12 Dekabr 2024 10:15
2898
Səhiyyə
A- A+
Qış melanxoliyası

Qış melanxoliyası


Qış aylarının soyuq və boz ahəngi, gün işığının azlığı, havanın əksərən yağıntılı və tutqun keçməsi əhvali-ruhiyyəyə birbaşa təsir edir. Bu günlər yataqdan qalxmaq, evdən çıxmaq çətinləşir, insan özünü bütün günü yuxulu, yorğun, depressiv hiss edir. 

Soyuq havalarda kədər və melanxoliya əlamətləri qış depressiyasının simptomlarıdır. Ən pisi isə odur ki, bu psixi hal yalnız şəxsin özüylə bitmir, ətrafdakılara sirayət edərək, bir növ depressiya zənciri yaradır. 


Enerjisiz, yorğun, yuxulu


Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov bildirib ki, qış fəslinin insanın psixoloji vəziyyətinə təsirinin səbəbi həm bioloji, həm də sosial faktorlarla bağlıdır: "Belə ki, qışda gün işığının azalması bədənimizdə müəyyən bioloji dəyişikliklərə, melatonin hormonunun daha çox ifraz olunmasına səbəb olur. Yuxunu tənzimləyən bu hormonun artması enerjisizlik və yuxululuq hissini gücləndirir. Eyni zamanda gün işığı serotoninin (buna çox zaman "xoşbəxtlik hormonu" da deyilir) ifrazına da təsir edir, onun azalması isə əhvalın pozulmasına və hətta depressiyaya səbəb olur. Günəş işığının azalması D vitamini çatışmazlığına da gətirib çıxarır ki, bu da öz növbəsində əhvali-ruhiyyəyə və ümumi psixi sağlamlığa mənfi təsir edir".

Qış depressiyasına sosial və psixoloji təsirlərin də səbəb olduğunu deyən Elnur Rüstəmovun sözlərinə görə, soyuq hava və qısa günlər açıq havada keçirilən vaxtı məhdudlaşdırır ki, bu da fiziki aktivliyin azalmasına və tənhalıq hissinin güclənməsinə səbəb olur. Sosial təcrid melanxoliya və ya qış depressiyasını artıran əsas amillərdir. Qış mövsümündə insanlar daha çox evdə qalmağa üstünlük verdikləri üçün sosial fəaliyyətlərdə aktivlik azalır. Bu da əhvalın sabitliyinə mənfi təsir göstərir.  Bu mövsümdə gün işığının azalması ilə daim yorğun, enerjisiz, yuxulu olan insanlar melanxoliyaya meyilli olurlar.

"Qış depressiyası adi depressiya ilə oxşar simptomlara malik olsa da, bəzi spesifik xüsusiyyətləri də var. Gün ərzində özünü halsız hiss edən insanlar normadan daha çox yatsalar belə, yenə də özlərini yorğun hiss edirlər. Bu tip insanlar xüsusilə şirniyyat və karbohidrat tərkibli qidalara üstünlük verirlər. Artan iştaha və azalan fiziki aktivlik nəticəsində isə çəki artımı müşahidə olunur. Özlərini daim melanxolik və depressiv hiss edən insanların işə və ya gündəlik fəaliyyətlərə maraqları azalır. Tədricən düşüncə proseslərinin yavaşlaması və diqqət cəmləşdirməkdə çətinlik meydana çıxır, gələcəyə dair pessimist düşüncələr olur, həyəcan, təşviş hissi artır. Bu da əvvəl sevərək edilən fəaliyyətlərdən zövq almamağa gətirib çıxarır", - deyə psixoloq qeyd edib.


Qadınların qış depressiyasına tutulma riski 2-3 dəfə daha çoxdur


Qış depressiyası (Mövsümi Emosional Pozuntu - SAD) hər kəsdə yarana bilsə də, bəzi insanlar digərlərindən daha çox risk qrupuna daxildirlər. Elnur Rüstəmovun sözlərinə görə, gün işığının daha az olduğu, xüsusən də şimal qütbündə yaşayan insanlar qış depressiyasına daha tez yaxalanırlar: "Skandinaviya ölkələrində və Rusiyanın şimal bölgələrində bu hal geniş müşahidə olunur. Serotonin və melatonin hormonlarının balanssızlığına genetik meyilliliyi olan şəxslər qış aylarında daha çox əziyyət çəkirlər. Hormonal dəyişikliklər və stresə qarşı həssaslıqla əlaqəli olaraq qadınların qış depressiyasına tutulma riski kişilərdən təxminən 2-3 dəfə daha çoxdur. Yeniyetmələr və gənclər (20-30 yaş aralığı) də qış depressiyasına daha meyilli olurlar. Bu, sosial və akademik streslərlə əlaqədar da ola bilər".

Psixoloq deyib ki, qış mövsümündə psixoloji sağlamlığı qorumaq, itirməmək və bərpa etmək üçün bir sıra üsullar həm bədənin bioloji ehtiyaclarını qarşılamağa, həm də psixoloji balansı qorumağa kömək edir: "Bu fəsildə psixoloji vəziyyəti yaxşılaşdırmaq üçün açıq havada hər gün 20-30 dəqiqə gəzmək vacibdir. Gün işığından maksimum faydalanmaq həm serotonin səviyyəsini artırır, həm də ümumi sağlamlığı dəstəkləyir. Yoqa və pilates kimi müntəzəm fiziki fəaliyyət emosional tarazlığı qoruyur. Qışda gün işığının azalması D vitamini çatışmazlığına səbəb olur. Ona görə də D vitamini əlavəsi, balıq, yumurta sarısı və qoz, banan kimi serotonin artırıcı qidalar qəbul etmək tövsiyə olunur. Şirniyyat yemək istəyi artsa da, sağlam karbohidratlar (tam taxıl, meyvə) seçmək məsləhət görülür".

Yuxu rejiminin önəmini vurğulayan mütəxəssis qeyd edib ki, hər gün eyni vaxtda yatmağa və oyanmağa çalışmaq lazımdır. Həddindən artıq yuxu və ya yuxusuzluq əhvali-ruhiyyəyə mənfi təsir göstərir. Telefon və ya elektron cihazlardan istifadə yatmazdan əvvəl məhdudlaşdırılmalıdır. Tənhalıq hissinin qarşısını almaq üçün sosial fəaliyyətlərdə aktiv iştirak etmək, dostlarla, ailə üzvləri ilə vaxt keçirmək lazımdır. Qışda ev şəraitində edilə biləcək maraqlı və yaradıcı məşğuliyyətlər beyində dopamin ifrazını artıraraq psixoloji sağlamlığa müsbət təsir edir. Qış fəslində psixoloji sağlamlığı qorumaq üçün həyat tərzində kiçik, lakin effektiv dəyişikliklər etmək kifayətdir. Gün işığından maksimum faydalanmaq, aktiv olmaq, sağlam qidalanmaq və sosial əlaqələri gücləndirmək qışın psixoloji təsirlərini minimuma endirmək üçün əsas vasitələrdir. Əlamətlər ciddi hala gəldiksə isə peşəkar psixoloq dəstəyi almaq tövsiyə olunur.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcüstanın Katolikos-Patriarxı II İliya vəfat edib  

23:30
17 Mart

Ceyhun Bayramov Naxçıvana dron hücumlarının İran tərəfindən araşdırılmasının vacibliyini vurğulayıb  

23:29
17 Mart

Xankəndidə Torpaq çərşənbəsi: Zəfər meydanında bayram tonqalı alovlanıb  

22:57
17 Mart

Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra açılışı olub  

22:51
17 Mart

Xocalıda torpaq çərşənbəsi münasibətilə bayram tonqalları yandırılıb  

22:50
17 Mart

Şuşada İlaxır çərşənbə: Qala qapısı qarşısında bayram tonqalı qalanıb  

21:23
17 Mart

Milli Xalça Muzeyində Nigar Əliyevanın sərgisi açılıb  

20:51
17 Mart

Tramp NATO-dan çıxmaq barədə: Bu düşünməli olduğumuz bir məsələdir  

20:43
17 Mart

Xocavənd şəhərində 34 ildən sonra Novruz bayramının rəmzi olan tonqal alovlandırılıb  

20:19
17 Mart

Ağdam şəhərində Novruza həsr olunmuş bayram konserti

20:03
17 Mart

Tramp: Bizim heç kimin köməyinə ehtiyacımız yoxdur

19:47
17 Mart

Nazir: Özünüməşğulluq proqramına 110 mindən çox şəxs cəlb olunub

19:01
17 Mart

Milli Məclis Aparatının rəhbəri: Parlamentlə məhkəmə orqanları arasında sıx əməkdaşlıq qurulub

18:21
17 Mart

İranla müharibəyə görə ABŞ-də ilk istefa

18:17
17 Mart

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin aprel ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:05
17 Mart

Məcnun Məmmədov: Kənd təsərrüfatı innovasiya, texnologiya və sahibkarlığın birləşdiyi strateji sahəyə çevrilir  

17:58
17 Mart

“AzerGold”un cari il üzrə Rəqəmsal Fəaliyyət planı təsdiqlənib  

17:43
17 Mart

Hörmüz boğazında böhran qlobal maliyyə sistemində sarsıntıları dərinləşdirir  

17:37
17 Mart

Neft qiymətləri Yaxın Şərqdəki münaqişə başlayandan bəri 40 faizdən çox artıb  

17:13
17 Mart

“Paris-2024”də 2-ci yeri tutan Azərbaycan boksçusunun da medalı dəyişdiriləcək  

17:08
17 Mart

Polşa Baş nazirinin müavini Azərbaycana qarşı həyata keçirilən dron hücumlarını pisləyib  

17:00
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!