12 Mart 2025 22:06
627
CƏMİYYƏT
A- A+
Bakıda Türkiyədən olan tələbələrin, şəhid və qazi ailələrinin iştirakı ilə iftar süfrəsi açılıb

Bakıda Türkiyədən olan tələbələrin, şəhid və qazi ailələrinin iştirakı ilə iftar süfrəsi açılıb


Martın 12-də Bakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə iftar süfrəsində “Qurani-Kərim”dən ayələr səsləndirilib, şəhidlərimizə Allahdan rəhmət dilənib.

İftar süfrəsində Milli Məclisin deputatları, Azərbaycanın ictimai-siyasi xadimləri, həmçinin qazilər və şəhid ailələri, eləcə də tələbələr iştirak ediblər.

Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan üzrə regional rəhbəri Cengiz Aygör təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Beynəlxalq Demokratlar Birliyi 2004-cü ildə Almaniyada yaradılıb. Hazırda dünyanın 32 ölkəsində 57 şöbəsi ilə fəaliyyətini davam etdirir.

“UID xaricdə yaşayan türk vətəndaşlarının qarşılaşdıqları sosial, siyasi və mədəni problemlərin həll yollarını araşdırır. Eyni zamanda, biz UID Azərbaycan kimi Azərbaycan ilə Türkiyə arasında birliyimizin və həmrəyliyimizin, qardaşlığımızın ən yüksək səviyyədə olması üçün görülən işlərə töhfəmizi veririk. Hazırda Ramazan ayı ərzində tərəfimizdən 32 ölkədə ənənəvi iftar süfrələri təşkil olunur”, - deyə C.Aygör söyləyib.

Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi olduğunu söyləyib. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını hər zaman nümayiş etdiriblər.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib ki, Ulu Öndər Heydər Əliyev “Bir millət, iki dövlət” olaraq səciyyələndirdiyi Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsi istiqamətində prinsipial siyasət həyata keçirib, nəticə etibarilə iki qardaş ölkənin dostluq və tərəfdaşlıq əlaqələri dünyada nümunəvi xarakter alıb.

Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün qonaqları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib, bu ayın mahiyyətindən danışıb, Uca Allahdan bütün oruc və namazların qəbul olunmasını diləyib.

TBMM-in deputatı Şamil Ayrım deyib ki, Türkiyə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü və Ermənistanın tarixi ərazilərimizi 28 il işğal altında saxladığı dövrdə Azərbaycanın ədalətli mövqeyini hər zaman müdafiə edib, 2020-ci ildə baş verən Vətən müharibəsi zamanı Azərbaycana qətiyyətli siyasi və mənəvi dəstək verib.

Azərbaycan-Türkiyə münasibətləri 2021-ci il iyunun 15-dək Şuşa şəhərində imzalanan “Şuşa Bəyannaməsi” ilə müttəfiqlik səviyyəsinə qaldırılıb. Bununla da Azərbaycan və Türkiyə iki qardaş dövlət olmaqla yanaşı, həm də rəsmən müttəfiq olublar.

Vurğulanıb ki, Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan dövlətimizin başçısı İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Hər iki ölkənin rəhbəri müxtəlif beynəlxalq tədbirlərdə həmişə bir-birinə qarşılıqlı dəstək verməyin əsl örnəyini nümayiş etdirirlər.

Digər çıxış edənlər Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyindən danışıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!