08 Yanvar 2025 21:34
172
SİYASƏT
A- A+
Azərbaycan və Avropa İttifaqı arasında çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub  

Azərbaycan və Avropa İttifaqı arasında çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub  


Yanvarın 8-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

XİN-dən AZƏRTAC-a bildirilib ki, xüsusi nümayəndə Maqdalena Qrono görüşün əvvəlində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin faciəli şəkildə qəzaya uğraması ilə bağlı başsağlığını ifadə edərək, Avropa İttifaqının qəza baş verdikdən dərhal sonra yardım göstərməyə hazır olduğunu Azərbaycan tərəfinə çatdırdığını qeyd edib.

Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regional təhlükəsizlik məsələləri, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.

Görüş zamanı iqtisadi-ticarət, enerji, nəqliyyat və kommunikasiyalar sahələrində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının vacibliyi qeyd olunub. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rola toxunularaq, gələcəkdə Azərbaycandan yaşıl enerji resurslarının Avropaya ixracını nəzərdə tutan layihələrin reallaşması ilə bu rolun daha da artacağına dair ümidvarlıq ifadə olunub.

2024-cü ilin noyabr ayında Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi etməsi fonunda ətraf mühitin qorunması, ekoloji təhdidlərə qarşı mübarizə və yaşıl keçid kimi ölçülərin Azərbaycan-Avropa İttifaqı əməkdaşlıq gündəliyinin zənginləşdirilməsi işinə mümkün töhfəsindən danışılıb.

Nazir müavini E.Məmmədov görüş zamanı Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bölgədəki son vəziyyət, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi layihəsi üzərində aparılan danışıqların hazırkı mərhələsi, ikitərəfli formatda indiyədək əldə olunmuş tərəqqi, keçmiş məcburi köçkünlərin əzəli torpaqlarına qayıdışı, bu prosesə ciddi əngəl törədən mina təhdidi barədə tərəf-müqabilinə ətraflı məlumat verib.

Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi, minalarla çirkləndirilmiş ərazilərin təmizlənməsi, habelə regional bağlantıların bərpası istiqamətində Avropa İttifaqının mümkün dəstəyindən bəhs olunub.

Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətinin və Avropa Sülh Fondunun maliyyə yardımı hesabına Ermənistanın silahlandırılmasının sülhə xidmət etmədiyi, əksinə, bu kimi fəaliyyətlərin Azərbaycana qarşı revanşist meyilləri gücləndirdiyi vurğulanıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aya qırmızı ev göndəriləcək

14:13
09 Yanvar

Karlsen və Nepomnyaşşi blits üzrə dünya çempionları kimi tanınıblar

14:12
09 Yanvar

Ermənistanın Aİ-yə qoşulması prosesinin başlanması haqqında qanun layihəsi təsdiqlənib

14:11
09 Yanvar

Belçilada Formula 1-in müddəti 2031-ci ilə qədər artırılıb

14:10
09 Yanvar

Avropa Komissiyası metapnevmovirus pandemiyası riskini görmür

14:07
09 Yanvar

Bugünkü hərracda tələb 72,6 milyon dollar təşkil edib

13:51
09 Yanvar

Azərbaycan ilə İran arasında milli təhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb  

13:48
09 Yanvar

Sahibkarlar üçün sərfəli investisiya məkanı - Ağdam Sənaye Parkından reportaj

13:26
09 Yanvar

Sabah hava əsasən yağmursuz olacaq  

13:21
09 Yanvar

Ermənistanın Aİ-na daxil olması prosesi ilə bağlı qanun layihəsi təsdiqlənib  

13:16
09 Yanvar

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı” günü keçirib  

13:03
09 Yanvar

Bayden Kaliforniyada fəlakət rejimi elan edib

12:51
09 Yanvar

BMT Azərbaycan Prezidentinin müraciətini rəsmi sənəd kimi yayıb  

12:38
09 Yanvar

Cozef Bayden yanğınların tüğyan etdiyi Kaliforniyada fəlakət rejimi elan edib  

12:29
09 Yanvar

Los-Ancelesdə meşə yanğınları ilə mübarizə aparan briqadalar su çatışmazlığı ilə üzləşiblər  

12:14
09 Yanvar

Baş Prokurorluq vətəndaşın əsassız cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı iddialara aydınlıq gətirib  

12:06
09 Yanvar

Uzunmüddətli sosial-iqtisadi inkişafa töhfə  

12:04
09 Yanvar

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahdan  

11:52
09 Yanvar

Qürurdoğuran inkişafı təmin edən siyasət

11:49
09 Yanvar

Finlandiya Rusiya ilə sərhədini bağlı saxlayacaq  

11:47
09 Yanvar

Qrenlandiyada müstəqillik hərəkatı sürətlə güclənir  

11:31
09 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!