07 Yanvar 2025 08:15
233
SİYASƏT
A- A+
Suverenliyimizin təminatçısı

Suverenliyimizin təminatçısı


Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunub. Xalqımız dövlət başçısının bu tarixi sərəncamını böyük fərəh və coşqu ilə qarşılayıb. Çünki bu ilin "Konstitusiya və Suverenlik İli" elan olunması müasir Azərbaycanın dövlətçilik tarixində olduqca mühüm əhəmiyyət daşıyır. Suverenlik dövlətlərin varlığını, yaşamını dünyaya nümayiş etdirən ən başlıca və zəruri olan amillərdən biridir. Çünki beynəlxalq təşkilatlar suverenliyi olan dövlətlərlə əməkdaşlıq edir, onu tanıyır, əlaqələr qurur, ərazi bütövlüyünə hörmətlə yanaşır. Konstitusiya və Suverenlik anlayışları isə dövlətlərin hüquqi və siyasi əsasları ilə yanaşı, onların milli kimliyini də aydın şəkildə təsdiq və ifadə edir, onları dünyaya yaxından tanıtdırır. 

Dövlətimizin müstəqillik tarixinin ən mühüm hadisələrindən olan Əsas Qanunumuz məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi və zəhməti nəticəsində hazırlanıb. 1995-ci il noyabrın 12-si xalqımızın yaddaşında dərin iz salıb. Çünki həmin gün ümumxalq referendumu yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib. Bu Əsas Qanun ölkəmizdə geniş aspektdə qanunvericilik islahatlarının həyata keçirilməsi üçün əlverişli zəmin yaradıb. Konstitusiyanın ümumxalq yolu ilə qəbul edilməsinin milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti olmuşdur. Məhz buna görə də Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1 noyabr 1996-cı il tarixli fərmanla noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir.

30 ilə yaxın ölkəmizin ərazi bütövlüyü və suverenliyi erməni işğalçıları tərəfindən pozulmuşdu. Qəsbkarlar Qarabağı və onun ətrafındakı beş rayonu işğal etmişdilər. Suverenliyimizin bərpa olunması, düşmən qüvvələrin işğal etdikləri ərazilərdən çıxarılması üçün uzun illər idi ki, sülh danışıqları aparıldı. Amma təəssüf ki, bunun nəticəsi olmadı. 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. 44 günlük Vətən  müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni işğalçıları üzərində Zəfər qazandı. Qazanılan bu tarixi Zəfər nəticəsində illərdən bəri pozulmuş ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. İndi xalqımız əzəli torpaqlarımızın işğaldan azad olunmasının, ərazi bütövlüyümüzün, dövlət suverenliyimizin ölkəmizin hər kəndində, hər şəhərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini sevinc hissi ilə qeyd edir.

Təbiidir ki, Azərbaycan xalqına sevinc və fərəh bəxş edən bu böyük Zəfər bir günün içində qazanılmadı. Zəfərin qazanılması üçün uzun zaman hazırlıq işləri aparıldı, müstəqilliyimizin təminatçısı olan ordu quruldu və möhkəmləndirildi. Tarixin səhifələrini geriyə vərəqləyəndə görürük ki, Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə başlanıldı. Azərbaycanın dövlətçilik tarixində əvəzsiz rol oynayan Ulu Öndər Heydər Əliyev ordu quruculuğu siyasətinin əsasını qoyması ilə xalqa ən böyük xidmətlərdən birini göstərmiş oldu. 

Böyük çətinliklə qazanılmış müstəqilliyin ilk illərində Azərbaycan dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. O dövrdə ölkəni idarə edənlər Ermənistanın torpaqlarımızı ələ keçirdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və zəruri olan işin öhdəsindən gəlməyi bacarmadılar. Ölkə üçün zəruri olan ordu quruculuğuna diqqət və qayğı göstərmədilər. Həmin dövrdə nizami ordudan söhbət gedə bilməzdi. Ordu müxtəlif hərbi dəstələr, ayrı-ayrı silahlı qüvvələrin yığnağından ibarət idi. Bundan istifadə edən düşmən isə torpaqlarımızı işğal etmək üçün hücumlarını artırır, təcavüzkar planlarının miqyasını genişləndirirdi. Belə  ağır bir zamanda, çətin durumda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddət ərzində torpaqlarımızı erməni işğalçılarından müdafiə etməyi bacarmayan silahlı dəstə və qrupları ləğv edərək nizami ordu quruculuğu prosesinin bünövrəsini qoydu.

1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan arasında atəşkəs elan olundu. İllərdən bəri gurlayan silahlar susdu. Atəşkəsdən sonra vahid komandanlığa tabe olan nizami Azərbaycan Ordusunun qurulması və formalaşması üçün bir-birindən uğurlu addımlar atıldı. Aparılan quruculuq işləri nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki təminatı gücləndirildi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı artırıldı, zabit və əsgərlərin döyüş ruhu, qələbə əzmi daha da yüksəldi. 

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu dərindən dərk edən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək özünə rəhbər seçdi. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli, milli maraqlara əsaslanan daxili və xarici siyasəti çox keçmədən müsbət nəticələr verməyə başladı. Ulu Öndər Heydər Əliyevin bütün sahələrdə siyasətini uğurla davam etdirən dövlət başçımız, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğuna da böyük diqqət və qayğı ilə yanaşdı. Silahlı Qüvvələr quruculuğuna  böyük uğurlar gətirən islahatlar aparıldı. İslahatlar nəticəsində ordu daha da təkmilləşdi, müasir standartlara uyğun şəkildə inkişaf etdirildi. Müntəzəm olaraq keçirilən təlim və məşqlərdə hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təmin olunması daim ön planda saxlanıldı.


İşğalçılar torpaqlarımızdan qovuldular


44 günlük Vətən müharibəsinin başladığı ilk günlərdən Azərbaycan xalqı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ətrafında əyilməz, qatlanmaz bir yumruq kimi birləşdi. Azərbaycan xalqı düşmən üzərində qələbə qazanmaq naminə orduya maddi və mənəvi dayaq durdu. Yeni ərazilər işğal etmək niyyəti güdən erməni işğalçıları döyüşlərin elə ilk günlərindən Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında dayana bilməyərək geri çəkildi. Zabit və əsgərlərimiz cəsarət və hünərləri ilə erməni işğalçılarının həm özlərini, həm də havadarlarının mənfur niyyətlərini məhv etdilər. Düşmənlərin əsrlərdən bəri Azərbaycan xalqına qarşı apardıqları işğal siyasəti iflasa uğradı. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsini uğurla həyata keçirərək Azərbaycanı böyük Zəfərə qovuşdurdu. Dövlət başçımız o çətin günlərdə dünyanın heyrət etdiyi siyasəti ilə hamını mat qoydu, Azərbaycan xalqının tarixinə şanlı səhifələr yazdı.  Elə bir səhifə ki, heç vaxt unudulmayacaq, həmişə öyrəniləcək və xatırlanacaq.

Azərbaycan xalqının ermən işğalçıları üzərində qazandığı Zəfəri şərtləndirən bəzi amillər xüsusi olaraq qeyd edilməlidir. Bu amillərin hər birinin ayrı-ayrılıqda qələbənin əldə olumasında öz tarixi əhəmiyyəti var. Qələbəni şərtləndirən mühüm amillərin ən başlıcası isə Azərbaycan Prezidenti İlham Əliyevin diplomatiya müstəvisində uğurla həyata keçirdiyi çevik xarici və daxili siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı xarici media vasitələrinə 30-dan çox müsahibə verdi. Bu müsahibələr münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında əvəzsiz rol oynadı. Həmin günlərdə hamı gördü ki, ölkəmiz yalnız regionun deyil, eləcə də dünyada öz sözünü deməyi bacaran dövlətlərdən biridir. Təbiidir ki, belə qüdrətli bir dövlət İkinci Qarabağ müharibəsində ərazisindən işğalçıları qovmalıydı və bunu bacardı. 

Ermənistan silahlı qüvvələrinin darmadağın edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə yekunlaşdı. Müharibənin belə sonluqla nəticələnəcəyi ilk günlərdən görünürdü. Çünki ordumuzun güclü əks-hücumları qarşısında dayana bilməyən işğalçılar elə ilk günlərdən aldığı sarsıdıcı zərbələrdən geri çəkilirdilər. Düşmənin kapitulyasiyası ordumuzun yenilməz gücündən xəbər verdi. Müharibənin sonunda bütün dünya Azərbaycanın qüdrətli və haqlı olduğunu bir daha gördü. 

İkinci Qarabağ müharibəsində zabit və əsgərlərimizin qəhrəmanlığı sayəsində qazanılmış Zəfər son illər ölkəmizin istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə əldə etdiyi saysız-hesabsız uğurlarla, dinamik inkişafla sıx bağlı idi. Arxada qalan illər ərzində möhtərəm Prezidentimiz güclü və qüdrətli dövlət yaratmışdı, Zəfər qazanmağa qadir və hazır olan ordu qurmuşdu. Yaratdığı ordunu Zəfərə, torpaqlarımızı işğaldan azad etməyə hazırlamışdı. Prezident İlham Əliyev bunu heç kimdən gizlətmir, açıq-aşkar bəyan edirdi. Dövlətimizin başçısı çıxışlarında dəfələrlə vurğulayırdı ki, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Dünya bu gücü, bu qüdrəti İkinci Qarabağ müharibəsində yaxından gördü. Qüdrətli dövlətimiz və güclü ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında 44 gün ərzində erməni işğalçılarını diz çökdürdü, xalqımıza Zəfər sevinci yaşatdı. Zaman keçdikcə sevinc dolu bu anlar unudulmaz tarixə çevrildi. Buna görə də inamla demək olar ki, tarixin bu məqamında üzərinə düşən missiyanı uğurla yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyev Böyük Zəfərimizin, Suverenliyimizin memarıdır.


Qarabağda dalğalanan Zəfər bayraqları


Zəfər yalnız 2020-ci ildə, 44 günlük Vətən müharibəsində qazanılmadı. Azərbaycan Prezidentinin qazandığı Zəfərin ardınca yeni zəfərlər gəldi. 19-20 sentyabr 2023-cü ildə Qarabağda erməni separatçılarına qarşı keçirilən və heç 24 saat da davam etməyən lokal xarakterli antiterror əməliyyatında Azərbaycan Ordusu erməni silahlılarının mövqelərinə sarsıdıcı və dəqiq zərbələr endirdi. Qısa müddət ərzində düşmən üzərində Zəfər qazanıldı. Əldə olunan bu Zəfər də Azərbaycan Ordusunun rəşadətinin, yenilməz gücünün göstəricisi idi. Antiterror əməliyyatları zamanı bir daha dünya gördü ki, Azərbaycan dövləti, Azərbaycan Ordusu güclü və qüdrətlidir. Azərbaycan dövləti belə güclü ordusu ilə ərazi bütövlüyünə, suverenliyinə qarşı olan bütün təhdidlərin qarşısını qətiyyətlə aldı. Həyata keçirilən bu uğurlu əməliyyatlardan yaxşı dərs götürən erməni separatçıları ağ bayraq qaldırıb silahlarını yerə qoydular, ordumuzun qarşısında diz çökərək təslim oldular. Qarabağda qazanılmış bu uğurlardan, qələbələrdən sonra Azərbaycan xalqı ona sevinc hissləri yaşatmış Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə, Azərbaycan Ordusuna dərin minnətdarlığını bildirdi.

Uzun illərdən sonra işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə başa çatmış 44 günlük Vətən müharibəsində düşmən üzərindəki qətiyyətli qələbəmiz və son antiterror əməliyyatları zamanı separatçıların diz çökdürülməsi nəticəsində Xankəndi, Əsgəran, Ağdərə, Xocavənd şəhərləri işğaldan azad edildi. Əli Azərbaycan xalqının qanına batmış terrorçu erməni "liderlər"i həbs olunaraq Bakıya gətirildi. Oktyabrın 15-də işğaldan azad olunmuş Qarabağa səfəri zamanı Prezident İlham Əliyev əzəli torpaqlarımız olan Ağdərə, Xocalı, Xocavənd və Xankəndidə Dövlət bayrağını ucaltdı. Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağını ucaltdıqdan sonra dövlət başçımız xalqa müraciətində demişdir: "Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm".

Azərbaycan Prezidenti müraciətində daha sonra qeyd etdi ki, düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və "Qurani-Kərim"ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı "Allaha şükür" deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək.

44 günlük Vətən müharibəsində qazandığı Böyük Zəfəri ilə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam bərpa edən Prezident İlham Əliyev adını əbədi olaraq xalqımızın tarixinə qızıl hərflərlə Qalib Lider, Qalib Sərkərdə kimi yazdı. Dövlət başçımız daim milli maraqlarımızı qətiyyətlə qoruyur, vaxtında, zamanında qəbul etdiyi qərarları və rəhbərliyi altında uğurla həyata keçirilən islahatları ilə Azərbaycanı daha işıqlı gələcəyə, daha böyük Zəfərlərə doğru aparır. Bu şərəf və qürur dolu günlər həmişə Zəfərimizin memarı və baş qəhrəmanı Prezident İlham Əliyevə dərin minnətdarlıq hissilə xatırlanacaq. Bütün zamanlarda xalqımızın ürəyindən, qəlbindən dilinə süzülən bu sözlər, bu fikirlər qürurla, iftixarla səslənəcək: "Ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdiyinə, bizə memarı olduğun Zəfər sevincini yaşatdığına görə çox sağ ol, Müzəffər Ali Baş Komandan İlham Əliyev!"

Prezident İlham Əliyevin 2025-ci ili "Konstitusiya və Suverenlik İli" elan etməsi Azərbaycanın dövlətçilik ənənələrinin, həmçinin milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından da olduqca dəyərli addımdır. İnanırıq ki, əvvəlki illərdə olduğu kimi, 2025-ci ildə də dövlət başçısının rəhbərliyi altında uğurla həyata keçiriləcək islahatlar Azərbaycan xalqının hüquqi dövlət quruculuğu yolunda daha da irəliləməsinə münbit şərait yaradacaq. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xaçmazda kitabxana binası yanıb, 2 mindən çox kitab məhv olub

11:11
08 Yanvar

Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib

11:10
08 Yanvar

Ukrayna mediası Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb  

11:08
08 Yanvar

Avropanın ən yaxşısı seçilən azərbaycanlı: Mənim üçün gözlənilməz oldu

10:48
08 Yanvar

Hakan Fidan: Suriyalıların vətənlərinə qayıtmaları üçün orada bərpa-yenidənqurma işlərinə başlanılmalıdır  

10:47
08 Yanvar

“Konstitusiya və Suverenlik İli”ndə Azərbaycanı yeni uğurlar gözləyir

10:39
08 Yanvar

AZAL bugünkü Bakı-Kazan reysini ləğv edib

10:39
08 Yanvar

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşır

10:12
08 Yanvar

Faktiki hava açıqlanıb

09:56
08 Yanvar

Türkiyədə 168 siyasi partiya fəaliyyət göstərir

09:45
08 Yanvar

Elin Süleymanov Aİ-nin iqlim mövzusunda ikili standartlarını tənqid edib

09:43
08 Yanvar

Gürcüstanın XİN başçısı: Makronun Gürcüstanda seçkilərin saxtalaşdırılması barədə dedikləri həqiqəti əks etdirmir  

09:37
08 Yanvar

Yeni virus sürətlə yayılır

09:15
08 Yanvar

Fransada dövlət strukturu dəyişdirilə bilər

09:10
08 Yanvar

Gəncədə Milad bayramı qeyd olunub

09:05
08 Yanvar

Mədəniyyətimizin hamisi

09:00
08 Yanvar

Dünya etiraf edir

08:55
08 Yanvar

Daha güvənli

08:50
08 Yanvar

Faşizm üzərində bərqərar olmuş erməni "dünyagörüşü"

08:45
08 Yanvar

Paşinyan daha bir generalı həbsə göndərdi

08:40
08 Yanvar

Makron yeni ilə Azərbaycana qarşı təxribatla başladı

08:35
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!