətin özəyi olaraq müəyyən edildiyini, nikah, uşaqla bağlı hüquqi münasibətlərə geniş yer verildiyini, o cümlədən ailə və uşaqların müdafiəsinin birbaşa dövlətin himayəsində olduğunu söyləyib. Ölkəmizdə bu sahədə çoxsaylı qanunların, habelə beynəlxalq müqavilələrlə bağlı sənədlərin qəbul edildiyini, islahatların bu gün də davam etdirildiyini, qanunvericiliyin təkmilləşdirildiyini bildirib. Nazir müavini Ədliyyə Nazirliyinin də ailə, qadın və uşaq hüquqları ilə bağlı məsələlərə dair üzərinə düşən vəzifələri yerinə yetirdiyini qeyd edib.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov çıxış edərək vurğulayıb ki, ölkəmizdə ailə, qadın və uşaq məsələləri sahəsində dövlət siyasətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır və Ulu Öndərin rəhbərliyi dövründə ailələrin sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlər görülüb. Bildirilib ki, Prezidentin ölkəmizdə 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi bu sahədə aparılan islahatların daha da dərinləşməsinə töhfə verir. Sərəncamda insan hüquqlarının təmin edilməsinin və sosial rifahın yüksəldilməsinin dövlət siyasətinin əsas istiqamətləri kimi göstərildiyini deyən Anar Bağırov bu baxımdan ailə institutunun qorunması, qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinin və müvafiq dövlət proqramlarının icrasının xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib.

İctimai dinləmədə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, üzvləri Müşfiq Məmmədli, Günay Ağamalı, deputat Azər Allahverənov, Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini Tahirə Allahyarova mövzu ilə bağlı öz fikirlərini bölüşüblər. Çıxışlarda ailə institutunun möhkəmlənməsinin, gender bərabərliyinin təmin edilməsinin daim dövlətimizin diqqətində olduğu bildirilib. Ailə dəyərlərinin möhkəmləndirilməsinin, ailənin sosial-iqtisadi rifahının təmin olunmasının, ailədaxili sağlam mənəvi mühitin formalaşmasının, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlərə əsaslanmasının ümumilikdə cəmiyyətin inkişafında mühüm rolundan bəhs edilib.

Tədbirdə Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumlarının nümayəndələri və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında

00:55
16 Yanvar

"Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2025-ci il 16 dekabr tarixli 311-VIIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nda dəyişiklik edilməsi barədə  

00:53
16 Yanvar

"Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:52
16 Yanvar

"Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 323-VIIQD nömrəli Qanununun tətbiqi haqqında

00:52
16 Yanvar

"Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:51
16 Yanvar

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:51
16 Yanvar

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, "Nəqliyyat haqqında" və "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:50
16 Yanvar

"Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 oktyabr tarixli 1465 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan qurumların siyahısı"nda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 iyul tarixli 435 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

00:49
16 Yanvar

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

00:48
16 Yanvar

Ağ Ev İranda planlaşdırılan 800 edamın dayandırıldığını açıqlayıb  

23:37
15 Yanvar

Heydər Əliyev Sarayında Rəşid Behbudovun 110 illiyinə həsr olunan yaradıcılıq gecəsi keçirilib  

22:47
15 Yanvar

İsrail hava qüvvələri Livanın üç bölgəsində “Hizbullah”ın bazalarına zərbələr endirib  

21:49
15 Yanvar

Pentaqon Latın Amerikasının Rusiya və Çinlə əlaqələrini məhdudlaşdırmaq niyyətində olduğunu açıqlayıb  

21:27
15 Yanvar

“mygov” platforması adından yayılan saxta elanlarla bağlı XƏBƏRDARLIQ  

21:07
15 Yanvar

ABŞ İran rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib  

20:54
15 Yanvar

Avstraliyada 5 milyona yaxın hesab deaktiv edilib

19:51
15 Yanvar

Oğuzda palıd ağaclarını kəsməkdə şübhəli bilinən şəxs saxlanılıb  

19:41
15 Yanvar

Ukraynada komendant saatının ləğvi məsələsinə aydınlıq gətirilib  

19:03
15 Yanvar

Qış depressiyasını necə aradan qaldırmaq olar?  

18:36
15 Yanvar

NATO Almaniyada genişmiqyaslı hərbi təlimlərə başlayıb

18:24
15 Yanvar

İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq məsələləri müzakirə edilib

18:17
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!