04 Dekabr 2024 08:55
2699
Səhiyyə
A- A+
Qaçmaq, yoxsa yerimək?

Qaçmaq, yoxsa yerimək?


Sağlamlıq üçün ən böyük təhlükələrdən biri oturaq həyat tərzidir. İlk baxışdan belə həyat tərzi rahat görünsə də, bunun çox xəstəliklərə yol açdığı, hətta ölüm riskini artırdığı da məlumdur. Dünyada milyonlarla insan hərəkətsizliyin səbəb olduğu xərçəng, yüksək təzyiq, ürək-damar, şəkər kimi xroniki xəstəliklərdən əziyyət çəkir. 

Hesab olunur ki, erkən ölümlərin 7 faizi məhz elə bununla bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ehtimalına görə, 2030-cu ilə qədər oturaq həyat tərzi səbəbindən xəstələrin sayı 500 milyon artacaq.

Hərəkətsizlik bədənin enerji sərfini azaldır, çəkiyə nəzarəti çətinləşdirir. Gündəlik qəbul edilən qidanın kalorisi sərf olunandan çox olduqda artıq piy formasında orqanizmdə toplanır. Zamanında qarşısı alınmazsa, diabet, prediabet, sonsuzluq və ürək-damar kimi xəstəliklərin yaranmasına yol açır. Bunun qarşısını almaq üçün mütəxəssislər fiziki aktivliklə məşğul olmağın və qan dövranının nizama salınmasının vacibliyini vurğulayırlar. Ən yaxşı üsul kimi isə qaçış və ya gəzinti tövsiyə edilir. Bəs bunların hansı daha faydalıdır? 

Bununla bağlı aparılan araşdırmalar zamanı müxtəlif fikirlər səsləndirilib.  İngiltərədə tədqiqatlara görə sürətli gəzinti, Danimarkada aparılan araşdırmalara görə isə qaçmaq üsulu daha üstün hesab olunub.

Mütəxəssislər bildirirlər ki, hər iki üsul  qənaətbəxş və faydalı hesab olunsa da, seçim etməzdən öncə fərdi göstəricilər nəzərə alınmalıdır. Yeni başlayanlar üçün qaçış məsləhət görülmür. İdmandan uzaq olan  insanlar birdən-birə qaçmağa başlayanda orqanizmə dəyən zərərlər böyük olur. Odur ki, yeni başlayanlar üçün gəzinti üsulu tövsiyə edilir. Gəzintiyə alışdıqdan sonra qaçışa keçmək daha qənaətbəxş hesab olunur. 

Gəzinti zamanı asta addımlarla hərəkət edilməməlidir. Gündə ən azı 30 dəqiqə sürətlə gəzmək, iti addımlar atmaq lazımdır. 

Qaçış ilə yeriməyin arasındakı əsas fərq birincinin daha effektiv olmasıdır. Qaçış daha çox enerji, güc və dözüm tələb edir. Hər addımda bir ayağı yerdən qaldırmaq, bir sıra sıçrayışlarla müşayiət olunur ki, bu da əzələləri daha çox işlədir.

Qaçmaq ümumi sağlamlığa əhəmiyyətli təsir göstərir. Tayvanda aparılan araşdırmaya görə, müntəzəm beş dəqiqəlik qaçış 15 dəqiqəlik gəzinti ilə eyni dərəcədə ömrü uzadır. Bundan əlavə, 25 dəqiqə fasiləsiz qaçmaq və təxminən bir saat yarım sürətli addımlarla gəzmək ölüm riskini 35 faiz azaldır. Bu zaman qan təzyiqi aşağı düşür, pis xolesterin (LDL) azalır, qan şəkərinin səviyyəsi sabitləşir və yaxşı xolesterol (HDL) artır. 

Qaçmağa başlamazdan əvvəl orqanizmə uyğunlaşmaq üçün vaxt vermək vacibdir. Bu, xüsusən uzun fasilədən sonra yenidən qaçmağa başlamağı planlaşdıranlara aiddir. Qaçış zamanı hər bir addım bədəni öz ağırlığından təxminən üç dəfə çox stres altında qoyur, diz oynaqlarının üstünə düşən yük artır və oynaqlar tez zədələnə bilir. Bunun qarşısını almaq üçün isə qaçış texnikası düzgün qurulmalı, idman növünə uyğun geyim və ayaqqabıdan istifadə edilməlidir.

Ümumilikdə hər iki idman növündə bütün risklər nəzərə alınmalı, bu, insanın sağlamlıq vəziyyətinə görə seçilməlidir. Qaçmağın müsbət təsirləri özünü daha tez göstərsə də, sürətli yerimək daha az risk yaradır.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!