05 Yanvar 2025 21:20
244
SİYASƏT
A- A+
Azərbaycanın və Polşanın xarici işlər nazirləri Şərq Tərəfdaşlığının perspektivlərini müzakirə ediblər  

Azərbaycanın və Polşanın xarici işlər nazirləri Şərq Tərəfdaşlığının perspektivlərini müzakirə ediblər  


Yanvarın 5-də Polşanın xarici işlər naziri Radoslav Şikorski Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Polşa xarici işlər naziri “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığı diləklərini çatdırıb. Polşa tərəfinin faciənin səbəblərinin araşdırılması istiqamətində mümkün texniki dəstəyin göstərilməsinə hazır olduğu bildirilib.

Ceyhun Bayramov başsağlığına və göstərilən həmrəyliyə görə təşəkkür edib.

Daha sonra, növbəti altı ay ərzində Polşanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi zamanı prioritet məsələlər, bu çərçivədə Azərbaycan-Aİ münasibətləri, Şərq Tərəfdaşlığının perspektivləri ətraflı müzakirə olunub.

Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyəti qeyd olunub.

Nazirlər telefon danışığı zamanı, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnsan beyninin düşüncə sürəti tapılıb  

15:54
07 Yanvar

Ən nəhəng dəniz kərtənkələsinin fosilləri aşkarlanıb

15:49
07 Yanvar

Şalva Papuaşvili: Makronun bəyanatı yalan rəvayətə əsaslanır  

15:48
07 Yanvar

Məsud Bərzani Türkiyədə səfərdədir

15:46
07 Yanvar

Gürcüstanda İsa Peyğəmbərin mövlud günü “Alilo” yürüşü ilə qeyd olunub  

15:44
07 Yanvar

Cənubi Koreyada sabiq Prezidentin həbsinə ikinci cəhd göstəriləcək

15:42
07 Yanvar

Astanada AZAL təyyarəsinin qəzası ilə bağlı materialların öyrənilməsinə tezliklə başlanılacaq  

15:41
07 Yanvar

Pilotsuz uçuş aparatlarının kibertəhlükəsizliyinin təmin olunması istiqamətində tədqiqatlar aparılır  

15:40
07 Yanvar

Gəncədə Rus pravoslav kilsəsində Milad bayramı qeyd edilib

15:28
07 Yanvar

Səudiyyə Ərəbistanının iki müqəddəs şəhəri daşqına məruz qalıb

15:26
07 Yanvar

Səyahətsevərlər üçün böyüyən qoşqu hazırlanıb

15:23
07 Yanvar

Gürcüstan parlamentinin sədri: Almaniya və Fransa rəsmilərinin başqa ölkənin seçkilərinə müdaxilə ilə bağlı nəsə deməsi çox ironikdir

14:30
07 Yanvar

Yaponiyada 6 bal gücündə zəlzələ baş verib

14:29
07 Yanvar

İrakli Kobaxidze: Fransa Prezidenti məhv olmaq üçün qurban verilmiş Ukraynaya baxmalıdır

14:28
07 Yanvar

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

14:01
07 Yanvar

Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemdən

13:35
07 Yanvar

Nic qəsəbəsində Milad bayramı qeyd olunub

13:26
07 Yanvar

Şalva Papuaşvili: Fransada yeni seçkilərin keçirilməsi siyasi böhranın ən yaxşı həlli olacaq

13:24
07 Yanvar

Bugünkü hərracda tələb 73,5 milyon dollar təşkil edib

13:22
07 Yanvar

Zəlzələdən sonra turistlərin Comolunqmaya girişi qadağan edilib

13:07
07 Yanvar

Çində fövqəladə vəziyyət rejimi tətbiq edilib

12:42
07 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!