08 Yanvar 2025 08:20
152
SİYASƏT
A- A+
Konstitusiya və suverenliyin təminatının Naxçıvan mərhələsi

Konstitusiya və suverenliyin təminatının Naxçıvan mərhələsi


Azərbaycan xalqının dövlətçilik tarixində Naxçıvan təkcə coğrafi bölgə deyil, həm də milli iradənin, azadlıq mübarizəsinin və müstəqilliyin dayaq nöqtəsi olaraq xüsusi yer tutur. Azərbaycanın 1995-ci ildə qəbul edilmiş Konstitusiyası müstəqil dövlətimizin hüquqi əsaslarını təsbit etməklə yanaşı, milli suverenlik və azadlıq dəyərlərimizin rəmzinə çevrildi. Bu hüquqi sənədin ruhunda isə Naxçıvanın xüsusi yeri var. Çünki suverenliyimizə gedən yolun təməli həm də məhz bu torpaqdan atılıb.

1990-cı illərin əvvəllərində Azərbaycan xalqı böyük çətinliklərlə üz-üzə qalmışdı. Bu dövrdə Naxçıvan xalqımızın suverenlik arzularının alovlandığı bir məkana çevrildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda atılan addımlar Azərbaycanın gələcək müstəqillik yolunu müəyyənləşdirdi. O dövrdə qəbul edilən qərarlar, xüsusilə də üçrəngli bayrağımızın yenidən dövlət rəmzi kimi təsdiqi milli iradənin əbədi olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu addımlar bugünkü Konstitusiyamızın ruhunda yaşayan suverenlik və müstəqillik prinsiplərinin təməlini təşkil etdi.

Azərbaycan Konstitusiyasının maddələri arasında Naxçıvan Muxtar Respublikasının xüsusi statusu həm hüquqi, həm də tarixi baxımdan ədalətin təcəssümüdür. Bu status Naxçıvanın təkcə coğrafi bölgə deyil, həm də milli birliyin və hüquqi dövlətçiliyimizin təminatında mühüm rol oynadığını göstərir.

Prezident İlham Əliyevin 2025-ci ili "Konstitusiya və Suverenlik İli" elan etməsi Azərbaycanın hüquqi və siyasi tarixində mühüm bir mərhələdir. Bu il yalnız hüquqi sənədlərin yubileyinin qeyd edilməsi üçün deyil, həm də milli birliyimizin və dövlətçiliyimizin daha da gücləndirilməsi üçün xüsusi bir fürsət olaraq nəzərdə tutulur. "Konstitusiya və Suverenlik İli" xalqımızın azadlıq, bərabərlik və hüquq prinsiplərinin təbliği ilə yanaşı, onun tarixi köklərini bir daha vurğulamaq üçün ideal zamandır.

Naxçıvan "Konstitusiya və Suverenlik İli" çərçivəsində xüsusi diqqət mərkəzində olacaq. Çünki bu diyar yalnız Konstitusiyada təsbit edilmiş hüquqi statusa malik deyil, həm də xalqımızın dövlətçilik tarixində, azadlıq mübarizəsində və suverenlik ideyalarının formalaşmasında misilsiz rol oynayıb. Hər bir tədbirdə Naxçıvanın bu rolu vurğulanacaq, xalqımızın bu torpağa olan sevgisi bir daha nümayiş etdiriləcək. 

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvana səfərləri zamanı Əshabi-Kəhf ziyarəti xalqımızın mənəvi dəyərlərinə və milli ruhuna verdikləri önəmin bir daha göstəricisi oldu. Əshabi-Kəhf xalqımızın inancının və mənəvi dözümünün simvolu kimi xüsusi əhəmiyyət daşıyan bir məkandır. Bu müqəddəs ziyarətgah təkcə dini yer deyil, həm də milli iradənin və dövlətçilik ruhunun gücləndiyi bir məkan olaraq xalqın yaddaşında yaşayır. Liderimizin və birinci xanımın bu ziyarəti xalqın qəlbində dərin izlər buraxdı və onların milli dəyərlərimizə olan bağlılığını bir daha təsdiqlədi.

Naxçıvan vasitəsilə reallaşacaq Zəngəzur dəhlizi eyni zamanda Əshabi-Kəhfdən başlayan bu mənəvi və tarixi yolun davamı olacaq. Bu dəhliz təkcə coğrafi arteriya deyil, həm də Azərbaycan xalqının milli birliyinə və iqtisadi gücünə gedən yoldur. Naxçıvan camaatı bu dəhlizin reallaşması ilə xalqımızın milli birliyinin möhkəmlənəcəyinə əmindir. Onlar bu yolda liderlərini qarşılayıb qurbanlar kəsəcəklərinə və dualar edəcəklərinə tam inanırlar. Çünki bu yol yalnız iqtisadi deyil, həm də mənəvi bir missiyanı yerinə yetirəcək - Azərbaycanın hər qarış torpağını vahid bir çətir altında birləşdirəcək.

Əshabi-Kəhfdən başlayan mənəvi yolun Zəngəzur dəhlizinə qədər uzanması xalqımızın hüquqi və mənəvi birliyini təmin edən bir simvola çevrilib. Bu yol təkcə coğrafi əlaqələri deyil, həm də xalqımızın milli ruhunu və dövlətçilik ideyalarını birləşdirir.

Konstitusiyamızda Naxçıvanın təsbit edilən xüsusi statusu onun milli dövlətçilik tarixində oynadığı rolu bir daha təsdiqləyir. "Konstitusiya və Suverenlik İli" çərçivəsində Naxçıvanın bu rolu geniş şəkildə təbliğ ediləcək. Naxçıvanın Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr, bu torpağın həm hüquqi, həm də milli əhəmiyyəti bir daha ön plana çıxarılacaq. 

Naxçıvan yalnız Konstitusiyamızın maddələrində təsbit edilmiş hüquqi bir varlıq deyil, xalqımızın azadlıq mübarizəsinin rəmzi və suverenliyimizin qalasıdır. Əshabi-Kəhfdən Zəngəzur dəhlizinə qədər uzanan yolun hər addımı Azərbaycanın dövlətçilik ruhunu əks etdirir. "Konstitusiya və Suverenlik İli" həm də Naxçıvanın bu müqəddəs yolda oynadığı rolu əbədiləşdirəcəkdir.


Sevinc ABBASOVA, 

Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 

00:49
09 Yanvar

“Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədris-təlim mərkəzlərinin tanınması Qaydası”nın təsdiq edilməsi haqqında

00:46
09 Yanvar

“Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında

00:45
09 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 6 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:43
09 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının məşvərətçi səs hüquqlu üzvünün təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:42
09 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 02 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:42
09 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 03 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:41
09 Yanvar

Londonun mərkəzi küçəsi bomba təhlükəsinə görə boşaldılıb  

22:58
08 Yanvar

Xaçmazdakı Şəxsiyyətlər Muzeyi yenilənir

22:38
08 Yanvar

Azərbaycan və Avropa İttifaqı arasında çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub  

21:34
08 Yanvar

XİN: İrqçi-şovinist məfkurə hər zaman Ermənistanın ideoloji təmayülünü təşkil edib

21:33
08 Yanvar

Ukraynanın Zaporojye şəhərinə aviazərbə endirilib, ölənlər var 

21:32
08 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

21:31
08 Yanvar

Azərbaycan millisinin daha bir üzvü Avropanın ən yaxşısı seçilib  

21:09
08 Yanvar

AZAL Kazan istiqamətində bütün uçuşları dayandırıb

21:07
08 Yanvar

Özbəkistanla təlim sahəsində əməkdaşlıq imkanları müzakirə edilib  

20:29
08 Yanvar

Bakıda növbəti yenilənmiş həyətlər istifadəyə verilib

20:11
08 Yanvar

Qahirədə Misir, Yunanıstan və Kipr liderlərinin üçtərəfli sammiti keçirilib

19:46
08 Yanvar

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını Monako Knyazlığına təhvil verib  

19:23
08 Yanvar

“Rolls Royce” Britaniyada zavodunu genişləndirmək üçün 376 milyon dollar sərmayə yatıracaq  

19:10
08 Yanvar

Qırğızıstan mediası Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsini işıqlandırıb

19:08
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!