24 Noyabr 2026 16:33
90
Elm və texnika
A- A+
Rəsədxana: Bu gün ilin ilk Super Ayı görünəcək

Rəsədxana: Bu gün ilin ilk Super Ayı görünəcək


Noyabrın 24-də Bakı vaxtı ilə 18:54-də Ay Yerə ən yaxın mövqedə olacaq və ilin ilk Super Ayı görünəcək. Ay Bakı vaxtı ilə saat 18:54-də tam Ay fazasına çatacaq, yəni Ay diskinin işıqlanması 100% olacaq.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.Bildirilib ki, bu gün Ay saat 16:44-də şimal-şərqdən doğacaq. Hava şəraiti uyğun olarsa, Super Ayı bütün gecə boyunca izləmək mümkün olacaq. Ay Yer ətrafında təxminən 27 günə bir dövr edir. Onun orbiti elliptik olduğundan Yerlə Ay arasındakı məsafə dəyişir. Ay orbitinin Yerə ən yaxın nöqtəsi perigey, ən uzaq nöqtəsi isə apogey adlanır. Tam Ay fazası perigeyə yaxın vaxta təsadüf etdikdə Super Ay, apogeyə yaxın vaxta təsadüf etdikdə isə Mikro Ay müşahidə olunur. Ay apogeydə olduqda Yerdən təxminən 405500 km, perigeydə olduqda isə 363000 km məsafədə olur. Super ay zamanı Ay 30% parlaq və 14% böyük görünür. Ayın görünən ölçüsündəki fərq onun Yerə yaxınlaşması ilə bağlıdır, heç bir fiziki dəyişiklik baş vermir. Ay doğarkən üfüqdə daha iri görünür, əlavə olaraq Ayın binalar, ağaclar və digər yerüstü obyektlər fonunda görüntüsü optik illüziyanı daha da gücləndirir.

Qeyd edək ki, ilin ikinci və sonuncu Super Ayı isə dekabr 24-ü saat 05:28-də olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib  

16:45
24 Noyabr

Altayda əvvəllər məlum olmayan mədəniyyətin izləri aşkarlanıb  

16:45
24 Noyabr

İtaliya-Azərbaycan strateji tərəfdaşlığı və enerji əməkdaşlığı Romada müzakirə olunub  

16:44
24 Noyabr

Yaponiya hərbi sənayeni gücləndirmək üçün avtomobil şirkətlərini cəlb edir  

16:40
24 Noyabr

Dövlət idarəçiliyində süni intellekt dövrü: beynəlxalq təlim proqramı başa çatıb

16:39
24 Noyabr

Diş əti xəstəliklərinə qarşı yeni üsul hazırlanıb

16:37
24 Noyabr

Rəsədxana: Bu gün ilin ilk Super Ayı görünəcək

16:33
24 Noyabr

Azərbaycanla Vatikan arasında arxiv sahəsində əməkdaşlığa dair daha bir sənəd imzalanıb  

16:32
24 Noyabr

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

16:30
24 Noyabr

Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub

16:27
24 Noyabr

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

16:16
24 Noyabr

Yağıntılı hava şəraiti neçə gün davam edəcək? – PROQNOZ

16:09
24 Noyabr

Görmə pozuntularına səbəb ola biləcək iki xəstəlik  

15:40
24 Noyabr

SOCAR “Wison Engineering Ltd” şirkəti ilə enerji səmərəliliyi üzrə əməkdaşlıq imkanlarını dəyərləndirib  

14:52
24 Noyabr

Azərbaycan və Vyetnam arasında tarixi dostluq münasibətləri yeni mərhələyə qədəm qoyur

14:48
24 Noyabr

Gəncədə “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisi açılıb

14:47
24 Noyabr

Fermerlərin rəqəmsal yol yoldaşı

14:46
24 Noyabr

Damarları və sümükləri möhkəmləndirməyin sadə üsulu

14:36
24 Noyabr

Hindistan Nepala 1,62 milyard dollar ayıracaq

14:35
24 Noyabr

Gömrük orqanlarında xidmət haqqında Əsasnamədə dəyişiklik edilir  

14:13
24 Noyabr

Koreya Respublikası Rusiyanın hərbi attaşesinə etirazını bildirib

14:13
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!