24 Noyabr 2026 16:32
91
Mədəniyyət
A- A+
Azərbaycanla Vatikan arasında arxiv sahəsində əməkdaşlığa dair daha bir sənəd imzalanıb  

Azərbaycanla Vatikan arasında arxiv sahəsində əməkdaşlığa dair daha bir sənəd imzalanıb  


Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Arxivi arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumunun davamı olaraq, Vatikan Apostol Arxivində rəqəmsal konservasiya üsullarının öyrənilməsi və tətbiqinə dair yeni razılaşma sənədi imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi Heydər Əliyev Fondu adından Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Vatikan Apostol Arxivi adından isə Arxivin prefekti Rokko Ronzani imzalayıblar.

Qeyd edək ki, tarixi və mədəni irsin qorunması, təbliği istiqamətində mühüm fəaliyyət həyata keçirən Vatikan Apostol Arxivi 650-dən çox arxiv kolleksiyasını, ümumilikdə 85 xətti kilometr uzunluğunda arxiv materiallarını özündə birləşdirir. Bu zəngin irsin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə Arxiv məlumatların ehtiyat nüsxələrinin saxlanılması üçün nəzərdə tutulan infrastrukturun yenilənməsi və gücləndirilməsi istiqamətində iş aparır.

İmzalanmış razılaşma bu istiqamətdə əməkdaşlığa, rəqəmsal konservasiya üsullarının öyrənilməsi və tətbiqində birgə fəaliyyəti ehtiva edir və regionumuzun, xüsusilə də Azərbaycanın tarixi, mədəniyyəti və keçmişinə dair mühüm materialların araşdırılması, rəqəmsal mühafizəsi və gələcək nəsillərə çatdırılması baxımından yeni imkanlar yaradır.

Bununla yanaşı, gənc Azərbaycan mütəxəssisləri üçün təlimlərin təşkili, tarixi materialların qorunması sahəsində təcrübə mübadiləsi, birgə elmi tədqiqatların aparılması, Arxiv tərəfindən təşkil olunan proqramlarda iştirak və bu istiqamətdə görülən işlərin davam etdirilməsi məsələləri də müzakirə olunub.

Proqram çərçivəsində Vatikan Apostol Arxivinin tarixi bölmələri və oxu zalları ilə tanışlıq olub, həmçinin Vatikan Apostol Kitabxanasında Papa XIV Leonun cari il sentyabrın 14-də açılışını etdiyi “AQVA” sərgisinə baxış keçirilib.

Daha sonra Vatikan Apostol Kitabxanası və Arxivinin rəhbəri Arxiyepiskop Covanni Çezare Paqatsi ilə görüş keçirilib. Görüşdə gələcək layihələr və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Monsinyor Paqatsiyə 2027-ci ildə Vatikan Dövlət Qubernatorluğu, Müqəddəs Pavel kilsəsi və digər Vatikan qurumları ilə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə məlumat verilib.

Səfər çərçivəsində "Bambino Gesu" Pediatrik Xəstəxanasının prezidenti Tiziano Onestinin təşəbbüsü ilə görüş təşkil olunub. Geniştərkibli görüşdə səhiyyə sahəsində həyata keçirilməsi nəzərdə tutulan layihələr, eləcə də Azərbaycanla əməkdaşlığın perspektivləri müzakirə olunub.

Söhbət zamanı Azərbaycanda nadir xəstəliklər üzrə tədqiqatların aparılması və bu sahədə birgə əməkdaşlığın davam etdirilməsi istiqamətində yeni razılaşmalar əldə olunub. Eyni zamanda, üçüncü ölkələrdə birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində keçirilmiş görüşlər və əldə olunmuş razılaşmalar Azərbaycan ilə Vatikan arasında mədəni irsin qorunması, elmi tədqiqatlar və səhiyyə sahələrində mövcud əməkdaşlığın genişləndirilməsi, yeni birgə təşəbbüslərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib  

16:45
24 Noyabr

Altayda əvvəllər məlum olmayan mədəniyyətin izləri aşkarlanıb  

16:45
24 Noyabr

İtaliya-Azərbaycan strateji tərəfdaşlığı və enerji əməkdaşlığı Romada müzakirə olunub  

16:44
24 Noyabr

Yaponiya hərbi sənayeni gücləndirmək üçün avtomobil şirkətlərini cəlb edir  

16:40
24 Noyabr

Dövlət idarəçiliyində süni intellekt dövrü: beynəlxalq təlim proqramı başa çatıb

16:39
24 Noyabr

Diş əti xəstəliklərinə qarşı yeni üsul hazırlanıb

16:37
24 Noyabr

Rəsədxana: Bu gün ilin ilk Super Ayı görünəcək

16:33
24 Noyabr

Azərbaycanla Vatikan arasında arxiv sahəsində əməkdaşlığa dair daha bir sənəd imzalanıb  

16:32
24 Noyabr

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

16:30
24 Noyabr

Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub

16:27
24 Noyabr

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

16:16
24 Noyabr

Yağıntılı hava şəraiti neçə gün davam edəcək? – PROQNOZ

16:09
24 Noyabr

Görmə pozuntularına səbəb ola biləcək iki xəstəlik  

15:40
24 Noyabr

SOCAR “Wison Engineering Ltd” şirkəti ilə enerji səmərəliliyi üzrə əməkdaşlıq imkanlarını dəyərləndirib  

14:52
24 Noyabr

Azərbaycan və Vyetnam arasında tarixi dostluq münasibətləri yeni mərhələyə qədəm qoyur

14:48
24 Noyabr

Gəncədə “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisi açılıb

14:47
24 Noyabr

Fermerlərin rəqəmsal yol yoldaşı

14:46
24 Noyabr

Damarları və sümükləri möhkəmləndirməyin sadə üsulu

14:36
24 Noyabr

Hindistan Nepala 1,62 milyard dollar ayıracaq

14:35
24 Noyabr

Gömrük orqanlarında xidmət haqqında Əsasnamədə dəyişiklik edilir  

14:13
24 Noyabr

Koreya Respublikası Rusiyanın hərbi attaşesinə etirazını bildirib

14:13
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!