24 Noyabr 2026 14:13
106
CƏMİYYƏT
A- A+
Gömrük orqanlarında xidmət haqqında Əsasnamədə dəyişiklik edilir  

Gömrük orqanlarında xidmət haqqında Əsasnamədə dəyişiklik edilir  


Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin noyabrın 24-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Sənəd gömrük orqanlarında kadrların xidmət üzrə başqa vəzifələrə keçirilməsinin hüquqi əsaslarını dəqiqləşdirməyə və rotasiya institutunun tətbiqi üçün normativ hüquqi bazanı yaratmağa, bununla da gömrük sistemində peşəkar idarəetmənin, xidməti intizamın, institusional çevikliyin və korrupsiya risklərinin qabaqlanmasının təmin edilməsinə yönəlib.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya"nın 5.3-cü bəndində dövlət qulluqçularının potensialından səmərəli istifadə, xidməti və peşəkarlıq səviyyəsinin yüksəldilməsi, habelə dövlət orqanlarının kadr tələbatının təmin edilməsi məqsədilə rotasiyanın tətbiqi mühüm istiqamətlərdən biri kimi müəyyən edilib. Strategiyanın həyata keçirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Fəaliyyət Planında da müvafiq normativ mexanizmin yaradılması nəzərdə tutulub.

Rotasiya dövlət idarəçiliyində əməkdaşların bilik və bacarıqlarından daha geniş istifadə olunmasına, müxtəlif struktur və ərazi bölmələri arasında qarşılıqlı təcrübə mübadiləsinə, peşəkar səriştələrin inkişafına və idarəetmə təcrübəsinin vahidləşdirilməsinə xidmət edən kadr idarəçiliyi mexanizmidir. Bu yanaşma beynəlxalq gömrük idarəçiliyi təcrübəsinə, o cümlədən Ümumdünya Gömrük Təşkilatının insan resurslarının idarə edilməsi üzrə yanaşmalarına da uyğundur. Gömrük orqanlarının çoxşaxəli funksiyaları və ərazi strukturlarının müxtəlif iş təcrübəsi rotasiyanın tətbiqini kadr potensialının inkişafı baxımından məqsədəuyğun edir.

Layihə ilə "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin 52-ci və 53-cü maddələri qarşılıqlı əlaqədə yeni redaksiyada verilir, başqa işə keçirilmənin əsasları sistemləşdirilir və rotasiya ayrıca hüquqi əsas kimi müəyyən edilir. Yuxarı vəzifəyə, habelə ailə vəziyyətinə görə keçirilmədə vəzifəli şəxsin razılığı tələbi saxlanılır, digər hallarda yerdəyişmə isə qanunla müəyyən edilən müvafiq əsaslara uyğun həyata keçirilir.

Təklif edilən 53-1-ci maddə rotasiyanın keçirilməsi qaydasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsini nəzərdə tutur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hindistan Nepala 1,62 milyard dollar ayıracaq

14:35
24 Noyabr

Gömrük orqanlarında xidmət haqqında Əsasnamədə dəyişiklik edilir  

14:13
24 Noyabr

Koreya Respublikası Rusiyanın hərbi attaşesinə etirazını bildirib

14:13
24 Noyabr

Məhkəmə ekspertinə qoyulan ixtisas tələbləri dəqiqləşdirilir

14:12
24 Noyabr

"Maraqlar toqquşması haqqında" qanun layihəsi birinci oxunuşda təsdiqlənib

14:11
24 Noyabr

Avropa ölkələri hərbi sahədə süni intellektin tətbiqini gücləndirir

13:22
24 Noyabr

Biləsuvarın da tanınan məhsulu var  

13:20
24 Noyabr

Ərdoğan: Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı Türkiyənin də iftixarıdır  

12:49
24 Noyabr

Prezident İlham Əliyevin Vyetnam səfəri Azərbaycan üçün iqtisadi baxımdan olduqca səmərəli olub 

12:43
24 Noyabr

Komitə sədri: Qadınlara qarşı zorakılıqla mübarizə cəmiyyətin birgə səylərini tələb edir  

12:39
24 Noyabr

Sabahdan hava yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq  

12:37
24 Noyabr

Azərbaycan “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulur  

12:28
24 Noyabr

Hicran Hüseynova: Qadınlar cəmiyyətdə mənəvi dəyərlərin qorunmasında mühüm rol oynayırlar  

12:19
24 Noyabr

Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib 

12:13
24 Noyabr

Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib  

12:03
24 Noyabr

Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib  

12:01
24 Noyabr

Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına  

11:57
24 Noyabr

“Marca” nəşri “Sabah”ın heyətində 5 futbolçunu fərqləndirib

11:32
24 Noyabr

Bu ilin 10 ayında 26 mindən çox şəxsə proaktiv qaydada əmək pensiyası təyin olunub

11:31
24 Noyabr

Milli Məclisdə enerji, miqrasiya və qanunvericilik məsələləri müzakirə olunur

11:28
24 Noyabr

X Beynəlxalq Bankçılıq Forumunda bir sıra sənədlər imzalanıb

11:26
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!