24 Noyabr 2026 14:11
87
CƏMİYYƏT
A- A+
"Maraqlar toqquşması haqqında" qanun layihəsi birinci oxunuşda təsdiqlənib

"Maraqlar toqquşması haqqında" qanun layihəsi birinci oxunuşda təsdiqlənib


"Maraqlar toqquşması haqqında" qanun layihəsi birinci oxunuşda təsdiq olunub.

AZƏRTAC xəbər verir ki, bu qanun layihəsi parlamentin noyabrın 24-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı" üzrə Tədbirlər Planı"nın 1.6-cı bəndinin icrası çərçivəsində (dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı müvafiq qanunvericilik aktlarının hazırlanması) hazırlanıb.

Sənəd vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı məsələləri, eləcə də vəzifəli şəxslərin xidməti vəzifələrini icra etdikləri və ondan sonrakı dövrdə maraqlar toqquşmasının qarşısının alınması məqsədi ilə onlara tətbiq edilən məhdudiyyətləri müəyyən edir.

Maraqlar toqquşmasının (vəzifəli şəxsin xidməti səlahiyyətləri ilə şəxsi maraqları arasındakı ziddiyyətin) aradan qaldırılması üzrə səmərəli idarəetmənin olması yarana biləcək hüquq pozuntularının qarşısını alır, bu baxımdan qanun layihəsi maraqlar toqquşmasının qarşısının alınması üçün preventiv tədbirlərin görülməsini nəzərdə tutur.

Maraqlar toqquşmasının idarə edilməsi onun vaxtında aşkar edilməsini, bəyan olunması və həllini təmin edir, vəzifəli şəxslərin fəaliyyətində səmərəliliyin, şəffaflığın yüksəldilməsinə və cəmiyyətdə onlara etimadın artmasına xidmət edir. Vicdanlı davranış, dövlət və ya ictimai maraqların üstünlüyü, maraqlar toqquşması risklərinin erkən aşkar edilməsi, hesabatlılıq, məsuliyyət, dürüstlük, obyektivlik və qərəzsizlik maraqlar toqquşmasının idarə edilməsinin əsas prinsipləri kimi müəyyən olunur.

Qanun layihəsinə əsasən, vəzifəli şəxs şəxsi marağına toxunan məsələlərə dair hüquqi və inzibati aktların hazırlanmasında iştirak etmir. Kollegial qurumun üzvü olan vəzifəli şəxs həmin qurum tərəfindən baxılan məsələlər şəxsi marağına toxunduğu hallarda həmin qurumu qabaqcadan məlumatlandırmalıdır.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyaları və dövlət qurumlarının səlahiyyətli struktur bölmələri (şəxsləri) maraqlar toqquşmasının idarə edilməsi üzrə səlahiyyətli subyektlərdir. Vəzifəli şəxslər maraqlar toqquşması ehtimalı olduğu halda aidiyyəti subyektlərdən maraqlar toqquşmasının qarşısını almaq üçün konfidensial məsləhət ala bilərlər.

Layihədə maraqlar toqquşmasını həll etmək üçün aşağıdakı tədbirlərin görülməsi barədə məsələ qaldırılması nəzərdə tutulur:

- vəzifəli şəxsin vəzifə səlahiyyətlərinə yenidən baxılması, dəyişdirilməsi və ya fəaliyyətinə nəzarətin yenidən təşkil edilməsi;

- xidməti vəzifələrlə ziddiyyət təşkil edən kənar fəaliyyətə və işə xitam verilməsi;

- vəzifəli şəxsin maraqlar toqquşmasına səbəb olan informasiyaya çıxış imkanlarının məhdudlaşdırılması;

- vəzifəli şəxsin maraqlar toqquşmasına səbəb olan xidməti vəzifələrin icrasından kənarlaşdırılması, başqa vəzifəyə keçirilməsi və ya vəzifədən azad edilməsi;

- maraqlar toqquşması yaranan məsələ üzrə qərarların qəbul edilməsində iştirakın məhdudlaşdırılması;

- aktivlərin özgəninkiləşdirilməsi, ziddiyyət təşkil edən kənar fəaliyyətdən və işdən imtina olunması, yaxud şəxsi marağın digər üsullarla aradan qaldırılması.

Layihə hazırlanarkən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD), Beynəlxalq Valyuta Fondunun (IMF) və Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) tövsiyələrindən, eləcə də bir sıra xarici ölkələrin korrupsiyaya qarşı mübarizə sahəsindəki mütərəqqi təcrübəsindən istifadə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gömrük orqanlarında xidmət haqqında Əsasnamədə dəyişiklik edilir  

14:13
24 Noyabr

Koreya Respublikası Rusiyanın hərbi attaşesinə etirazını bildirib

14:13
24 Noyabr

Məhkəmə ekspertinə qoyulan ixtisas tələbləri dəqiqləşdirilir

14:12
24 Noyabr

"Maraqlar toqquşması haqqında" qanun layihəsi birinci oxunuşda təsdiqlənib

14:11
24 Noyabr

Avropa ölkələri hərbi sahədə süni intellektin tətbiqini gücləndirir

13:22
24 Noyabr

Biləsuvarın da tanınan məhsulu var  

13:20
24 Noyabr

Ərdoğan: Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı Türkiyənin də iftixarıdır  

12:49
24 Noyabr

Prezident İlham Əliyevin Vyetnam səfəri Azərbaycan üçün iqtisadi baxımdan olduqca səmərəli olub 

12:43
24 Noyabr

Komitə sədri: Qadınlara qarşı zorakılıqla mübarizə cəmiyyətin birgə səylərini tələb edir  

12:39
24 Noyabr

Sabahdan hava yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq  

12:37
24 Noyabr

Azərbaycan “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulur  

12:28
24 Noyabr

Hicran Hüseynova: Qadınlar cəmiyyətdə mənəvi dəyərlərin qorunmasında mühüm rol oynayırlar  

12:19
24 Noyabr

Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib 

12:13
24 Noyabr

Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib  

12:03
24 Noyabr

Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib  

12:01
24 Noyabr

Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına  

11:57
24 Noyabr

“Marca” nəşri “Sabah”ın heyətində 5 futbolçunu fərqləndirib

11:32
24 Noyabr

Bu ilin 10 ayında 26 mindən çox şəxsə proaktiv qaydada əmək pensiyası təyin olunub

11:31
24 Noyabr

Milli Məclisdə enerji, miqrasiya və qanunvericilik məsələləri müzakirə olunur

11:28
24 Noyabr

X Beynəlxalq Bankçılıq Forumunda bir sıra sənədlər imzalanıb

11:26
24 Noyabr

Ötən gün 57 cinayətin açılması təmin olunub

11:19
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!